Bizə yazın

Baku

-°C

USD

-

Sabah 35 dərəcə isti olacaq 

Cəmiyyət 01 İyul 2026, 13:18

316

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-28° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb 

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.Bu barədə Citypost.az Medianın İnkişafı Agentliyindən bildirilib.Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 13 may 2026-cı il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri aşağıdakı kimidir:

01 İyul 2026, 14:30

Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb.

01 İyul 2026, 13:40

Nurlana Əliyeva vəfat etdi 

Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, tanınmış alim və ictimai xadim, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva dünyasını dəyişib.Citypost.az-a bu barədə məlumatı mərhumun oğlu “Xəbərsiz”ə açıqlamasında təsdiqləyib.Qeyd edək ki, Nurlana Müzəffər qızı Əliyeva 2016–2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb. O, zəngin elmi fəaliyyəti dövründə 12 kitabın, eləcə də onlarla elmi və publisistik məqalənin müəllifi olub.Professor Nurlana Əliyeva həmçinin ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edib. O, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olub, 2009–2021-ci illərdə isə YAP Respublika Qadınlar Şurasının sədri vəzifəsini icra edib.Allah rəhmət eləsin!...

01 İyul 2026, 13:36

 Ceyhun Salmanov və digərləri məhkəmə zalından azadlığa buraxılıb

"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb....

01 İyul 2026, 13:09

Koeman: "Karyeramı Hollandiya millisində bitirmək qərarına gəldim"

Ronald Kuman Hollandiya milli futbol komandasının baş məşqçisi vəzifəsindən istefa verib.Citypost.az xəbər verir ki, Koeman X sosial şəbəkəsində yazıb: "Dünən axşam Hollandiya millisinin baş məşqçisi vəzifəmi bitirmək qərarına gəldim. Hamımız tarix yazmaq üçün Dünya Kubokunu arzulayırdıq. Bu, baş tutmadı. Məndən daha çox məyus olan yoxdur. Baş məşqçi məsuliyyət daşıyır".1/16 finalda Hollandiya komandası Mərakeşə penaltilərdə məğlub oldu (1:1, 11 dəqiqə: 2:3).Koeman 2023-cü ildə ikinci dəfə Hollandiya millisinə rəhbərlik edəcək. O, həmçinin 2018-ci ildən 2020-ci ilə qədər milli komandaya da rəhbərlik edib. Koeman həmçinin Amsterdamın "Ayaks", Lissabon "Benfika" və "Barselona" klublarına da rəhbərlik edib....

01 İyul 2026, 11:22

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib 

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli xanım General-Qubernator,Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram"....

01 İyul 2026, 11:15