Kartdan-karta köçürmələrdə limit məsələsinə aydınlıq gətirilib
Cəmiyyət 03 Avqust 2026, 12:20
1295
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
CityPost.az bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.
“Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır.
Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Həmçinin oxuyun
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.
Yuxarıda da qeyd olunduğu kimi, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər”, - məlumatda bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda hava necə olacaq?Avqustun 4-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilimndə 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi...
03 Avqust 2026, 13:45
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub.CityPost.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında deyilir.Məlumata görə, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət...
03 Avqust 2026, 12:56
Bəs Səfəvilərin Azərbaycana nə qədər dəxli var? -Aqşin Yenisey YAZIR
Bir İran generalı deyib ki, İran Səfəvilər dövlətinin siyasi-iedoloji varisidir. Tamamilə doğrudur. Bəs Səfəvilərin Azərbaycana nə qədər dəxli var? Yaponlar hələ Meydzi dönəmində (1868-1912) anladılar ki, təhsillə milli şüuru dəyişmədən inkişaf mümkün deyil. O vaxt "Yapon ruhu, Qərb elmi" devzi altında başı qərbli, ruhu samuray olan "yeni yapon" nəsli yetişdirdilər və bu nəsil modern Yaponiyanın baniləri oldular. Bu işi Səfəvi irsindən qoparılmış Azərbaycanda ruslar gördülər. Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq. Dava və seçim də başımızla ruhumuz arasında gedir. Hansını seçməli? Başımız bizə Orta əsr Səfəvi ruhundan bacardıqca uzaqlaşmağı təklif edir. Ruhumuz isə istəyir ki, Orta əsr Səfəvi düşüncəsinə qayıdıb yenidən...
03 Avqust 2026, 12:48
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.CityPost.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi.Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının...
03 Avqust 2026, 12:16
Buzovnada dənizdə batan 3 nəfərdən biri xilas olunub, 12 yaşlı oğlanın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.CityPost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.Əlavə...
03 Avqust 2026, 11:47
Mirələm tamamilə manıslaşdı
Adam var, başı var, amma oxumur. Adam da var, səsi var, amma artıq oxumaq istəmir. Mənə elə gəlir ki, Mirələm Mirələmov artıq səsi yox, başı ilə oxumağa çalışır. Çalışır ki, heç olmasa, səsi öz başına düşməsin.Ümumiyyətlə, nədənsə, Azərbaycanda bir neçə sahə var ki, o sahənin adamları müəyyən uğur qazanandan sonra pis formada arxayınlaşır, seyid cəddinə arxayın olan kimi qazandıqlarına arxayın olub hər şeyin başını buraxırlar. Məsələn, idmançılarımız cəmi bir dəfə olimpiya çempionu olandan sonra az qala idmanla tamamilə vidalaşırlar. İndi Mirələm Mirələmovda da belə oldu. Oxudu, tanındı, sevildi, sonra da başladı qalxdığı zirvədən düşməyə. Məncə, Mirələm Mirələmovu söndürən məsələlərdən biri də toy oldu. Təkrar edirəm, məsələ...
03 Avqust 2026, 11:34