Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının növbəti tədbirinə yola düşür
Cəmiyyət 14 İyul 2026, 14:57
360
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 14-də Anqola Respublikasına səfərə yola düşür.
Citypost.az xəbər verir ki, BMT Baş Katibinin müavini, Sivilizassiyalar Alyansının xüsusi nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə “Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində keçiriləcək Yüksək səviyyəli dialoqda iştirak edəcəkdir.
Afrika qitəsində ilk dəfə keçiriləcək bu mötəbər tədbir 16-17 iyul 2026-cı il tarixlərində Anqolanın Luanda səhərində bas tutacaqdır. Anqola Respublikası höküməti ilə əməkdaşlıqda keçirilən tədbir 2025-ci ildə İspaniyanin Gernika şəhərində bu şəhərin bombalanmasının 88-ci ildönümündə keçirilmiş təsis toplantısının ardınca müharibənin dərin tarixi izlərini daşıyan Bosniya va Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ikinci mərhələsindən sonra Luandada planlaşdırılan növbəti görüş bu ali missiyanın əhəmiyyətli davamını təşkil edir.
Forum yüksək səviyyali dövlət va hökümət rəsmilərini, nüfuzlu dini liderləri, akademik dairələrin tanınmiıs nümayəndələrini, vətəndaş cəmiyyəti və media təmsilçilərini, habelə qlobal sülh naminə həmrəy olan digər tərəfdaşları bir araya gətirəcəkdir.
Şeyxülislam A. Paşazadə tədbirin Açılış mərasimində çıxış edəcəkdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak olub. "Unikal" xəbər verir ki, 22 yaşlı Rəşad Rizvan oğlu Məhəmmədəliyev döyüşlər zamanı həyatını itirib. Mərhum Sumqayıtda dəfn olunub.
14 İyul 2026, 21:48
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib
İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Görüşdə iki ölkə liderlərinin siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində Azərbaycan ilə Slovakiya arasında dostluğa, hörmətə və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu məmnunluqla qeyd edilib, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.Nazir Kəmaləddin Heydərov slovakiyalı nazir Matuş Şutay-Eştoka Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, o cümlədən işğaldan azad...
14 İyul 2026, 21:25
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun "İçərişəhər" stansiyası istiqamətində sərnişin axını nəzərə alınaraq 39 nömrəli müntəzəm marşrutun iyulun 15-dən hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsinə (Nizami bağı) təşkil ediləcək.Citypost.az xəbər verir ki, 39 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdirilərək yalnız CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.Gedişhaqqı 0,60 AZN təşkil edəcək.
14 İyul 2026, 20:55
Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti...
14 İyul 2026, 20:40
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib.Citypost.az xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
14 İyul 2026, 20:28
Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb
Bakı şəhərində daha üç ünvanda yol təmiri yekunlaşıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində aparılan təmir işləri yekunlaşdırılıb.
14 İyul 2026, 20:20