Bizə yazın

Baku

-°C

USD

-

Buzovnada dənizdə batan 3 nəfərdən biri xilas olunub, 12 yaşlı oğlanın meyiti tapılıb 

Cəmiyyət 03 Avqust 2026, 11:47

1346

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

CityPost.az  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT 

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub.CityPost.az  xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında deyilir.Məlumata görə, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət...

03 Avqust 2026, 12:56

Bəs Səfəvilərin Azərbaycana nə qədər dəxli var?   -Aqşin Yenisey YAZIR

Bir İran generalı deyib ki, İran Səfəvilər dövlətinin siyasi-iedoloji varisidir. Tamamilə doğrudur. Bəs Səfəvilərin Azərbaycana nə qədər dəxli var? Yaponlar hələ Meydzi dönəmində (1868-1912) anladılar ki, təhsillə milli şüuru dəyişmədən inkişaf mümkün deyil. O vaxt "Yapon ruhu, Qərb elmi" devzi altında başı qərbli, ruhu samuray olan "yeni yapon" nəsli yetişdirdilər və bu nəsil modern Yaponiyanın baniləri oldular. Bu işi Səfəvi irsindən qoparılmış Azərbaycanda ruslar gördülər. Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq. Dava və seçim də başımızla ruhumuz arasında gedir. Hansını seçməli? Başımız bizə Orta əsr Səfəvi ruhundan bacardıqca uzaqlaşmağı təklif edir. Ruhumuz isə istəyir ki, Orta əsr Səfəvi düşüncəsinə qayıdıb yenidən...

03 Avqust 2026, 12:48

Kartdan-karta köçürmələrdə limit məsələsinə aydınlıq gətirilib 

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.CityPost.az  bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.“Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır.Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin...

03 Avqust 2026, 12:20

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.CityPost.az  xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi.Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının...

03 Avqust 2026, 12:16

 Mirələm tamamilə manıslaşdı

Adam var, başı var, amma oxumur. Adam da var, səsi var, amma artıq oxumaq istəmir. Mənə elə gəlir ki, Mirələm Mirələmov artıq səsi yox, başı ilə oxumağa çalışır. Çalışır ki, heç olmasa, səsi öz başına düşməsin.Ümumiyyətlə, nədənsə, Azərbaycanda bir neçə sahə var ki, o sahənin adamları müəyyən uğur qazanandan sonra pis formada arxayınlaşır, seyid cəddinə arxayın olan kimi qazandıqlarına arxayın olub hər şeyin başını buraxırlar. Məsələn, idmançılarımız cəmi bir dəfə olimpiya çempionu olandan sonra az qala idmanla tamamilə vidalaşırlar. İndi Mirələm Mirələmovda da belə oldu. Oxudu, tanındı, sevildi, sonra da başladı qalxdığı zirvədən düşməyə. Məncə, Mirələm Mirələmovu söndürən məsələlərdən biri də toy oldu. Təkrar edirəm, məsələ...

03 Avqust 2026, 11:34

DSMF: 7 ayda sosial şəbəkələrdə 12 minə yaxın vətəndaş müraciəti cavablandırılıb 

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 11 806 vətəndaş müraciəti cavablandırılıb.Bu barədə Fonddan məlumat verilib.Müraciətlərin 4 566-sı ünvanlı dövlət sosial yardımı, 2 313-ü pensiya təyinatı, 2 920-si sosial müavinət və təqaüd, 207-si sosial sığorta və fərdi uçot, 1 800-ü isə digər istiqamətlər üzrə olub.

03 Avqust 2026, 11:12