Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Milli mətbuat yeni inkişaf mərhələsindədir

Cəmiyyət 20 İyul 2026, 11:48

1024

Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olub.  İndiyədək bu istiqamətdə daim sistemli iş aparılıb, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılıb. İnformasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilib. Artıq ölkə jurnalistlərinin peşə bayramı - 22 iyul - Milli Mətbuat Günü ərəfəsindəyik. Hər bir bayram  keçilən yolun,  dövrün çağırışlarına uyğun olaraq atılan addımların təhlilini bir zərurət kimi qarşıya qoyur. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə o dövr Azərbaycanının həm ziyalı təbəqəsi, həm də sadə insanları arasında çox məşhurlaşmışdı. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və daha sonra qəzetin nəşrini dayandırdı. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.  1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşması, qabaqcıl ideyaların təbliği istiqamətində böyük xidmətlər göstərmişdir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, mətbuatın müasir tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, mətbuatda   da yeni mərhələ başladı.  Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı,  medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Mətbuatın inkişafına misilsiz diqqət və qayğısı sayəsində “Jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin  azad medianın inkişafı istiqamətində atdığı addımların uğurlu nəticəsinin təqdimatı ölkə Prezidentinin bu müddət ərzində dörd dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsidir.  Dövlət başçısı İlham Əliyev 2013-cü il noyabrın 24-də “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir” söyləyən Prezident İlham Əliyev onu da  qeyd etmişdir ki,  Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.

 Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar bütün sahələrdə, o cümlədən mətbuatda yeniliklərə, təkmilləşməyə  böyük yol açdı. Şübhəsiz, yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. “Media haqqında” yeni Qanun qəbul edildi. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. “Media haqqında”  Qanunun qəbul edilməsi jurnalist fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir.

 Milli Məclisin deputatı bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyb. Bu gün yüzlərlə azərbaycanlı jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçir. Yeni dövrün çağırışları daha bir təkmil addımın atılmasını şərtləndirdi. Belə ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılmasına zərurət yaradıldı.  Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olundu. Qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Bir sözlə, son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, cəmiyyətdə təkmil demokratik münasibətlərin formalaşması ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti heç zaman mətbuatın inkişafına diqqət və qayğısını əsirgəməyib. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və bu sahədə qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ölkə mediası  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. Tarixi Zəfərimizdən sonra ənənəvi keçirilən Şuşa Qlobal Media forumları Azərbaycan mətbuatının inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan mətbuatı müasir dövrün çağırışlarına çevik reaksiya verərək rəqəmsallaşma, sosial media və süni intellekt kimi yeniliklərə uğurla uyğunlaşır. Media qurumları xalqın informasiya tələbatını operativ ödəmək, oxucu auditoriyasını genişləndirmək və təkzibolunmaz faktlara əsaslanan məlumatlar təqdim etmək üçün qlobal texnoloji trendləri fəal şəkildə tətbiq edir. Bir sözlə müasir Azərbaycanın  mediası dövrün tələblərinə cavab verməsini şərtləndirən əsas amilləri özündə ehtiva edir. Keçilən 151 illik yol mətbuatımızın perspektiv inkişafı barədə aydın təsəvvür yaratmaqla bərabər, həm də gələcək üçün yol xəritəsidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Almaniyada Mixael Harms ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.Citypost.az xəbər verir ki,  görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib.Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla, bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb.Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunulub, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edilib.Söhbət zamanı həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara...

20 İyul 2026, 22:45

İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

20 İyul 2026, 21:40

MN nümayəndə heyəti Yaşar Gülerlə görüşdü 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.MN-dən Citypost.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin...

20 İyul 2026, 19:44

Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.Bu barədə Citypost.az XİN-dən məlumat verilib.İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikiləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla...

20 İyul 2026, 18:00

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.Məlumata əsasən, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq....

20 İyul 2026, 17:00

Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.Citypost.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə çatıdırlıb.

20 İyul 2026, 16:45