Bizə yazın

Baku

-°C

USD

-

Zelenski: Ukraynanın ballistik raketlərə qarşı sursatı tükənir

Dünya 14 İyul 2026, 12:04

270

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bəzi hallarda ballistik raket hücumlarının qarşısını almaq üçün raket əleyhinə sursat çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.

Citypost.az Ukrayna i KİV-lərinə istinadən xəbər verir ki, Zelenski bununla bağlı "Telegram" kanalında paylaşım edərək, FREYJA adlı yeni ballistik raketdən müdafiə proqramına start verildiyini bildirib.

Onun sözlərinə görə, proqramın məqsədi siyasi, hökumət və sənaye imkanlarını birləşdirərək Avropanın iştirakı ilə genişmiqyaslı raketdən müdafiə sistemi yaratmaqdır.

"Bu gün ballistik raketlərə qarşı koalisiyamızın ilk iclası keçirildi. Avropa müdafiə sənayesinin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı xüsusi əhəmiyyət daşıyır", – deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, layihədə Fire Point, Thales, Diehl Defence, Saab, Kongsberg Defence & Aerospace, Weibel, Leonardo, Sener, MBDA, Eurosam, Safran və Destinus şirkətləri iştirak edir. Onun sözlərinə görə, birgə əməkdaşlıq nəticəsində yeni sistemin 12 ay ərzində hazırlanması planlaşdırılır.

Zelenski həmçinin Fransanın bu il Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri və raketlər təqdim etməyə, eləcə də Aster və SCALP raketlərinin istehsalı üçün lisenziyalar verməyə hazır olduğunu bildirib.

O, Böyük Britaniya və Almaniyaya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə verdikləri dəstəyə görə təşəkkür edib və yeni hərbi yardım paketlərinin hazırlandığını qeyd edib.

Prezident əlavə edib ki, Moldova və Şimali Makedonanın da qoşulduğu "Könüllülər Koalisiyası"nın iclasında 40 ölkənin nümayəndəsi iştirak edib. Onun fikrincə, beynəlxalq əməkdaşlığın genişlənməsi müharibənin başa çatmasını sürətləndirə və Rusiyaya təzyiqi artıra bilər.

Qeyd edək ki, FREYJA proqramına Ukraynanın raketdən müdafiə imkanlarının zəifləməsi fonunda start verilib. Reuters-in məlumatına əsasən, iyulun 6-na keçən gecə Rusiyanın həyata keçirdiyi kütləvi hücum zamanı Ukrayna hava hücumundan müdafiə qüvvələri buraxılan 23 "İsgəndər-M" ballistik raketi, eləcə də "Zirkon" və "Oniks" hipersəs raketlərini zərərsizləşdirə bilməyib. Bundan sonra Ukrayna və bir sıra Avropa ölkələri yeni raketdən müdafiə sistemlərinin hazırlanması məqsədilə ballistik raket əleyhinə koalisiyanın yaradılması barədə razılığa gəliblər.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əraqçi Trampa cavab verdi: İran həmişə Hörmüz boğazının keşikçisi olub

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına münasibət bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verilir ki, Əraqçi sosial şəbəkədə paylaşdığı açıqlamada Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsinə görə ödəniş alınması ilə bağlı Trampın fikirlərinə münasibət bildirib."ABŞ Prezidenti tamamilə haqlıdır. Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz və etibarlı keçidini təmin edən şəxs bu xidmətə görə kompensasiya almalıdır. İran həmişə boğazın keşikçisi olub və əbədi olaraq belə qalacaq. 20 faiz isə, əlbəttə ki, çoxdur. Biz ədalətli olacağıq", – deyə Abbas Əraqçi qeyd edib.Xatırladaq ki, Donald Tramp daha əvvəl "Truth Social" platformasında paylaşım edərək Hörmüz...

14 İyul 2026, 11:45

Men ştatında ICE ilə bağlı atışmada bir nəfər ölüb  

ABŞ-ın Men ştatında İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin iştirakı ilə baş verən atışmada bir nəfər ölüb, ştatın Nümayəndələr Palatasının spikeri Rayan Faktotum bildirib.Citypost.az Amerika KİV-lərinə istinadən xəbər verir ki, O, Facebook səhifəsində yazıb: "Bu səhər Baydfordda atışma baş verib. Bir nəfər ölüb. Hadisəyə ABŞ İmmiqrasiya və Gömrük Xidməti cəlb olunub".Fekto əlavə edib ki, ştatın İctimai Təhlükəsizlik Departamentinin, Baş Prokurorluğun və polisin rəsmiləri hadisənin səbəblərini araşdırırlar.Yusif...

14 İyul 2026, 10:15

Luksorda qədim Misirli Paser məzarı tapılıb. 

Misirin Luksor şəhərinin qərb sahilində yerləşən Şeyx Əbd əl-Qurna nekropolunda holland arxeoloqları qədim misirli Paserə məxsus olduğu müəyyən edilən işıqlandırılmış məzar aşkar ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Arkeonews Misir Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən məlumat yayılıb.Bildirilib ki, qayada oyulmuş məzar Teban nekropolunda yerləşən TB45 türbəsinin şərq hissəsində aşkarlanıb. Divar təsvirlərinin bədii üslubuna əsasən, məzarın Ramessilər dövrünə aid olduğu ehtimal edilir. Lakin dəqiq tarixin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.Məzar sahibinin adının Paser olduğu salamat qalmış kitabələr vasitəsilə müəyyən edilib. Divar rəsmlərinin bir hissəsi hələ də nazik toz qatı ilə örtülü olsa da, görünən təsvirlərdə Paserin müxtəlif...

14 İyul 2026, 10:08

Kallas: Rusiyaya qarşı sanksiyalar Aİ iqtisadiyyatına zərər vurur

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların Aİ iqtisadiyyatına zərər vurduğunu etiraf edib və üzv ölkələri “bir qədər səbirli olmağa” çağırıb.APA xəbər verir ki, bu barədə Kallas Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Rusiyaya qarşı 21-ci sanksiyalar paketi yenə qəbul edilməyib.“Biz artıq o qədər sanksiyalar paketi qəbul etmişik ki, bəzi ölkələrdə siyasi konsensus dəyişməyə başlayıb. Üstəlik, seçkilər yaxınlaşır. Bununla belə hesab edirəm ki, Avropa İttifaqı iqtisadiyyatı üçün ən yaxşı variant müharibənin başa çatmasıdır. Buna görə də Rusiyaya təzyiqi artırmalı və Ukraynaya dəstəyi davam etdirməliyik. Uzunmüddətli qazanc...

14 İyul 2026, 09:40

ABŞ ilk dəfə "Corsair" dronlarından İrana qarşı istifadə etdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran sahillərindəki hərbi obyektlərə endirdiyi zərbələrin görüntülərini yayıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, CENTCOM "X" sosial şəbəkəsində paylaşdığı videoda kamikadze su dronlarından istifadə edildiyi bildirilir."Dünən CENTCOM qüvvələri birtərəfli hücum üçün nəzərdə tutulmuş bir neçə pilotsuz aparatdan istifadə edərək İranın sualtı qayıqlar və gəmilərə texniki xidmət göstərən obyektinə uğurla zərbə endirib."Corsair" tipli üç pilotsuz suüstü aparat Bəndər-Abbas hərbi dəniz bazasının limanına hücum edib ki, bu da ABŞ qoşunlarının dənizdə bu növ vasitələrdən istifadə etdiyi ilk hal olub", - deyə paylaşımda vurğulanıb....

14 İyul 2026, 08:50

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib

Macarıstan parlamenti Prezident Tamaş Şuyokun istefasını nəzərdə tutan konstitusiya islahatları paketini təsdiqləyib."Report" xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.Bildirilib ki, Macarıstanın Baş naziri Peter Madyarın üç həftə əvvəl təqdim etdiyi əsas qanuna olunan düzəlişlər bu gün 139 səslə təsdiqlənib, altı nəfər sənədin əleyhinə səs verib.Bununla yanaşı, sabiq Baş nazir Viktor Orbanın "Fides" Partiyasının fraksiyası, Xristian Demokrat Xalq Partiyası iclası və səsverməni boykot edib, "Fides" fraksiyasının rəhbəri Qergey Quyaş isə etiraz əlaməti olaraq istefa verib.İndi Macarıstan Prezidentinin istefa ərizəsini imzalamaq və ya məsələni Konstitusiya Məhkəməsinə göndərmək üçün beş gün vaxtı var.P.Madyar parlament seçkilərində qələbə qazandıqdan sonra dəfələrlə Prezidenti istefaya çağırıb....

14 İyul 2026, 08:40