Bizə yazın

Baku

-°C

USD

-

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib 

Cəmiyyət 20 İyul 2026, 10:48

860

Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir.

Citypost.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciətində bildirib.

Qurum bəyan edib ki, bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır.

Torpağın münbitliyinə və bioloji strukturuna vurulan ziyan

Bitki qalıqları torpağın münbitliyini artıran, strukturunu və rütubət tutumunu yaxşılaşdıran ən vacib üzvi resurslardan biridir. Təəssüf ki, kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə əmək xərcləri tələb etdiyindən bitki qalıqları haqqında yanlış təsəvvürlərə malikdir.

Kövşənliyin və samanın yandırılması torpağa bərpaolunmaz ziyan vurur:

Faydalı mikroorqanizmlərin məhv olması: Normalda 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrəsi ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Yanğın milyon illər ərzində formalaşmış bu faydalı mikrofloranı məhv edir və onun bərpası uzun müddət tələb edir.

Kritik elementlərin və humusun itirilməsi: Yüksək temperaturun (360°C-yə qədər) təsiri ilə torpağın 0-5 sm qatında humus yanır, 10 sm qatında isə su buxarlanır. Humus itkisi hektara 1,3 ton təşkil edir. Səmərəli maddələrin məhvi nəticəsində toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir.

Maddi itkilər və məhsuldarlığın aşağı düşməsi: Bir hektarda 1 ton samanın yandırılması ilə 4,0-4,5 kq azot, 2,0-2,5 kq fosfor itirilir, 8-10 kq kalium isə yararsız hala keçir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməlidir. Halbuki, 1 ton buğda samanında dəyəri 12-35 manat olan qida maddələri var. Sahənin yandırılması növbəti ilin məhsuldarlığını 20-30% azaldır.

Zərərvericilərlə səhv mübarizə: Bitki qalıqlarının yandırılması zərərvericilərə qarşı effektiv vasitə deyil. Çünki dənli bitkilərin əksər zərərvericiləri yanğın zamanı torpağın dərin qatlarında gizlənə bilsələr də, faydalı həşəratlar (məsələn, inkişafı dövründə 400-2000 mənənə məhv edən parabüzənlər) yanaraq tələf olur.

Alternativ və səmərəli idarəetmə üsulları

Nazirlik fermerlərə arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayıb mulça şəklində sahəyə səpməyi, yaxud biçindən dərhal sonra samanı sahədən daşıyıb çıxarmağı tövsiyə edib.

Daha sonra becəriləcək hər bitkiyə uyğun fosfor və yaxud kompleks gübrələr verilərək şum, 10-12 sm diskləmə və yaxud torpağın sıfır becərməsi aparılmalı, sahə aralıq bitkilərin səpininə hazırlanmalıdır. Kövşənlikdə birbaşa səpin aparılması torpaqqoruyucu qat yaradaraq su və külək eroziyasının qarşısını alır, rütubəti qoruyur, alaq otlarının inkişafına mane olur və ümumi məhsuldarlığı yüksəldir.

Qanunvericilik və cərimələr

Məhsulu biçilmiş əkin sahələrinin yandırılması ciddi qanun pozuntusudur. "Torpaqların münbitliyi haqqında" qanunun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qəti qadağandır.

Bu qaydanı pozan fərdlər və qurumlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən aşağıdakı məbləğlərdə cərimə olunurlar:

Fiziki şəxslər: 400 manatdan 600 manata qədər

Vəzifəli şəxslər: 1 500 manatdan 2 000 manata qədər

Hüquqi şəxslər: 5 000 manatdan 6 000 manata qədər

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Almaniyada Mixael Harms ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.Citypost.az xəbər verir ki,  görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib.Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla, bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb.Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunulub, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edilib.Söhbət zamanı həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara...

20 İyul 2026, 22:45

İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

20 İyul 2026, 21:40

MN nümayəndə heyəti Yaşar Gülerlə görüşdü 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.MN-dən Citypost.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin...

20 İyul 2026, 19:44

Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.Bu barədə Citypost.az XİN-dən məlumat verilib.İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikiləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla...

20 İyul 2026, 18:00

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.Məlumata əsasən, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq....

20 İyul 2026, 17:00

Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.Citypost.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə çatıdırlıb.

20 İyul 2026, 16:45