Bizə yazın

Baku

-°C

USD

-

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub 

Cəmiyyət 14 İyul 2026, 10:06

355

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.

Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Peter Pelleqrini: Qarabağın inkişafında iştirak etməkdən qürur duyuruq

Azərbaycanda rəsmi səfərdə olmaqdan və Qarabağa gəlməkdən çox məmnunam.Citypost.az xəbər verir ki, bunu Slovakiyanın Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra birgə bəayanat zamanı deyib.O bildirib ki, bu gün burada olmaqdan böyük şərəf duyur:"Mən və həmkarlarım burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi oluruq. Qısa müddət ərzində əldə etdiyiniz nailiyyətləri xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün qürurvericidir ki, Slovakiya şirkətləri də bu regionun inkişafına öz töhfələrini verirlər. Ümid edirəm ki, onlar bundan sonrakı layihələrdə də iştirak edəcəklər".Peter Pelleqri bildirib ki, Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq sadəcə bir sənəd deyil:"Ölkələrimiz arasında qarşılıqlı etimada, əməkdaşlığa və ortaq maraqlara əsaslanan...

14 İyul 2026, 11:07

Prezident: Slovakiya liderinin Qarabağa səfəri önəmlidir

Səfərini Qarabağa etdiyi üçün Slovakiya Prezidentinə təşəkkür edirəm.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında bildirib.“Nümayəndə heyətlərinin üzvləri daim təmasdadır. Səfər sabah Bakıda davam etdiriləcək. Səfərini Qarabağa etdiyi üçün Slovakiya Prezidentinə təşəkkür edirəm. İnanıram ki, bundan sonra da münasibətlər uğurla inkişaf edəcək”, - Azərbaycan Prezidenti qeyd edib.

14 İyul 2026, 11:05

İlham Əliyev: Bakı ilə Bratislava arasında siyasi əlaqələr möhkəmlənir

Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir.Citypsot.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında bildirib.“Bu gün bir çox məsələləri müzakirə etmişik. Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir. 2024-cü ildə Strateji Tərəfdaşlıq dair Bəyannamə imzalamışıq. Birgə layihələrin icrası güclü siyasi iradə tələb edir”, - dövlət başçısı qeyd edib.

14 İyul 2026, 11:02

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər 

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış edirlər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

14 İyul 2026, 10:54

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və "Anadolu" Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.Citypost.az xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub.Həmçinin Azərbaycanın və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, süni intellekt texnologiyalarının media sahəsində tətbiqi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər...

14 İyul 2026, 10:52

Zaur Şükürov: Ulu Öndərin ideyaları əbədiyaşardır

Bu gün, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı, xalqımızın tarixində xüsusi əhəmiyyət kəsb edən 1969-cu ilin 14 iyul tarixini qürur hissi ilə xatırlayırıq. Bu tarix ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi və mədəni yüksəlişində yeni bir mərhələnin başlanğıcı oldu.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.Zaur Şükürovun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərin keçdiyi tarixi yola nəzər yetirdikdə dövlətlərin və xalqların taleyində tərəqqisində, lider amilinin dövlətçilik və müstəqillik üçün vacib şərtlərdən biri olduğunu, hətta müəyyən dövrlərdə həlledici rol oynadığını deyə bilərik.Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Ölkəmizin istər sovet hakimiyyəti illərində, istərsə də...

14 İyul 2026, 10:33