Sabah Culfanın 19 kəndində işıq olmayacaq
Cəmiyyət 30 İyun 2026, 18:00
347
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunun 19 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
Bildirilib ki, fasilə "Naxçıvan Enerji" MMC tərəfindən 110/35/10 kV-luq Çeşməbasar yarımstansiyasının yenidən qurulması və yeni elektrik xətlərinə qoşulması işləri ilə əlaqədardır. Bu məqsədlə iyulun 1-də saat 10:00-dan 14:00-dək 35 kV-luq Əbrəqunus hava elektrik xəttində enerji verilişi müvəqqəti dayandırılacaq.
Həmçinin oxuyun
Məlumata görə, bu müddətdə rayonun Camaldın, Ərəzin, Əbrəqunus, Qızılca, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Gal və Şurud kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib
30 iyun 2026-cı il tarixdə Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.Citypost.az xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb....
30 İyun 2026, 17:45
"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabı təqdimatı olub
"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabın təqdimat mərasimi olub.Citypost.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları və ictimai-siyası xadimlər iştirak edib.Sözügedən kitabın müəllifi Aslan Aslanovdur.Qeyd edək ki, Aslan Aslanov Ulu Öndər Heydar Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib və Heydər Əliyev "universiteti"ndə dərs alıb.Kitaba Aslan Aslanovun həmin tədbirlərdən mətbuat üçün hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri, düşüncələri verilib.Kitabda Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb....
30 İyun 2026, 17:38
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
İyulun 3-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun MəmmədovLerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.Citypost.az bu barədə Nazirliyə istinadən xəbər verir.Qəbulda iştirak etmək istəyən bu rayonların sakinləri DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər.Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər....
30 İyun 2026, 17:18
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqesə başsağlığı məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"....
30 İyun 2026, 17:12
"İnter" üç müdafiəçisi ilə yolları ayırıb
İtaliyanın "İnter" klubunun 3 müdafiəçisi - Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmian komandadan ayrılıb."Report" A Seriyası təmsilçisinə istinadən xəbər verir ki, futbolçuların müqaviləsinin müddəti başa çatıb.34 yaşlı S.Vrey 2018-ci ildən, 36 yaşlı M.Darmian isə 2021-ci ildən komandanın heyətində çıxış edib.38 yaşlı F.Açerbi isə 2023-cü ildən Milan klubunun formasını geyinib.
30 İyun 2026, 17:00
Prezident korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağasını təsdiqləyib
Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklikləri imzalayıb.Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada...
30 İyun 2026, 16:16