Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Cəmiyyət 14 İyul 2026, 18:50
236
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Əvvəlcə xatırladılıb ki, ötən məhkəmə iclasında təqsirləndirilən Bako Sahakyan müdafiə çıxışına başlayıb, lakin məhkəmədə fasilə elan olunduğundan o, çıxışını bu gün davam etdirəcək.
Ardınca Bako Sahakyan çıxışına davam edərək öz arqumentlərini səsləndirib, elan olunmuş ittihamlarla razılaşmadığını bildirib və birinci instansiya məhkəməsinin qərarının ləğvini xahiş edib.
Həmçinin oxuyun
Sonra təqsirləndirilən David Manukyanın müdafiəçiləri çıxış ediblər. Müdafiəçilər David Manukyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra David Manukyan çıxış edib. O, hər iki vəkilinə təşəkkürünü bildirərək müdafiəsinə dair arqumentlərini səsləndirib.
Məhkəmənin növbəti iclası iyulun 17-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun "İçərişəhər" stansiyası istiqamətində sərnişin axını nəzərə alınaraq 39 nömrəli müntəzəm marşrutun iyulun 15-dən hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsinə (Nizami bağı) təşkil ediləcək.Citypost.az xəbər verir ki, 39 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdirilərək yalnız CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.Gedişhaqqı 0,60 AZN təşkil edəcək.
14 İyul 2026, 20:55
Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti...
14 İyul 2026, 20:40
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib.Citypost.az xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
14 İyul 2026, 20:28
Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb
Bakı şəhərində daha üç ünvanda yol təmiri yekunlaşıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində aparılan təmir işləri yekunlaşdırılıb.
14 İyul 2026, 20:20
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı
Bu gündən 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.MÜTDA-dan Citypost.az-a verilən məlumata görə, test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.Bildirilib ki, test imtahanı mərhələsinin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.Qeyd olunub ki, bu gün təşkil olunan müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 2 gün ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək....
14 İyul 2026, 19:25
Komitə sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib
İyulun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.Dövlət Komitəsindən Citypost.az-a verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Vətəndaşların müraciətləri, əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....
14 İyul 2026, 19:15