Prezident korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağasını təsdiqləyib
Cəmiyyət 30 İyun 2026, 16:16
381
Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.
Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklikləri imzalayıb.
Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.
Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.
Qanuna əlavə edilən yeni maddəyə əsasən orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.
Həmçinin oxuyun
Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.
Həmçinin orqanların rəhbərləri həmin orqanın strukturu, işçilərin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə müəyyən edəcəklər.
Bundan başqa, dəyişikliyə əsasən, qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. Səlahiyyətli struktur bölmə öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.
Səlahiyyətli struktur bölmə orqanların rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabı təqdimatı olub
"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabın təqdimat mərasimi olub.Citypost.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları və ictimai-siyası xadimlər iştirak edib.Sözügedən kitabın müəllifi Aslan Aslanovdur.Qeyd edək ki, Aslan Aslanov Ulu Öndər Heydar Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib və Heydər Əliyev "universiteti"ndə dərs alıb.Kitaba Aslan Aslanovun həmin tədbirlərdən mətbuat üçün hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri, düşüncələri verilib.Kitabda Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb....
30 İyun 2026, 17:38
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
İyulun 3-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun MəmmədovLerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.Citypost.az bu barədə Nazirliyə istinadən xəbər verir.Qəbulda iştirak etmək istəyən bu rayonların sakinləri DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər.Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər....
30 İyun 2026, 17:18
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqesə başsağlığı məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"....
30 İyun 2026, 17:12
"İnter" üç müdafiəçisi ilə yolları ayırıb
İtaliyanın "İnter" klubunun 3 müdafiəçisi - Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmian komandadan ayrılıb."Report" A Seriyası təmsilçisinə istinadən xəbər verir ki, futbolçuların müqaviləsinin müddəti başa çatıb.34 yaşlı S.Vrey 2018-ci ildən, 36 yaşlı M.Darmian isə 2021-ci ildən komandanın heyətində çıxış edib.38 yaşlı F.Açerbi isə 2023-cü ildən Milan klubunun formasını geyinib.
30 İyun 2026, 17:00
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur....
30 İyun 2026, 16:00
Niderlandda təhlükəli maddə sızması səbəbindən 14 nəfər xəsarət alıb
Niderlandın Genemeyden şəhərindəki müəssisədə təhlükəli maddənin sızması nəticəsində 14 nəfər, o cümlədən bir yanğınsöndürən xəsarət alıb.Bu barədə "Report" Niderland mediasına istinadən xəbər verir.İnsident akkumulyator batareyası tamamilə boşalmış çəngəlli yükləyici səbəbindən baş verib. Batareyanın həddindən artıq qızması nəticəsində təhlükəli maddə sızıb.Hadisədən sonra müəssisədə olan insanlar təxliyə edilib.
30 İyun 2026, 15:45