Bizə yazın

Baku

-°C

USD

-

Milli Paralimpiya Komitəsi ilə "Neftçi" İdman Klubu arasında əməkdaşlıq müzakirə edilib 

İdman 21 İyul 2026, 18:26

426

rəhbərliyi arasında işgüzar görüş keçirilib.

Bu barədə Citypost.az MPK-dan məlumat verilib.

Toplantı zamanı gələcəkdə birgə layihələrin və idman tədbirlərinin təşkili, "Neftçi" İdman Klubunu beynəlxalq yarışlarda təmsil edən paralimpiyaçılara dəstəyin gücləndirilməsi, paraidman növlərinin təbliği, eləcə də yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev və İdmanın İnkişafı Departamentinin rəisi Emil Kərimov iştirak ediblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Çelsi" "Aston Villa"dan Morqan Rocersi transfer edib 

İngiltərənin "Çelsi" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl "Çelsi"nin bu keçid üçün "Aston Villa"ya 117 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi."Transfermarkt" portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.Rocers 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 6 oyuna çıxıb. O, Argentina ilə yarımfinal matçında (1:2) bir məhsuldar ötürmə müəllifi olub....

21 İyul 2026, 08:26

"Turan Tovuz" "Fatih Karagümrük"lə üz-üzə gələcək

Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.Citypost.az  xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Komanda iyulun 27-də Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl İranın U-21 yığması ilə heç-heçə edib - 1:1.

20 İyul 2026, 15:23

Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək

İyulun 25-26-da Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.Bu barədə Citypost.az  Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.Qeyd edək ki, iyulun 24-26-da yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq....

20 İyul 2026, 14:08

Millimiz Latviyanı məğlub edib A Liqasına yüksəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.Citypost.az  xəbər verir ki, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb....

20 İyul 2026, 09:26

Onur Quluzadə Avropa üçüncüsü oldu 

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.Citypost.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal dueti bu gün keçirilən yarımfinal görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub....

20 İyul 2026, 09:20

"Sumqayıt" Mumini ilə yollarını ayırdı

"Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Xatırladaq ki, "Sumqayıt" daha öncə Sənan Muradlı, Aleksandr Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.

18 İyul 2026, 11:12