Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Almaniyada səfərdədir

Cəmiyyət 20 İyul 2026, 21:40

686

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.

Citypost.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanla BVF arasında əməkdaşlıq müzakirə edilib 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.Citypost.az  bu barədə nazirliyə istinadən xəbər verir.Görüşdə cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlər, İqtisadiyyat Nazirliyinin bu sahədə fəaliyyəti, həmçinin vergi siyasəti və vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlar müzakirə edilib.Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi, qeyri-neft-qaz sektorunda investisiya siyasətləri barədə məlumat verilib, beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq imkanları qeyd olunub.Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar....

21 İyul 2026, 12:00

Xəstəxanada ölü döl iddiası araşdırılır

"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir".Bu barədə Citypost.az-a Səhiyyə Nazirliyindən məlumat verilib."Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.

21 İyul 2026, 11:45

Yasamal RİH-də ay ərzində yüzlərlə sakin qəbul edilib

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll olunması ilə bağlı verdiyi tapşırıqlara əsasən, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cari ay ərzində vətəndaş qəbulları və səyyar görüşlər intensiv şəkildə davam etdirilib.Citypost.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən rayonun müxtəlif ərazilərində keçirilən səyyar qəbullar zamanı vətəndaşlarla birbaşa ünsiyyət qurulub, onların problem və təklifləri yerində dinlənilib, bir sıra ünvanlara baxış keçirilib, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.Cari ay ərzində keçirilən qəbullarda 400-dən çox rayon sakini qəbul olunub. Daxil olan müraciətlərin böyük əksəriyyəti yerində araşdırılıb, təxminən 80 faizi üzrə müsbət qərarlar...

21 İyul 2026, 11:38

Azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü 

Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı gənc vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Torontoda yaşayan həmyerlimiz Vəli Quliyev məlumat yayıb.Məlumata görə, “RBC Bank”da qiymətləndirmə üzrə direktor müavini (associate director, valuations – equity derivatives) vəzifəsində çalışan Cavid Babazadə yüksəkmərtəbəli binadan yıxılaraq həyatını itirib.

21 İyul 2026, 11:30

Almaniyanın yeni səfiri Bakıdadır

Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölken Bakıya gəlib.Citypost.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında paylaşılıb.“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə səfir bildirib.

21 İyul 2026, 11:23

Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb 

Ağstafa rayonunda 78 yaşlı kişi yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə ötən gün rayonun Həsənsu kəndində baş verib.Məlumata görə, 1948-ci il təvəllüdlü Miryusif Hacıyev yaşadığı evdə yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır.

21 İyul 2026, 11:12