Prezidentdən internet saytları ilə bağlı yeni qərar
Cəmiyyət 30 İyul 2026, 12:46
323
Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək.
Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sənəddə həmçinin qeyd edilib ki, qumar oyunları:
- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;
Həmçinin oxuyun
- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avqustda 41 dərəcəyədək isti gözlənilir
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Bu barədə Citypost.az- Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim...
30 İyul 2026, 14:13
Əlişa qalasında qədim memarlıq tapıntıları aşkarlandı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir.Citypost.az xəbər verir ki, , Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə fəaliyyət göstərən Astara rayonu ekspedisiyası tərəfindən Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.Tədqiqatların məqsədi qala divarlarının konstruksiyasını, fundamentinin davametmə istiqamətini, müdafiə sisteminin xüsusiyyətlərini və qala daxilindəki memarlıq tikililərinin tikinti ardıcıllığını müəyyən etməkdir.Qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri aşkar edilib. Əsas istinad divarının eni təxminən 2 metr, bəzi hissələrdə isə bundan...
30 İyul 2026, 14:06
Almaniyada 10 minə yaxın insan istidən ölüb
Bu ilin əvvəlindən bəri Almaniyada təxminən 10.000 insan istidən ölüb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin bir hissəsi olan Robert Kox İnstitutu (RKI) məlumat yayıb. RKI hesabatına görə, 19 iyul tarixinə Almaniyada istidən ölənlərin sayı 9800 nəfərə çatıb ki, bu da son on ilin ən yüksək göstəricisidir.
30 İyul 2026, 14:00
Azad edilmiş ərazilərdə məşğulluq göstəricisi açıqlandı
İşğaldan azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib."Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə məlumat Laçında müharibə veteranları və ailə üzvləri üçün yaradılmış biznes sahələrinə baxış zamanı açıqlanıb.Biznes sahələrinə ziyarət işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.İştirakçılara işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu...
30 İyul 2026, 13:48
Şahbaz Şərif Xəzər Fərhadovu qəbul etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib."Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.
30 İyul 2026, 13:40
Dövlət Komitəsində köçürülmə prosesi müzakirə edildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.Sədr Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib.Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq köçürülmə prosesi zamanı siyahıların dəqiqləşdirilməsi, hazırlanması və komissiya tərəfindən həyata keçirilən işlər, sorğuların götürülməsi və protokolların imzalanması, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi müzakirə edilib.Bu yaşayış məntəqələrinə köçürülmüş sakinlərin miqrasiyasının tənzimlənməsi və prosesə nəzarətin edilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin...
30 İyul 2026, 13:26