Kolleclərə ixtisas seçimi başladı
Cəmiyyət 03 Avqust 2026, 10:22
1538
9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.
Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3 – 9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ndə ödənişsiz kömək göstərilir.
Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Buzovnada dənizdə batan 3 nəfərdən biri xilas olunub, 12 yaşlı oğlanın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.CityPost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.Əlavə...
03 Avqust 2026, 11:47
Mirələm tamamilə manıslaşdı
Adam var, başı var, amma oxumur. Adam da var, səsi var, amma artıq oxumaq istəmir. Mənə elə gəlir ki, Mirələm Mirələmov artıq səsi yox, başı ilə oxumağa çalışır. Çalışır ki, heç olmasa, səsi öz başına düşməsin.Ümumiyyətlə, nədənsə, Azərbaycanda bir neçə sahə var ki, o sahənin adamları müəyyən uğur qazanandan sonra pis formada arxayınlaşır, seyid cəddinə arxayın olan kimi qazandıqlarına arxayın olub hər şeyin başını buraxırlar. Məsələn, idmançılarımız cəmi bir dəfə olimpiya çempionu olandan sonra az qala idmanla tamamilə vidalaşırlar. İndi Mirələm Mirələmovda da belə oldu. Oxudu, tanındı, sevildi, sonra da başladı qalxdığı zirvədən düşməyə. Məncə, Mirələm Mirələmovu söndürən məsələlərdən biri də toy oldu. Təkrar edirəm, məsələ...
03 Avqust 2026, 11:34
DSMF: 7 ayda sosial şəbəkələrdə 12 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 11 806 vətəndaş müraciəti cavablandırılıb.Bu barədə Fonddan məlumat verilib.Müraciətlərin 4 566-sı ünvanlı dövlət sosial yardımı, 2 313-ü pensiya təyinatı, 2 920-si sosial müavinət və təqaüd, 207-si sosial sığorta və fərdi uçot, 1 800-ü isə digər istiqamətlər üzrə olub.
03 Avqust 2026, 11:12
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ-TƏQVİM
2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur.Ajans.az xəbər verir ki, sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur.Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər.Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlük iş həftəsində çalışanlar üçün ümumilikdə 4 bazar günü və digər təqvim üzrə 2 istirahət günü olmaqla 8 qeyri-iş günü nəzərdə tutulur....
03 Avqust 2026, 10:56
Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.Bu barədə DİM-dən məlumat verilib.Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq....
03 Avqust 2026, 10:00
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
02 Avqust 2026, 19:24