Bizə yazın

Baku

-°C

USD

-

Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

Cəmiyyət 20 İyul 2026, 18:00

825

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Citypost.az XİN-dən məlumat verilib.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.

Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikiləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu  ərazilərdə işıq olmayacaq 

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq.Citypost.az xəbər verir ki, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir.Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 15 500 abonentin (Cəlilabad şəhərinin M. Hadi, M. Əzizbəyov, M. Quliyev, N. Hikmət, Z. Bünyatov, F. Cəfərov, S. Rüstəm, M. Səfərov, Savalan, M. Maqomayev, E. Həsənov, A. Ələsgər, İ. Nəsimi, Bülbül, R. Rza, F. Əmirov, S. Mirzəyev, N. Xəzri, İstiqlal, A. Şaiq, H. Aslanov, Azadlıq, R. Behbudov, Xudafərin, Ə. Nəvai, Ə. Şıxlinski, Ə. Naxçıvanski küçələri, Göytəpə şəhəri, Muğan, Maşlıq, Söyüdlü, Kazımabad, Privolnoye, Ağdaş, Ağbulaq, Axtaxana, Çünzəli, Güneyli, Darılıq, Fətullaqışlaq, Hacıcavadlı, Soyuqbulaq, Oğrubulaq, Vənlik, Komanlı,...

21 İyul 2026, 08:00

İlham Əliyev Almaniyada Mixael Harms ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.Citypost.az xəbər verir ki,  görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib.Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla, bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb.Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunulub, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edilib.Söhbət zamanı həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara...

20 İyul 2026, 22:45

İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

20 İyul 2026, 21:40

MN nümayəndə heyəti Yaşar Gülerlə görüşdü 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.MN-dən Citypost.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin...

20 İyul 2026, 19:44

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.Məlumata əsasən, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq....

20 İyul 2026, 17:00

Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.Citypost.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə çatıdırlıb.

20 İyul 2026, 16:45