Azərbaycan və Belarus müdafiə nazirləri bir araya gəldi
Cəmiyyət 15 Sentyabr 2026, 19:11
410
13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.
Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....
15 Sentyabr 2026, 18:28
TƏBİB sədri bu xanım baş həkimi də işdən çıxardı
TƏBİB-də kadr dəyişiklikləri və islahat prosesi davam edir.Citypost.az xəbər verir ki, TƏBİB sədri Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb.Məlumata görə, A.Bəndəliyeva 1 saylı şəhər xəstəxanasının uşaq poliklinikasına şöbə müdiri təyin edilib.Eyni zamanda, boşalan rəhbər kürsüsünə yeni təyinatın olub-olmayacağı hələlik məlum deyil./nocomment.az/
15 Sentyabr 2026, 18:16
Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib
Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndlərində yeni inşa olunan tam orta ümumtəhsil məktəblərinin binaları Bilik Günü münasibətilə istifadəyə verilib.Citypost.az xəbər verir ki, sözügedən məktəb binalarının açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, həm Musalı, həm də Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbləri 180 şagird yerlik və iki mərtəbəlidir. Məktəblərdə sinif otağıları ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.Həmçinin qapalı idman zalı ilə yanaşı, məktəblərin həyətyanı ərazilərində müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq...
15 Sentyabr 2026, 18:06
Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
Kimya üzrə Nobel mükafatı laureatı, dünyaşöhrətli türk alimi, həkim, akademik Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Məktubda Əziz Səncər "Şöhrət" ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib. O, göstərilən yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.Əziz Səncər vurğulayıb ki, Azərbaycana olan sevgisi daim səmimi hisslərə əsaslanıb və heç vaxt hər hansı qarşılıq gözləntisi olmayıb. Azərbaycanın onun qəlbində hər zaman Türkiyə qədər doğma Vətən kimi xüsusi yer tutduğunu bildirib. Alim "Şöhrət" ordenini yalnız elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi deyil,...
15 Sentyabr 2026, 17:53
Əsgəran qalasında donan ümidlər: Məmmədovlar ailəsinin bitməyən Xocalı nisgili
Məmmədov Söhbət Məmməd oğlu1976-cı ildə Ermənistanın Göyçə mahalında anadan olub. Məlum hadisələrlə bağlı Xocalıya pənah gətirib, orada məskunlaşıblar. Qarabağ münaqişəsi başlayandan Xocalını müdafiə edənlərin sırasında olub. 26 fevral 1992-ci ildə ailəliklə girov götürülüb. Sonradan anası, 3 qardaşı və bacısı azad olunub.Erməni əsirliyindən qayıtmış Xocalı şəhər sakini, hazırda Naftalan şəhərində məskunlaşmış Əzizov Ramin İbrahim oğlunun verdiyi məlumata görə, 26 fevral 1992-ci ildə işğal olunmuş ərazini tərk edən zaman ermənilər onu Naxçıvanik yolunda girov götürüb Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparıblar. Orada Xocalı sakinləri Məmmədov Məmməd, onun iki oğlu Söhbət və Möhlətlə bir gün eyni kamerada saxlanılıb. Səhər ermənilər Ramini başqa kameraya...
15 Sentyabr 2026, 17:41
Ağrı-acının başlanğıcı ilə sonu eynidirmi?!.
Həyati düşüncənin könül duyumu insan hisslərinin həyat uzlaşısını yaradır. Ağrı-acının başlanğıcı ilə sonu eynidirmi?!.Nə olur - olsun könül dünyasının iç üzünün açılımı, ruhun aynasında öz kreativliyini saxlayır. Əlisəmid Kür ün lirikasının həyat duyğusallığı öz həyati-ruhi düşünərliyi ilə yadda saxlayır həyatın özünüdərkini. Şairin Söz dünyasının həyat mövzusu, insan acılarını başlanğıc üzü ilə , son saatını ələ almaqdır Şairin:- #Adam cibindən üşüyər" şerinin ideya məfkurəsi həyatın mənəvi-əxlaqi dünyasını öz ağuşuna alır. ..Nə baxırsan:- "yoxsul, - "Bəy"ə?Nə gülürsən:- bu "kişi"yə?"Ağac, - içindən, "oyular","Adam:- "cibindən üşüyər"!.... Xalq hafizəsi, həyatln "qaraqutus"dur.Həyat hikmətinin sirri, duyğuların dili ilə söylənilən fikrin həqiqət üzünün duyumudur Düşüncənin həyat həqiqətlərinin bəyanı, fikrin aqlünativliyini bəlli edir. Əlisəmid Kür ün lirikasının...
15 Sentyabr 2026, 17:39