Əmir Pəhləvan - SÖZ KARVANI SƏNİ SARVAN SEÇMİŞDİ!
Cəmiyyət 13 Sentyabr 2026, 09:52
135
Türk dünyasının görkəmli türkoloqu, dilçisi və böyük tənqidçisi Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.
Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.
Güclü məntiqə malik, alovlu natiq Aydın Məmmədov on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.
Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.
Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.
1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).
Öz doğma Kiş kəndində dəfn olunmuşdur.
Aydınlıq göylərdə Günəşdi, Aydı,
Tanrıdan verilən əbədi paydı,
Haqqa, ədalətə çağrışdı, haydı,
Söz karvanı səni sarvan seçmişdi!
Aydınlıq işıqdı, sevən ürəkdi,
Bu günümə, sabahıma gərəkdi,
Haqqı deyənlərlə Allah şərikdi,
Söz karvanı səni sarvan seçmişdi!
Tanrıdan almışdın söz kirəsini,
Yuxusun qatmışdın yer kürəsinin,
Aləmlə bir tutdun haqqın səsini,
Söz karvanı səni sarvan seçmişdi!
Qəzov-qədər vaxtı ölçüb-biçmişdi,
Qismətinə matəm günü seçmişdi,
Ölüm badəsini çoxdan içmişdi,
Söz karvanı səni sarvan seçmişdi!
Düşmən tələ qurdu, günah eylədi,
Ölüm yatağına urcah eylədi,
Tanrı qucaq açdı, dərgah eylədi,
Söz karvanı səni sarvan seçmişdi!
İzləyə-izləyə satdılar səni,
Maşın qəzasına saldılar səni,
Qaranlıq dünyaya atdılar səni,
Söz karvanı səni sarvan seçmişdi!
Biz səni dostluğun şahı bilərdik,
Alimi, hocası, dahı bilərdik,
Saray divlərinin ahı bilərdik,
Söz karvanı səni sarvan seçmişdi!
Yalanla, əyriylə öyüyənmədin,
Yaltaqliq içində böyüyənmədin,
Dəyirman gözündə üyüyənmədin,
Söz karvanı səni sarvan seçmişdi!
Əbədi dünyanın fikir Aydını,
Düşmənlər bu gün də güdür Aydını,
Ədəbi oğrular sökür Aydını,
Söz karvanı səni sarvan seçmişdi!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - Video
İsmayıllıda avtomobil aşıb.CityPost.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonuun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb və avtomobildə yanğın baş verib.Hadisə zamanı avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, avtomobildə olan sərnişin, onun həyat yoldaşı 31 yaşlı Münəvvər Abdullazadə isə hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır....
13 Sentyabr 2026, 09:18
Yusif Vəzir Çəmənzəminlinin doğulduğu gündür
Bu gün dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperatorluğundakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin (1887–1943) doğulduğu gündür. Şuşada dünyaya gələn, əsl soyadı Vəzirov olan Yusif bəy necə olub ki, Cənubi Azərbaycanda yerləşən Çəmənzəmin şəhərinin adını özünə təxəllüs seçib? O, hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən qaçaraq Şuşaya pənah gətirmiş və həyətlərində sığınacaq tapmış üç qardaş ilə mehriban münasibətdə olmuşdur. Yusif Vəzir ağır xəstələnərkən həmin qardaşlar ona köməklik edir, sağalması üçün maddi yardım edirlər. Yusif Vəzirin Çəmənzəminli təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmətdən irəli gəlir. Yusif Vəzirov Çəmənzəminli təxəllüsündən 1911-ci ildən etibarən istifadə etməyə başlamışdır. Yusif...
12 Sentyabr 2026, 22:40
Rüstəm Behrudi-69 - Sabir Rüstəmxanlı yazır
Bu gün doğum gününü qutladığımız Rüstəm Behrudi ilə tanış olanda onun 23 yaşı vardı.Mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim. “Naxçıvandan bir nəfər görüşünüzə gəlib” -dedilər. Görüşdük. “ Gəncə qapısı” adlı şeir kitabımın çox oxunan vaxtı idi. Naxçıvan gəncləri mənə, hədiyyə olaraq, dəmir üzərində döymə göndərmişdilər. Tikanlı məftillərin arasında qıvrılan Araz, bu məftilləri qırıb sərhəddə sancılan qılınc və çayın üstündən Güneylə Quzey arasında körpüyə dönmüş “ Gəncə qapısı”. kitabı. Adamı duyğulandıran, gözəl sənət əsəriydi. Sonra Rüstəm mənə 6-7 şeir verib “xahiş edirəm, bu yazıları oxuyub fikrinizi bildirəsiniz; görüm mən şairəm, yoxsa yox”. Mən şeirləri sona kimi oxuyub ona baxdım və ciddi...
12 Sentyabr 2026, 22:38
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Qəza Quba-Atuc yolunda qeydə alınıb.Belə ki, VAZ-2107 markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub.Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma aparılır.
12 Sentyabr 2026, 20:16
Azərbaycanda sabiq nazir vəfat etdi
Bu gün səhər saatlarında Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb.Məlumata görə, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr edib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biridir.Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.V.Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib və 1994-cü il aprelin 29-dək bu postda çalışıb....
12 Sentyabr 2026, 17:07
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə yerləşən Xudavəng monastr kompleksini ziyarət edib.Citypost.az xəbər verir ki, qonaqlar abidənin tarixi ilə bağlı məlumatlandırılıb.Qeyd edək ki, sözügedən kompleks ərazisindəki ən böyük monastır kompleksi sayılır.Bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilib....
12 Sentyabr 2026, 15:08