Bizə yazın

Baku

-°C

USD

-

Fransa Rusiyanı kibercasusluqda ittiham edib

Dünya 14 İyul 2026, 19:50

253

Fransa hökuməti Rusiyanın Federal Təhlükəsizlik Xidmətini (FSB) bir neçə ildir ölkənin dövlət qurumlarına qarşı kibercasusluq kampaniyası aparmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, hücumların hədəfində Rusiyanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər strateji qurumları olduğu bildirilib.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, FSB-nin 16-cı Mərkəzi, xüsusilə də Fransaya qarşı fəaliyyət göstərdiyi iddia edilən 61240 saylı bölməsi casusluq məqsədilə uzunmüddətli və zərərli kibertədbirlər həyata keçirib.

Nazirliyin məlumatına əsasən, 2017-ci ildən etibarən Müdafiə Nazirliyinin elektron poçt hesabları hədəfə alınıb. Bundan əlavə, 2018-ci ildə Fransanın Moskvadakı səfirliyinin şəbəkəsinə müdaxilə edilib, 2019-cu ildə isə ədliyyə sektoruna aid server sındırılıb.

Fransa tərəfi bildirir ki, 2025-ci ilin fevralında ölkənin müdafiə sənayesi ilə əməkdaşlıq edən və həssas texnologiyalar üzrə tədqiqat aparan institut da kibertəcavüzə məruz qalıb. Rəsmi məlumata görə, həmin hücum nəticəsində böyük həcmdə məlumat qanunsuz şəkildə sistemdən çıxarılıb.

Bu açıqlama Avropa İttifaqının Rusiya ilə əlaqəli kibercasusluq fəaliyyətində iştirak etməkdə ittiham olunan 9 fiziki şəxs və 4 quruma qarşı yeni sanksiyalar tətbiq etməsi ilə eyni vaxta təsadüf edir.

Avropa İttifaqı Şurasının məlumatına görə, sanksiyalar Rusiya hərbi kəşfiyyatının (QRU) əməkdaşlarını, kibercinayətkarları, özlərini “haktivist” adlandıran qrupları və sabitliyin pozulması ilə bağlı əməliyyatlarda iştirakda şübhəli bilinən özəl şirkətləri əhatə edir.

Brüssel, həmçinin FSB-ni “TURLA” daxil olmaqla bir sıra kibertəhdid qruplarına nəzarət etməkdə və Avropa ölkələrinə qarşı casusluq və təxribat əməliyyatları həyata keçirməkdə ittiham edir. Brüsselin məlumatına görə, Fransa ilə yanaşı, Almaniya, Polşa, Niderland, Avstriya, Rumıniya, Slovakiya, Finlandiya və Kipr də analoji kibertəhdidlərdən zərər çəkən ölkələr sırasındadır.

Rusiya isə öz növbəsində Avropa İttifaqı və Böyük Britaniyanın yeni sanksiyalarına cavab verəcəyini açıqlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Böyük Britaniyada xaricdən gətirilən yoluxucu xəstəliklərin sayı artıb

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi yay mövsümündə xaricə səyahət edənləri ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərə qarşı ehtiyatlı olmağa çağırıb.AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, agentliyin məlumatına görə, bu il ölkədə xaricdən gətirilən “Zika” virusu və “Denqe” qızdırması kimi ağcaqanadlarla yayılan xəstəliklərlə bağlı artım qeydə alınıb.Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında Böyük Britaniyada “Zika” virusuna yoluxmanın səkkiz halı təsdiqlənib. Bu il aşkarlanan yoluxmaların dördü İndoneziyadan qayıdan şəxslərdə müəyyən edilib.Agentlik xaricə səfər edənlərə həşərat əleyhinə vasitələrdən istifadə etməyi, uzunqol paltar və uzun şalvar geyinməyi, zərurət olduqda insektisidlə işlənmiş ağlardan istifadə etməyi tövsiyə edib. Həmçinin səyahət öncəsi tələb olunan peyvəndlərin vurulmasının və malyariyaya...

14 İyul 2026, 19:37

Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Ukraynaya səfər edəcək."Report" xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa sosial şəbəkələrdə bildirib."Sabah Ukraynada Hakan Fidanla görüşməyi səbirsizliklə gözləyirəm, bu zaman biz qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik", - o qeyd edib.Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında azad ticarət sazişinin Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilməsi ikitərəfli münasibətlərdə mühüm bir mərhələdir:"Bu saziş - çoxillik mürəkkəb işin nəticəsidir və bugünkü səsvermə ümumi səylərimizi nəzərəçarpacaq nailiyyətə çevirir. Saziş hər iki tərəfdən biznes və insanlar üçün yeni imkanlar yaradaraq ölkələrimiz arasında ticarətin, investisiyaların və iqtisadi əməkdaşlığın genişləndirilməsində...

14 İyul 2026, 19:00

Ermənistan əhalisini ikiqat artırmaq istəyir

Ermənistan hökuməti ölkədə doğum səviyyəsinin artırılması üçün yeni tədbirləri nəzərdən keçirir.Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Arsen Torosyan nazirlikdə keçirilən iclasda bildirib.Onun sözlərinə görə, demoqrafik artımı stimullaşdırmaq üçün mövcud mexanizmlərdə dəyişikliklər edilə və dövlət dəstəyi proqramları genişləndirilə bilər.Nazir hesab edir ki, hökumətin həyata keçirəcəyi yeni təşviq tədbirləri doğum göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərə bilər.Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ dörd il əvvəl hökumətə ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı proqramlar hazırlamağı tapşırmışdı. Həmin strategiyaya əsasən, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayının 5 milyon nəfərə çatdırılması hədəflənir....

14 İyul 2026, 18:30

Kobaxidze: Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, bu il ölkədən ən azı 4 min qanunsuz miqrantın deportasiyası planlaşdırılır."Report"un Gürcüstan bürosu xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə açıqlamasında danışıb.Onun sözlərinə görə, təxmini hesablamalara əsasən, ötən il Gürcüstanda 20 minə yaxın qanunsuz miqrant olub və hökumət bu problemin həlli istiqamətində fəal iş aparır.İ.Kobaxidze qeyd edib ki, bu məqsədlə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin fəaliyyəti gücləndirilib."Son 12 ay ərzində Gürcüstandan son 10 ildə olduğundan daha çox qanunsuz miqrant deportasiya edilib. Bu il isə daha iddialı hədəf müəyyənləşdirilib. Planımıza əsasən, ən azı 4 min qanunsuz miqrant ölkədən çıxarılacaq. Bu, növbəti dörd il...

14 İyul 2026, 17:38

Romada İsrail və Livan arasında danışıqların altıncı raundu keçiriləcək 

Bu gün Romada İsrail və Livan arasında danışıqların altıncı raundu keçiriləcək.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.Raund iki gün davam edəcək.Tərəflərin İsrail Müdafiə Ordusunun çıxmalı olduğu ərazilərdə Livan ordusunun yerləşdirilməsini nəzərdə tutan pilot proqramı müzakirə edəcəkləri gözlənilir. Proqramın məqsədi bu ərazilərin "Hizbullah"ın silah və infrastrukturundan azad olmasını təmin etməkdir.İsrail nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Yehiel Leyter rəhbərlik edəcək....

14 İyul 2026, 17:00

Zelenski: Ukraynanın ballistik raketlərə qarşı sursatı tükənir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bəzi hallarda ballistik raket hücumlarının qarşısını almaq üçün raket əleyhinə sursat çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.Citypost.az Ukrayna i KİV-lərinə istinadən xəbər verir ki, Zelenski bununla bağlı "Telegram" kanalında paylaşım edərək, FREYJA adlı yeni ballistik raketdən müdafiə proqramına start verildiyini bildirib.Onun sözlərinə görə, proqramın məqsədi siyasi, hökumət və sənaye imkanlarını birləşdirərək Avropanın iştirakı ilə genişmiqyaslı raketdən müdafiə sistemi yaratmaqdır."Bu gün ballistik raketlərə qarşı koalisiyamızın ilk iclası keçirildi. Avropa müdafiə sənayesinin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı xüsusi əhəmiyyət daşıyır", – deyə Zelenski vurğulayıb.Prezident qeyd edib ki, layihədə Fire Point, Thales, Diehl Defence, Saab, Kongsberg Defence & Aerospace, Weibel, Leonardo,...

14 İyul 2026, 12:04