Ermənistanla bağlı BMT-yə mühüm bəyanat təqdim olundu
Cəmiyyət 15 Sentyabr 2026, 16:52
293
Beynəlxalq Avrasiya Mətbuat Fondu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və “Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyasına birgə bəyanat təqdim edib.
Citypost.az xəbər verir ki, bəyanatda Ermənistanın Komitəyə təqdim etdiyi dövri hesabatda I Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş hərbçilər və mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar və ahıl şəxslər barədə heç bir məlumatın yer almadığı bildirilib.
Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının 1 avqust 2026-cı il tarixinə olan məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bildirilib ki, onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb. İtkin düşən şəxslərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir.
Mülki itkinlər arasında 71 nəfərin yetkinlik yaşına çatmamış uşaq, 288 nəfərin qadın, 319 nəfərin isə ahıl şəxs olduğu qeyd olunub.
Bəyanatda vurğulanıb ki, itkin düşmüş şəxslərdən 872 nəfərinin Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək Ermənistan ərazisində və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində saxlanılmasına dair sübutlar və şahid ifadələri mövcuddur.
Sənəddə ən təkzibedilməz məlumatların Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təqdim edildiyi qeyd olunub. Bildirilib ki, BQXK-nın 1998 və 2001-ci illərdə təqdim etdiyi siyahılara əsasən, I Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan ərazisində və vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində yerləşən saxlanma yerlərində BQXK əməkdaşları tərəfindən baş çəkilib, həmin şəxslər rəsmi qeydiyyata alınıb.
Qeyd olunub ki, sonradan 54 nəfərdən 17 nəfərinin meyiti Azərbaycana qaytarılıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri geri verilməyib, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat təqdim edilməyib.
Bəyanatda həmçinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) 2024-cü ildə dərc etdiyi “Azərbaycan Respublikasında İtkin Düşmüş Şəxslərin Uçotu” adlı qiymətləndirmə hesabatına istinad edilib.
Bildirilib ki, Azərbaycan hökumətinin razılığı ilə 2023-cü ilin iyununda ICMP-nin qiymətləndirmə missiyası Azərbaycanda fəaliyyət göstərib, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, beynəlxalq ictimaiyyətin təmsilçiləri, texniki və məhkəmə-tibbi ekspertlərlə görüşlər keçirilib.
Sənəddə qeyd olunub ki, azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzar yerlərində aparılan ekshumasiya və insan qalıqlarının eyniləşdirilməsi işləri də qiymətləndirmə zamanı nəzərə alınıb.
Həmçinin oxuyun
Bəyanatda Ermənistanın əsir və girov götürülmüş azərbaycanlılarla bağlı məlumat təqdim etməməsi tənqid olunub və bunun beynəlxalq normalara etinasız münasibət olduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzar yeri aşkarlanıb. İnsan qalıqlarının eyniləşdirilməsi nəticəsində onların vaxtilə əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və ahıl şəxslərə aid olduğu müəyyən edilir.
Sənəddə BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 2024-cü ilin noyabr-dekabr aylarında keçirilmiş 114-cü sessiyasında Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı narahatlığın ifadə olunduğu xatırladılıb.
Bəyanatda qeyd olunub ki, həmin sənədin 31 və 32-ci bəndlərində Ermənistan Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycanla əməkdaşlığa, həmçinin uzunmüddətli sülh razılaşmasına nail olmaq və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün dialoqda xoşniyyətli olmağa çağırılıb.
Həmçinin bildirilib ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi 2025-ci ilin aprel-may aylarında keçirilmiş 82-ci sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrdə əsir və girovların işgəncə və əzabla qətlə yetirilməsi ilə bağlı narahatlığını ifadə edib.
Bəyanatda vurğulanıb ki, dəfələrlə rəsmi müraciətlərə baxmayaraq, I və II Qarabağ müharibələri zamanı əsir və girov götürülmüş və itkin düşmüş 4 010 nəfər barədə Ermənistan tərəfindən heç bir məlumat təqdim edilməyib.
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsindən Ermənistan dövlətindən əsir və girov götürülmüş, sonradan yoxa çıxmış şəxslərin taleyi barədə məlumat tələb etməsini istəyib.
Bəyanatda Komitəyə Ermənistanın I və II Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin dəfn yerləri, xüsusilə kütləvi məzarların koordinatları barədə məlumatların Azərbaycana təqdim edilməsini tələb etmək tövsiyə olunub.
Həmçinin Ermənistanın itkin düşərkən yetkinlik yaşına çatmamış 71 uşaq, o cümlədən girov götürülməsi faktı qeydə alınmış 29 uşaq (7 qız və 22 oğlan) barədə ayrıca araşdırma aparması və onların hər biri haqqında məlumatları açıqlaması tələb olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qumbara partlayışında ölən 19 yaşlı qızla bağlı İŞ BAŞLANDI
19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
15 Sentyabr 2026, 17:08
Rusiyada orduya yazılan azərbaycanlı 4 il həbs aldı
Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, təqsirləndirilən Fuad Rəfibəyli 2023-cü ildə Rusiyaya gedib, bir müddət sonra Rusiya- Ukrayna müharibəsində iştirak üçün ərazi üzrə hərbi komissarlığa müraciət edib və ordu sıralarına qoşulub. Bir müddət sonra Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb, 21 ay sonra Azərbaycana ekstradisiya edilib.Təqsirləndirilən Fuad Rəfibəyli Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin...
15 Sentyabr 2026, 17:00
Yardımlının vəzifədən çıxarılan icra başçısı kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Citypost.az-ın məlumatına görə, Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir.1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə işləyib.2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin...
15 Sentyabr 2026, 16:57
AYNA-dan 6 avtobus marşrutu ilə bağlı YENİLİK
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Daşkəsən, Sumqayıt-Cəbrayıl, Gəncə-Balakən, Oğuz-Gəncə şəhərlərarası, həmçinin Ağcabədi şəhərində 1 və 2 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edib.Citypost.az bu barədə AYNA-ya istinadən xəbər verir.Məlumata əsasən, Bakı-Daşkəsən marşrutları üzrə fiziki şəxs İsmayılov İsmayıl Qabil oğlu, Sumqayıt-Cəbrayıl marşrutu üzrə fiziki şəxs Quliyev Şirin Həsən oğlu, Gəncə-Balakən marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC, Oğuz-Gəncə marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC, Ağcabədi şəhərində 1nömrəli (Hacıbədəlli kəndi – Göyçə küçəsi (Mərkəzi Xəstəxana)) və 2 nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küçəsi) – Xan Şuşinski küçəsi) marşrutlar üzrə hüquqi şəxs "Baku Trans-2022"...
15 Sentyabr 2026, 16:51
Lənkəranda kiçikhəcmli gəmi istifadəçiləri ilə görüş keçirilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə onlarla görüş keçirib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində təşkil edilən tədbir “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda olub.Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə...
15 Sentyabr 2026, 16:46
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla bağlı RƏQƏMLƏRİ AÇIQLADI
Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.Prezident artıq Azərbaycanın qalib xalq və müzəffər dövlət kimi yaşadığını bildirib:"Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və...
15 Sentyabr 2026, 16:35