“İdrak”da güllələnən müəllim işdən çıxdı
Cəmiyyət 30 İyul 2026, 13:06
386
“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentdən sonra hadisə zamanı xəsarət alan ingilis dili müəllimi Şəhla Kamilova işdən ayrılmışdı.
Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hazırda lisey həmin müəllimin yerinə yeni kadr axtarır.
Həmçinin oxuyun
Bundan başqa, təhsil müəssisəsində ciddi müəllim çatışmazlığı da yaşanır. Belə ki, lisey riyaziyyat, fizika, SAT Verbal, biologiya, ingilis dili və informatika fənləri üzrə rus, Azərbaycan və ingilis bölmələrinə yeni müəllimlərin işə qəbulunu elan edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərdəkanda faciə: Batan yeniyetmənin meyiti tapılıb
28 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü Nurlan İsmayılzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
30 İyul 2026, 14:34
Avqustda 41 dərəcəyədək isti gözlənilir
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Bu barədə Citypost.az- Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim...
30 İyul 2026, 14:13
Əlişa qalasında qədim memarlıq tapıntıları aşkarlandı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir.Citypost.az xəbər verir ki, , Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə fəaliyyət göstərən Astara rayonu ekspedisiyası tərəfindən Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.Tədqiqatların məqsədi qala divarlarının konstruksiyasını, fundamentinin davametmə istiqamətini, müdafiə sisteminin xüsusiyyətlərini və qala daxilindəki memarlıq tikililərinin tikinti ardıcıllığını müəyyən etməkdir.Qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri aşkar edilib. Əsas istinad divarının eni təxminən 2 metr, bəzi hissələrdə isə bundan...
30 İyul 2026, 14:06
Almaniyada 10 minə yaxın insan istidən ölüb
Bu ilin əvvəlindən bəri Almaniyada təxminən 10.000 insan istidən ölüb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin bir hissəsi olan Robert Kox İnstitutu (RKI) məlumat yayıb. RKI hesabatına görə, 19 iyul tarixinə Almaniyada istidən ölənlərin sayı 9800 nəfərə çatıb ki, bu da son on ilin ən yüksək göstəricisidir.
30 İyul 2026, 14:00
Azad edilmiş ərazilərdə məşğulluq göstəricisi açıqlandı
İşğaldan azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib."Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə məlumat Laçında müharibə veteranları və ailə üzvləri üçün yaradılmış biznes sahələrinə baxış zamanı açıqlanıb.Biznes sahələrinə ziyarət işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.İştirakçılara işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu...
30 İyul 2026, 13:48
Şahbaz Şərif Xəzər Fərhadovu qəbul etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib."Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.
30 İyul 2026, 13:40