Bizə yazın

Baku

-°C

USD

-

Prezident virtual qumarla bağlı qanunu təsdiqlədi

Cəmiyyət 30 İyul 2026, 13:05

350

Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.

Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin, Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.

Belə ki, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN: 57 kq narkotik və 1981 metadon həbi müsadirə olundu

57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarıb.Bu barədə Citypost.az  Daxili İşlər Nazirliyin məlumat verilib.Bildirilib ki, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar.Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib...

30 İyul 2026, 15:08

Azərbaycan alüminium ixracını 15 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 141 milyon 517,33 min ABŞ dolları dəyərində 40 min 435,29 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.Citypost.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrünə olan göstərici ilə müqayisədə ixrac edilən məhsulların dəyəri 40 milyon 529,73 min dollar (40 %), həcmi 5 min 210,45 ton (14,7 %) artıb.Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 2,5 %, ölkənin ümumi ixracında payı isə 0,8 % olub.6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.Xarici ticarət...

30 İyul 2026, 14:55

Mərdəkanda faciə: Batan yeniyetmənin meyiti tapılıb

28 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü Nurlan İsmayılzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Citypost.az  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

30 İyul 2026, 14:34

Avqustda 41 dərəcəyədək isti gözlənilir

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Bu barədə Citypost.az- Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim...

30 İyul 2026, 14:13

Əlişa qalasında qədim memarlıq tapıntıları aşkarlandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir.Citypost.az xəbər verir ki, , Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə fəaliyyət göstərən Astara rayonu ekspedisiyası tərəfindən Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.Tədqiqatların məqsədi qala divarlarının konstruksiyasını, fundamentinin davametmə istiqamətini, müdafiə sisteminin xüsusiyyətlərini və qala daxilindəki memarlıq tikililərinin tikinti ardıcıllığını müəyyən etməkdir.Qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri aşkar edilib. Əsas istinad divarının eni təxminən 2 metr, bəzi hissələrdə isə bundan...

30 İyul 2026, 14:06

Almaniyada 10 minə yaxın insan istidən ölüb 

Bu ilin əvvəlindən bəri Almaniyada təxminən 10.000 insan istidən ölüb.Citypost.az "Unikal"a istinadən  xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin bir hissəsi olan Robert Kox İnstitutu (RKI) məlumat yayıb. RKI hesabatına görə, 19 iyul tarixinə Almaniyada istidən ölənlərin sayı 9800 nəfərə çatıb ki, bu da son on ilin ən yüksək göstəricisidir.

30 İyul 2026, 14:00