Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur
Cəmiyyət 30 İyul 2026, 19:48
409
Baş Prokurorluq tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edilib.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Əlağa İsmayılovun Azərbaycanın cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.
Həmçinin oxuyun
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
“Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş hüquq-mühafizə orqanları, o cümlədən İnterpol ilə əməkdaşlığını bundan sonra da ardıcıl şəkildə davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mariyana Kuyunciç Azərbaycan dilini öyrənməyə başlayıb
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.Citypost.az xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir....
30 İyul 2026, 21:15
XİN-dən Fransaya Martin Rayanla bağlı sərt cavab
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edirik.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində deyilir.Bildirilir ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib. Apelyasiya instansiyasının qərarı da Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir.“Bu...
30 İyul 2026, 20:55
Notarius Səbuhi Əliyev məhkəmədə həbs olundu
Sabunçu rayonundakı 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev birinci məhkəməsində həbs edilib.Citypost.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar qəbul edilib.Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası qərarını belə əsaslandırıb ki, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan notarius dəymiş ziyanı ödəmir. Bu hal qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas sayılıb. Qərara əsasən S.Əliyev məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.Əsas iclas avqustun 6-sı keçiriləcək.Qeyd edək ki, Səbuhi Əliyev Ədliyyə Nazirliyinin müraciəti ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə ilk məlumatı da “Qafqazinfo” yaymışdı.44 yaşlı S. Əliyev 2010-cu ildə...
30 İyul 2026, 20:37
Prezident və xanımını Qırğızıstanda belə qarşılandı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanda səfərdədirlər.Citypost.az xəbər verir ki, Prezident və xanımı Qırğızıstanda ölkənin milli musiqi alətləri ilə ifa edilən “Yaşa mənim xalqım” mahnısının sədaları ilə qarşılanıb.
30 İyul 2026, 20:15
Nazirlikdən BQU tələbələri ilə bağlı açıqlama
Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.Qeyd edək ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb....
30 İyul 2026, 20:04
Dörd prezident Qolf Klubun açılışına qatılıb
İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.Citypost.az verir ki, əvvəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olunub.Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında...
30 İyul 2026, 19:30