Bizə yazın

Baku

-°C

USD

-

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Cəmiyyət 15 Sentyabr 2026, 15:39

259

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan Bakının azadlığı ilə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin “X” səhifəsində qeyd olunub.“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə anıram”, - təbrikdə bildirilib.

15 Sentyabr 2026, 15:21

Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, general-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq...

15 Sentyabr 2026, 14:24

Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü 

Xırdalanda qumbara partlayıb.Citypost.az Apa-ya  istinadən xəbər verir ki,  partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva ölüb.Partlayış Xədicə Mustafayevanın yaşadığı evin həyətində baş verib.Faktla bağlı cinayət işi başlanılıb.

15 Sentyabr 2026, 13:43

Səhər saatlarında avtobuslarla 500 mindən çox sərnişin daşınıb 

Bu gün saat 10:00-dək avtobus marşrutları üzrə ümumilikdə 549 474 sərnişin daşınıb.Citypost.az  bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, bu göstərici ötən günlə müqayisədə 17% daha çoxdur.

15 Sentyabr 2026, 13:40

İlk dərs günündə BİABIRÇILIQ: Şagirdlər canlı yayıb açıb... 

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.Citypost.az xəbər verir ki, Oxu.Az-a daxil olan görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb....

15 Sentyabr 2026, 13:34

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.Citypost.az xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi.Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı.Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm...

15 Sentyabr 2026, 13:16