Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc:"Azərbaycan xarici paytaxtlardan yox, məhz Bakıdan idarə olunur”

Cəmiyyət 14 İyul 2026, 13:33

2530

Milli Məclisin gündəliyində üçüncü oxunuşa çıxarılan “Media haqqında” qanunda aparılan dəyişikliklərin başlıca məqsədi Zəfərimizin paytaxtı Şuşada dünən keçirilən beynəlxalq Forumla üst-üstə düşür - Parlament milli mətbuatımızın qlobal informasiya rəqabətində öz yerini qoruyub saxlamasına, süni intellekt dövründə dezinformasiyaya qarşı uğurla mübarizə aparmasına, informasiya təhlükəsizliyinə, mediaya ictimai etimadın gücləndirilməsinə, sülh quruculuğunda kütləvi informasiya vasitələrinin aparıcı roluna və beynəlxalq əməkdaşlığına töhfə verməyə çalışır. 

CityPost.az xəbər verir ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Milli Məclisdə hər iki oxunuşdan uğurla keçən qanun layihəsi milli mətbuatımızın yeni institusional idarəçilik mərhələsinə keçidini təmin etdiyi üçün millət vəkilləri tərəfindən hərtərəfli müdafiə olunur. 

"Media haqqında" qanunun məhz 14 iyulda müzakirəsi həmin tarixi günə xüsusi münasibəti tələb edir. Çünki Ulu öndər istər sovet, istərsə də müstəqillik dövründə milli mətbuatın inkişafını dövlət və millət quruculuğunun ayrılmaz parçasına çevirib. 

14 iyul tarixi Azərbaycanın siyasi təqvimində müstəsna yer tutur. Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə azərbaycanlıların əsrlərlə davam edən milli dövlətçilik mübarizəsinin yeni mərhələsi başlanır. İlk dəfə, azsaylı, yəni titullu olmayan bir xalqın lideri 1980-ci illərdə ucqar respublikadan imperiyaya rəhbərlik edənlərdən birinə çevrilir. 

Təsadüfi deyil ki, düz eyni tarixdə – 14 iyul ərəfəsində Prezident İlham Əliyev Şuşada Pənahəli xandan sonra heç bir yerli və milli rəhbərə müyəssər olmayan qalib lider kimi  çıxış edir.

Əgər 1969-cu il milli dirçəlişin başlanğıcıdırsa, Şuşa Zirvəsi Ulu öndərin dövlətçilik kursunun təntənəsidir. Azərbaycan dövlətçiliyinin iki əsrdir zəif  bəndinə çevrilən Qarabağ artıq millətimizin güc və yenilməzlik ünvanıdır. Yüz illər boyu müharibə meydanı olan Şuşa indi quruculuq, dinclik və əmin-amanlıq məkanıdır. 

“Tam və qəti qələbə qazanmışıq”, deyən İlham Əliyevin qətiyyətli iradəsi ilə erməni məsələsi coğrafiyamızdan kənara çıxıb və geosiyasi alət  statusunu itirib.

Brüssel və Strasburqun siyasi təzyiqləri iflasa uğrayıb, Moskva və Tehranın diktəsi nəticəsizdir. 

Milli tariximizdə ilk dəfə Azərbaycan xarici paytaxtlardan yox, məhz Bakıdan idarə olunur. 

Ona görə də 14 iyul iki lideri birləşdirən vahid siyasi tarixdir. Azərbaycanın yarım əsrlik siyasi təqviminə nəzər saldıqda görürük ki, 14 iyul tarixi ilə  8 Noyabr Zəfər bayramı eyni ideyanın müxtəlif mərhələri, fərqli quruluşlarda formalaşan vahid kursun  mənəvi, ruhi və siyasi kökləridir. 

Son iki əsrdə Bakı uğrunda müharibə aparan dövlətlər indi hava, su və torpaq yolu ilə Azərbaycandan keçir.

Paradoksal görünsə də, Azərbaycanın qələbəsi erməniləri də uzun əsrlər bağlı olduğu imperiyalardan, "dənizdən-dənizə Ermənistan" xülyasından və düşmənçilik ideologiyasından imtina şansı verib. İrəvan artıq Qarabağa və Azərbaycanın Xəzərə qədər uzanan milli ərazilərinə iddia irəli sürmür — bu, regionda yeni, real sülhün zəminini yaradır.

Ən böyük dəyişiklik isə xalqımızın düşüncəsində baş verib. Bir vaxtlar işğal, məcburi köçkünlük və itirilmiş torpaqlar üzərində formalaşan məğlub siyasi kimliyimizi indi Zəfər, Böyük qayıdış və quruculuq milliyyətçiliyi əvəz edir. Artıq yeni nəsil azad edilən şəhərlərdə və kəndlərdə böyüyür, Qarabağı xəritədə yox, həyatında görür.

2023-cü il sentyabrın 20-də dövlət suverenliyimizin tam bərpasından keçən üç ildə  dünyaya göz açan 300 minə yaxın körpə - işğal təhlükəsini görməyən, qaçqınlıq və məcburi köçkünlük nə olduğunu bilməyən, bütöv və qalib bir ölkənin tamhüquqlu vətəndaşı kimi doğulan ilk nəsildir. 

Son illər Ukraynada davam edən müharibə, Yaxın Şərqdə yenidən alovlanan münaqişələr, qlobal təhlükəsizlik arxitekturasının sarsıntıları göstərdi ki, dövlətlər üçün suverenliyini qorumaq getdikcə çətinləşən bir vəzifədir. Əvəzində dünyada barış və təhlükəsizlik Qarabağdan başlanır. 

Ulu öndərin nəinki Şuşa vəsiyyəti, bütöv Azərbaycan idealı qalib gəlib. 

14 iyul Qafqazda  sülh əsrinin də başlanğıc tarixidir.

Jalə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sarı xəbərdarlıq: Küləyin sürəti artacaq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 15-16-da külək güclənəcək.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad, Culfada isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

14 İyul 2026, 14:40

Sahibə Qafarovaya beynəlxalq qurumun rəhbərliyi üçün namizədlik verilib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb."Report" Qırğızıstanın Joqorku Keneşinə (parlamentinə) istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib.Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.B.İbrahimov Qırğızıstan və Azərbaycan arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.O, dostluq qruplarının fəaliyyəti, parlamentarilərin səfər mübadiləsi və müvafiq komitələrin əməkdaşlığı daxil olmaqla Joqorku Keneşin Azərbaycan Milli Məclisi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.Tərəflər türk ölkələri arasında parlamentlərarası dialoqun...

14 İyul 2026, 14:27

Pelleqrini İlham Əliyevin qeyri-adi qonaqpərvərliyindən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə səfər zamanı avtomobilin sükanı arxasına keçərək, qeyri-adi qonaqpərvərlik jesti ilə qonağı təəccübləndirib.Citypost.az xəbər verir ki, bu barədə Slovakiya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.Pelleqrini qeyd edib ki, rəsmi proqramın bu formatda davamı olduqca qeyri-adi idi, çünki ev sahibi olan dövlət başçıları, bir qayda olaraq, səfərlər zamanı avtomobili özləri idarə etmirlər."Prezident Əliyev və mən proqramımızın növbəti hissəsini olduqca qeyri-adi şəkildə davam etdirdik. Şübhəsiz ki, rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən özünün sükan arxasına keçməsi nadir hallarda baş verir", - Slovakiya Prezidenti yazıb.O vurğulayıb ki, Azərbaycan liderinin bu qeyri-adi...

14 İyul 2026, 14:23

Azərbaycan və Slovakiya prezidentləri Baş Qərvəngdə tikinti işləri ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.Citypost.az  xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verib.Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.Prezident İlham...

14 İyul 2026, 14:10

IV Şuşa Qlobal Media Forumu başa çatıb  

IV Şuşa Qlobal Media Forumu başa çatıb.Oxu24.com xəbər verir ki, iki gün davam edən forumda dünyanın mextəlif media nümayəndələri, ekspert və rəsmi şəxslər iştirak edib.Eyni zamanda forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.Forumun builki mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"na həsr olunub.Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılarla görüşüb, onların suallarını cavablandırıb.Forum iştirakçıları "Xocalı Soyqırımı Memorial"ını, Xankəndidə Zəfər parkını ziyarət ediblər, həmçinin Şuşada görülən işlərlə tanış olublar.Forumun ikinci günündə media, informasiya təhlükəsizliyi, süni intellekt və beynəlxalq...

14 İyul 2026, 13:00

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyul ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək....

14 İyul 2026, 12:55