Bizə yazın

Baku

-°C

USD

-

Xəqani Cəfərli: Rusiyanın faciəsi başqalarına da xəbərdarlıqdır

Siyasət 01 İyul 2026, 10:12

411

“Krım konsensusu” anlayışının meydana çıxmasını Kremlin təbliğat maşını Krımın işğalından sonra Rusiya cəmiyyətində güclü siyasi və milli birliyin yaranması ilə izah etsə də, əslində “Krım konsensusu” Putinin işğalçılıq siyasətinin Rusiya cəmiyyətinin çox böyük əksəriyyəti tərəfindən dəstəklənməsindən başqa bir şey deyil. “Krım konsensusu” raşizmin cəmiyyətə tam  hakim olmasıdır. Ona görə də Rusiyanın strateji obyektlərinin dron və raketlərlə Ukrayna tərəfindən məhv edilməsinə görə yalnız Putin və komandası deyil, bütün Rusiya cəmiyyəti məsuliyyət daşıyır. Məhz kollektiv məsuliyyətin mövcudluğna görə bütün Rusiya cəmiyyəti cəzalandırılmalııdr və cəzalandırılır. Nadir xəstəliklərdən əziyyət çəkənlərin (o cümlədən uşaqların) dərmanlardan məhrum olmasına səbəb olan sanksiyalar, Avropa İttifaqının Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmaq istəyi, Ukrayna dronlarının zərbələri zamanı yalnız ötən həftə 42 mülki şəxsin ölümü kollektiv məsuliyyətin mövcudluğunu göstərir. Rusiya cəmiyyətinin kollektiv məsuliyyət prinsipi tam kəskinliyi ilə cəzalandırılması heç şübhəsiz ki, müharibədən sonra tam işə düşəcək.  

İkinci Dünya Müharibəsindən sonra alman xalqı fazişmə görə kollektiv məsuliyyət prinsipi ilə cəzalandırıldığı kimi, rus xalqı da raşizmə görə kollektiv məsuliyyət prinsipi ilə cəzalandırılacaq. Bundan qaçış yoxdur. 

Rusiyanın törətdiyi cinayətlər elə böyük miqyas alıb ki, heç kim “sülpərvər ruslar”ın mövcudluğuna inanmaq istəmir. Putinin də nüvə silahına əl atmaması onun “sülpərvər” və ya “insanpərvər” olmasının nəticəsi deyil. Kremldə çox gözəl bilirlər ki, nüvə zərbəsi hərbi nəticələr doğurmayacaq, ancaq Rusiyaya qarşı çox ağır siyasi və iqtisadi nəticələri olacaq. Rusiyanın nüfuzlu politoloq və ekspertlərinin nüvə silahına əl atılacağı halda rus xalqının suverinliyini itirəcəyi haqqında xəbərdarlığı da eyni motivlidir. Bu xəbərdarlıqla çıxış edən politoloq və ekspertlərin bu addımı onların “sülpərvər” və ya “insanpərvər” olmalarının nəticəsi deyil. Sadəcə olaraq onlar “Krım konsensusu”nun təsiri altında ağıllarını tam itirməmiş azsaylı intellektuallardır. Ukraynaya qarşı genişmiqyaslı müharibədən üç həftə öncə “Qaniçən politoloqların proqnozları” başlıqlı məqalə ilə çıxış edərək gözlənilən müharibənin fəlakət olacağı, Ukraynada heç kimin Rusiya ordusunu duz, çörək və güllərlə qarşılamayacağı haqqında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyatlar İdarəsinin 1-ci İdarəsinin 1-ci bölməsinin keçmiş rəisi, polkovnik Mixail Xodarenokun xəbərdarlığı onun “sülpərvər” və ya “insanpərvər”liyindən irəli gəlmirdi. Sadəcə olaraq polkovnik Xodarenok Rusiya cəmiyyətində “Krım konsensusu”nun təsirləri ilə emosiyalara qapılmadan, məntiq və təhlilə əsaslanaraq rasional düşünmək qabliyyətini itirməmiş çox azsayda olan ekspertdən biridir. Baxmayaraq ki, polkovnik Xodarenok bu gün də raşizmin daşıyıcısı olaraq qalır. 

“Krım konsensusu”nun nüvə və enerji gücü kimi təsnif olunan Rusiyanın başına gətirdiyi fəlakət və rus xalqını sürüklədiyi faciə bütün bəşəriyyətə dəsr olmalıydı. Ancaq aydın görünür ki, Ukraynaya qarşı cinayətkar müharibəyə başlayan zaman 5889 nüvə başlığına və dünya enerji bazarında ən böyük paya sahib olan Rusiyanın başına gələnlər Azərbaycanda da bir çoxlarına dərs olmayıb. Əks halda Türkiyəni fəlakətə doğru sürükləyən “Qüds konsensusu”nu Azərbaycana idxal etməyə çalışmazdılar. 

“Qüds konsensusu”nun təbliğatçıları anlamırlar ki, Qərbin siyasi, iqtisadi, hərbi və ideoloji təhlükəslik sistemində İsrailin yeri Ukraynanın yerindən çox-çox öncə gəlir. Ukraynaın müdafiəsi üçün  yüz milyardlarla dollar xərcləməkdən, Rusiya ilə nüvə müharibəsi təhlükəsini göz önünə anmaqdan çəkinməyən Qərbin İsrailin mövcudluğunu qorumaq üçün nələr edə biləcəyini bizim çoğrafiyada belə görünür ki, çoxları anlamır. Sadəcə olaraq İsraili təhdid edən təhlükələrin ortadan qaldırılmasının zamanı və növbəsi gəlməyib. Öncə Sovet İttifaqının mövcudluğu, ardınca güclü Rusiyanın var olduğu və İran məsələsinin həll olunmadığı bir şəraitdə İsrailin mövcudluğunu təhdid edən təhlükələrin ortadan qaldırılması önə çıxa bilməzdi. 

Rusiyanın və İranın siyasi mənzərəsinin dəyişməsindən sonra “Qüds konsensusu”nun, onu yayan “Müsəlman qardaşları” şəbəkəsinin başına nələrin gələcəyini hər kəs çox aydın görəcək. Bunun çox açıq işarələrini bu gün də görmək mümkündür. Sadəcə olaraq Rusiya cəmiyyəti “Krım konsensusu” nəticəsində başına gələcək fəlakətləri görə bilmədiyi kimi, “Qüds konsensusu”nun təbliğatçıları mənsub olduqları cəmiyyəti necə böyük bir fəlakətə doğru sürüklədiklərini görə bilmirlər. 

Bəzən sərt yazmaq məcburiyyətə çevrilir. Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi ən böyük fikir adamı Mirzə Fətəli Axundzadənin sərt üslübu da məcburiyyətdən doğurdu. 

Xəqani Cəfərli

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ekspert: Azərbaycanın ən böyük strateji dayağı Türkiyədir

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və Qarabağin işğaldan azad olunmasında bizə siyasi dəstək verən və yanımızda yalnız qardaş Türk xalqı və onun dövləti olub. Bu sözləri Citypost.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildiribEkspert əlavə edib ki, Şəhidlər xiyabanına baxanda Anadoludan gəlib bizlər üçün canlarından keçən qəhrəman türk qardaşlarımızı rəhmətlə anırıq.Türkiyə Azərbaycanın  təbii müttəfiqi və qardaşıdır. Azərbaycana yaxın ikinci belə bir ölkə yoxdur.Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə qarşı olanlar Azərbaycana qarşıdır. Unutmayaq ki, Türkiyənin regional və beynəlxalq güc olması Azərbaycanın təhlükəsizliyini kifayət qədər gücləndirir. Məhz Türkiyə 2015-ci il dən regional güc olmasi 2020-ci il də Cənubi Qafqazda...

01 İyul 2026, 10:38

Aydın Quliyev: Netanyahu İsraili tarixi səhvin içinə saldı

Natenyahu saxta "  erməni genosidini " tanımaqla İsraili ağır tarixi cinayətin altına soxdu...     Bizdəki bəziləri İsrailin saxta " erməni genosidini" tanımasının  ziyanını guya azaltmaq üçün, ya hansı məqsədləsə deyirlər  ki, Natenyahu bunu Azərbaycana qarşı yox, Türkiyəyə qarşı, Ərdoğanın acığına edib....Dostlar...Məsələ o deyil ki, Natenyahu bu böyük yanlışa "Ərdoğanın, ya Fidanın acığına " yol verib, ya başqa səbəblərə söykənib...  Əsas mahiyyət  odur ki...1." Erməni genosidi " uydurma olduğu halda ,İsrail  də saxtakarlara qoşuldu....2.İsrail son 120 ildən çox müddətdə erməni terrorunun və erməni təcavüzünün qurbanı olmuş  milyonlarla türk kökənli insanın,o cümlədən  Xocalı qurbanlarının ruhuna və haqqına hörmətsizlik etdi....3 .Türk dünyasında İsrailin...

01 İyul 2026, 10:34

Ekspert: Bakı emosional deyil, praqmatik mövqe seçəcək

Dünən Divanın iclasında qısaca, "Azərbaycan höküməti bu məsələdə də oncəkilərdə olduğu kimi balans siyasəti aparacaq", dedim. Bir qədər geniş və daha detallı burada yazıram.-Yüksək ehtimalla Azərbaycan hökuməti bu məsələdə açıq, sərt reaksiya verməyəcək. Bunun əsas səbəbləri:Strateji asılılıq simmetrik deyil. İsrail Azərbaycanın əsas silah təchizatçısı (5 mlrd dollarlıq müqavilə) və neft alıcısıdır. Bu əlaqəni simvolik-siyasi bir qərara görə riskə atmaq Bakı üçün iqtisadi-hərbi cəhətdən məntiqsizdir.-Rəsmi Bakının ehtimal olunan reaksiyası - ya tam susqunluq, ya da neytral, ümumi formada bir bəyanat (məsələn, "tarixi məsələlər tarixçilərin işidir", "bu, ikitərəfli münasibətlərə təsir etməməlidir" tipli) olacaq. Türkiyənin etdiyi kimi sərt İttiham dili Bakıdan gəlməyəcək.-Türkiyə ilə...

01 İyul 2026, 10:29

Qulu Məhərrəmli: “Moskva niyə hələ də Qarabağ kartından əl çəkmir?”

Professor Qulu Məhərrəmlinin fikrincə, Ermənistan rəsmi olaraq Qarabağ hərəkatına son verdiyini bəyan etsə də, Rusiyanın bəzi dövlət yönümlü media qurumları hələ də separatizm mövzusunu gündəmdə saxlamağa çalışırlar.Citypost.az xəbər verir ki, professor qeyd edib ki, “Rossiya-1” federal telekanalında Ukraynada Rusiya tərəfdən döyüşən erməni könüllü batalyonu “Arbat” haqqında yayımlanan reportajda Qarabağ müharibəsində iştirak etdiklərini bildirən şəxslərin çıxışları və onların geyimlərində ləğv olunmuş qondarma rejimin simvollarının nümayiş etdirilməsi Azərbaycanda haqlı narahatlıq doğurur.Professorun sözlərinə görə, bu cür materiallar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı həssas yanaşma tələb edən bir dövrdə əlavə suallar yaradır:“Rusiya özü müxtəlif separatizm təhlükələri ilə üzləşdiyi halda, artıq tarixə qovuşmuş Qarabağ...

01 İyul 2026, 09:59

Ekspert: Netanyahu ən böyük siyasi səhvlərindən birini etdi

Jurnalist Anar Niftəliyev İsrailin son qərarlarının Azərbaycan cəmiyyətində ciddi narazılıq yaratdığını bildirib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, son illərdə İsrail həm Avropada, həm də ABŞ-də əvvəlki dövrlərlə müqayisədə daha sərt tənqidlərə məruz qalır və bu, ölkənin beynəlxalq nüfuzuna mənfi təsir göstərir.Anar Niftəliyev qeyd edib ki, Azərbaycan cəmiyyəti tarixən İsrailə xüsusi rəğbət bəsləyib və iki ölkə arasında formalaşmış dostluq münasibətlərinə həssas yanaşıb. Lakin o hesab edir ki, erməni məsələsi ilə bağlı atılan addımlar bu münasibətlərə mənfi təsir göstərə bilər.“Azərbaycanlılar üçün erməni məsələsi, o cümlədən qondarma ‘erməni soyqırımı’ iddiaları həssas mövzulardandır. Cəmiyyət bu məsələyə birbaşa öz taleyinin və tarixinin tərkib hissəsi...

01 İyul 2026, 09:31

Zaur Şükürov: Azərbaycan qlobal ölçü sistemində daha fəal iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihəsi Milli Məclisdə müzakirəyə təqdim olunan qanunla ölkəmizin qoşulması nəzərdə tutulan  “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış və 1 yanvar 1876-cı ildən qüvvəyə minmişdir. 1875-ci ildə bu Konvensiyanı ilkin olaraq 17 dövlət imzalamışdır. Əhalisinin sayına görə dünyada ilk onluğa daxil olan ölkələr, Banqladeş və Nigeriya istisna olmaqla, 67 ölkə hazırda Konvensiyaya tərəf dövlətlərdir və ümumilikdə  tərəf dövlətlərdə yaşayan əhali dünya əhalisinin təxminən 95 faizini təşkil edir. MDB məkanı üzrə Qazaxıstan, Ukrayna, Rusiya, Belarus tərəf dövlətlərdir. 36 ölkə assosiativ ölkələrdir və Azərbaycan, Gürcüstan, Ermənistan da bu dövlətlər sırasındadır. Citypost.az xəbər verir ki, bu sözləri millət...

30 İyun 2026, 15:15