Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb
Cəmiyyət 21 İyul 2026, 15:45
490
Azərbaycanla Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin mətni açıqlanıb.
Citypost.az xəbər verir ki, bəyannamədə deyilir:
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, və sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayırlar. Almaniya Federativ Respublikası iki ölkənin regionda davamlı sülhə nail olmağa hədəflənmiş səylərini tam dəstəklədiyini bir daha təsdiqləyir.
Tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Tərəflər həmçinin Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.
Həmçinin oxuyun
Tərəflər aşağıdakı sahələrdə, lakin bununla məhdudlaşmadan, əməkdaşlıq etmək niyyətindədirlər:
Siyasi və Diplomatik Əməkdaşlıq: nazirliklər və qurumlar arasında müntəzəm məsləhətləşmələr, yüksək səviyyəli səfərlərin mübadiləsi; qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi üçün məxsusi-məzmunlu yüksək səviyyəli dialoqlar; ortaq maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsi.
İqtisadi və Ticarət Əməkdaşlığı: ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi; kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə etdərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi, eləcə də davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması.
Təhlükəsizlik və Müdafiə: insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi; müdafiə sənayesində əməkdaşlığın təşviqi; Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi; ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi.
Mədəniyyət, Təhsil, Dil və İnsanlararası mübadilələr: qarşılıqlı anlaşmanı, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mədəni mübadilə fəaliyyətləri və proqramları; innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə gələcək əməkdaşlıq imkanları barədə dialoq perspektivləri.
Elm, Texnologiya və İnnovasiya: rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində əməkdaşlığın təşviqi; təhsil və elm sahələrində əməkdaşlıq.
Bu siyasi bəyannaməyə əsasən fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğuna tabe və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olacaqdır
Bəyannamə 21 iyul tarixində Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanıb.
Sənədi Azərbaycan Respublikası adından Prezident İlham Əliyev, Almaniya Federativ Respublikası adından Kansler Fridrix Merts imzalayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.Fövqəladə Hallar Nazirliyindən Citypost.az verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.Əlavə məlumat veriləcək.
21 İyul 2026, 19:17
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur....
21 İyul 2026, 19:00
"Zirə" "Göztəpə"nin sabiq futbolçusu Lue Bayere Junioru heyətinə qatıb
"Zirə" yeni futbolçu ilə anlaşıb.Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb."Qartallar" Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb.Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.
21 İyul 2026, 18:45
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə iyulun 22-dən start veriləcək.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq.Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Şəxsi səhifənizi mütəmadi olaraq...
21 İyul 2026, 18:33
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....
21 İyul 2026, 17:33
Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub
Baş prokuror Kəlbəcər rayon prokurorluğunda və Kəlbəcər hərbi prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş müraciətlərinə baxılması barədə ətraflı məlumat təqdim edilib.Baş prokuror əməkdaşlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının, qanunçuluğun və ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayıb.Bildirilib ki, həmin ərazilərdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət hissi ilə icrası, cinayət...
21 İyul 2026, 17:14