Paralimpiya çempionu İmaməddin Xəlilov dünya reytinqində liderliyini qoruyub
İdman 14 İyul 2026, 16:00
314
Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Dünya Parataekvondo Federasiyasının açıqladığı reytinqdə liderliyini qoruyub.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
70 kq çəki dərəcəsində yer alan paralimpiya çempionu 495.75 xalla birinci pillədə qərarlaşıb.
58 kq çəki dərəcəsində isə paralimpiadanın bürünc medalçısı Sabir Zeynalov iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı 2 qızıl medal sayəsində reytinqini 381.15 xala yüksəldərək bir pillə irəliləyib və ikinci yerə yüksəlib.
Həmçinin oxuyun
63 kq çəki dərəcəsində Amin Əliyev 52.91 xalla bir pillə irəliləyərək 21-ci yerə yüksəlib. Amin Şıxalıyev 39.71 xalla 23-cü sırada qərarlaşıb. Orxan Cəfərov 80 kq çəki dərəcəsində 45.83 xalla 24-cü pillədəki mövqeyini qoruyub.
Qadınların 47 kq çəki dərəcəsində çıxış edən Səmayə Həsənova 42.32 xalla iki pillə irəliləyərək 20-ci sıraya yüksəlib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycan kamandan oxatanları iyulun 20-26-da İtaliyanın paytaxtı Romada keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaqlar.Bu barədə Citypost.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.Qitə birinciliyində Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev çıxış edəcək. Onlar fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.Komanda hazırda yarışa hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadıt. Avropa çempionatında milliyə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcək....
14 İyul 2026, 17:10
"Arsenal" Julian Alvarez üçün 105 milyon avro təklif edib
İngiltərə çempionu "Arsenal" argentinalı hücumçu Julian Alvarezi transfer etmək üçün İspaniyanın "Atletiko Madrid" klubuna 105 milyon avro təklif edib.Citypost.az xəbər verir ki, bu barədə The Independent nəşri məlumat yayıb.Məlumata görə, tərəflər arasında danışıqlar hazırda davam edir.Bildirilib ki, daha əvvəl "Real Madrid" və "Barselona" da dünya çempionunun xidmətində maraqlı olsalar da, "Atletiko Madrid" rəhbərliyi birbaşa rəqiblərini gücləndirməmək üçün futbolçunu bu klublara satmaq niyyətində deyil.Fransa çempionu PSJ-nin də 26 yaşlı hücumçunun transferində maraqlı olduğu qeyd olunur."Transfermarkt" portalı Julian Alvarezin transfer dəyərini 100 milyon avro qiymətləndirir. Futbolçunun "Atletiko Madrid"lə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədər qüvvədədir.Əli...
14 İyul 2026, 12:00
Emreli İsrail klubunun təklifini rədd etdi
Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" komandasının futbolçusu Mahir Emrelinin imtina etdiyi daha bir klub müəyyənləşibCitypost.az Report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub."Makkabi" (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyib. Lakin oyunçu təklifdən imtina edib.Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir....
14 İyul 2026, 08:28
PSJ Luka Dinin transferini tamamlamağa yaxındır
PSJ “Aston Villa”nın müdafiəçisi Luka Dinin transferini tamamlamağa yaxındır.Apasport.az xəbər verir ki, Paris klubu Fransa millisinin sol cinah müdafiəçisini heyətinə qatmaq üzrədir.32 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsində sərbəst qalma maddəsi var.Iddialara görə, bu məbləğ 10 milyon funt-sterlinqdən azdır.Dinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.Qeyd edək ki, Luka Din 2025/26 mövsümündə Premyer Liqada 32 matçda meydana çıxıb. O, “Aston Villa”nın qalib olduğu Avropa Liqasında isə 11 oyuna start heyətdə başlayıb, o cümlədən finalda iştirak edib....
13 İyul 2026, 22:00
Bakının ev sahibliyi edəcəyi güləş üzrə dünya çempionatının loqosu təsdiqlənib
Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, loqo yarışın idman ruhunu, beynəlxalq xarakterini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən vizual konsepsiya əsasında hazırlanıb.Loqonun mərkəzində yerləşən stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir. Dinamik kompozisiya güləşin əsas fəlsəfəsini – güc, əzm və ədalətli mübarizə prinsiplərini əks etdirir. Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubunun əsas elementlərindən biridir. UWW mundiallarda brendinqində göy və ağ rəng palitrasından geniş istifadə edir ki, bu da yarışın vizual kimliyini vurğulayır.Loqonun xarici halqasında istifadə olunan ornamentlər Qarabağ...
13 İyul 2026, 19:08
Fuad Bayramov "Səbail"ə keçdi
"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək.Citypost.az xəbər verir ki, "Səbail" 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.
13 İyul 2026, 15:25