Mənim qəlb ağrımın öz həkimi var
Cəmiyyət 11 Sentyabr 2026, 16:48
186
Görkəmli şair Çingiz Əlioğlu ötən ay bizi tərk etdi. Aeroportda eşitdim bu acı xəbəri, dəfnində iştirak edə bilmədim.
Çingiz Əlioğlu ədəbi aləmdə inandığım, sevdiyim və həmişə xoş ovqatla xatırladığım az saylı şairlərdəndir. Onunla təsadüfən rastlaşanda özümdən asılı olmadan əhvalım yüksəlirdi: qarşımda sözün qədrini bilən, yaxşını pisdən ustalıqla seçməyi, öz taleyini yaşamağı bacaran, bəsirətli və son dərəcə nikbin bir insanın, Azərbaycan şairinin durduğunu hiss edirdim. Onun ədəbiyyat haqqında fikir və mülahizələri adama ləzzət verirdi. Mühitimizdə Çingiz istedadı, böyük mütaliəsi və zəngin ədəbi təcrübəsilə seçilirdi. Onun bütün həyatı ədəbiyyata, kitaba, sözə həsr olunmuşdu.
O, böyüklüyündən və kiçikliyindən, mövzusundan asılı olmayaraq, iştirak etdiyi bütün məclislərə öz sözü, intellekti, ədəb-ərkanı, elə boyu-buxunu, oturuşu-duruşu ilə də yaraşıq verirdi. Biz onunla çoxdan tanış olsaq da, son iyirmi ildə yaxınlaşmışdıq. Bizim ofis Hökumət evi ilə üzbəüz olanda, demək olar ki, hər səhər maşını qoyub onun gəlişini gözləyirdim ki, bircə təbəssümlü baxışı ilə günümə ovqat versin. Hərdən məni 5-ci mərtəbədəki otağına dəvət edib, sərgilərdən gətirdiyi kitabları göstərirdi, görüşlərdəki söhbətləri mənim üçün təzələyirdi. Hərdən yeyib-içmək məclislərinə dəvət edirdi bizi, ədəbiyyatdan danışırdı, şeirlərindən parçalar oxuyurdu.
Heyf ki, son illər səhhətində ciddi problemlər yaşadı, yaxında, uzaqda müalicə olundu, dostlarla ünsiyyəti çox olmadı.
Mənim qəlb ağrımın öz həkimi var,
Yüz təbib tökülə, dilini tapmaz.
Bu gizli bölgəmin öz hakimi var,
Başqa fərman, dərman bir əlac yapmaz.
Allah o dünyanı da, bu dünyan kimi işıqlı, mehriban və urvatlı etsin, əziz dost!
Səfər Əlişarlı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
11 Sentyabr 2026, 16:56
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə...
11 Sentyabr 2026, 16:35
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.Bu barədə Citypost.az DİM-dən məlumat verilib.Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə...
11 Sentyabr 2026, 16:24
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın...
11 Sentyabr 2026, 16:07
Orxan Saffari: “Əli Tağızadənin xatirəsinin yaşadılması kimə lazımdır?”
Baxmayaraq ki, Azərbaycan müstəqildir, sovetlər kimi mənfur bir rejim, sistem dağılıb, ancaq hələ də o sistemə aid olan bolşevik tör-töküntülərinin xatirələri yaşadılır.Əlbəttə, bu yaşadılan xatirələr müxtəlif cürdür. Məsələn, əzəmətli heykəllər, iri hərflərlə hazırlanmış barelyeflər, kitablarda yazılar və s. vasitələr ilə. Heç uzağa getməyə ehtiyac yoxdur. 28 May ərazisində qatı və mənasız bolşevik Əli Tağızadənin barelyefi də adamın gözünə girir. Maraqlıdır, kimdir adına küçə olan, barelyefi saxlanılan Əli Tağızadə?Əli Tağızadə 1905–1907-ci illərin Birinci Rus İnqilabında fəal iştirak etdiyi, o cümlədən inqilabi xidmətlərinə görə "Qırmızı əmək bayrağı" və Ermənistan SSR-in "Qırmızı bayraq" ordenləri, eləcə də medallarla təltif edilmişdi. Əslində isə, o, bolşeviklərin təbliğat maşını idi. Oktyabr...
11 Sentyabr 2026, 15:56
Dövlət qurumu adından saxta sənədlə 250 min manatlıq dələduzluq
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
11 Sentyabr 2026, 15:19