Bizə yazın

Baku

-°C

USD

-

Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Cəmiyyət 21 İyul 2026, 15:23

509

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Citypost.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:

"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".

Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb 

Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.Fövqəladə Hallar Nazirliyindən Citypost.az verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.Əlavə məlumat veriləcək.

21 İyul 2026, 19:17

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır 

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.Bu barədə Citypost.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur....

21 İyul 2026, 19:00

"Zirə" "Göztəpə"nin sabiq futbolçusu Lue Bayere Junioru heyətinə qatıb 

"Zirə" yeni futbolçu ilə anlaşıb.Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb."Qartallar" Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb.Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.

21 İyul 2026, 18:45

Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır 

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə iyulun 22-dən start veriləcək.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq.Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Şəxsi səhifənizi mütəmadi olaraq...

21 İyul 2026, 18:33

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....

21 İyul 2026, 17:33

Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub

Baş prokuror Kəlbəcər rayon prokurorluğunda və Kəlbəcər hərbi prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş müraciətlərinə baxılması barədə ətraflı məlumat təqdim edilib.Baş prokuror əməkdaşlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının, qanunçuluğun və ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayıb.Bildirilib ki, həmin ərazilərdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət hissi ilə icrası, cinayət...

21 İyul 2026, 17:14