AYNA-dan 6 avtobus marşrutu ilə bağlı YENİLİK
Cəmiyyət 15 Sentyabr 2026, 16:51
260
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Daşkəsən, Sumqayıt-Cəbrayıl, Gəncə-Balakən, Oğuz-Gəncə şəhərlərarası, həmçinin Ağcabədi şəhərində 1 və 2 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edib.
Citypost.az bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata əsasən, Bakı-Daşkəsən marşrutları üzrə fiziki şəxs İsmayılov İsmayıl Qabil oğlu, Sumqayıt-Cəbrayıl marşrutu üzrə fiziki şəxs Quliyev Şirin Həsən oğlu, Gəncə-Balakən marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC, Oğuz-Gəncə marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC, Ağcabədi şəhərində 1nömrəli (Hacıbədəlli kəndi – Göyçə küçəsi (Mərkəzi Xəstəxana)) və 2 nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küçəsi) – Xan Şuşinski küçəsi) marşrutlar üzrə hüquqi şəxs "Baku Trans-2022" MMC qalib elan olunublar.
Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Həmçinin oxuyun
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qumbara partlayışında ölən 19 yaşlı qızla bağlı İŞ BAŞLANDI
19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
15 Sentyabr 2026, 17:08
Rusiyada orduya yazılan azərbaycanlı 4 il həbs aldı
Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, təqsirləndirilən Fuad Rəfibəyli 2023-cü ildə Rusiyaya gedib, bir müddət sonra Rusiya- Ukrayna müharibəsində iştirak üçün ərazi üzrə hərbi komissarlığa müraciət edib və ordu sıralarına qoşulub. Bir müddət sonra Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb, 21 ay sonra Azərbaycana ekstradisiya edilib.Təqsirləndirilən Fuad Rəfibəyli Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin...
15 Sentyabr 2026, 17:00
Yardımlının vəzifədən çıxarılan icra başçısı kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Citypost.az-ın məlumatına görə, Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir.1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə işləyib.2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin...
15 Sentyabr 2026, 16:57
Ermənistanla bağlı BMT-yə mühüm bəyanat təqdim olundu
Beynəlxalq Avrasiya Mətbuat Fondu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və “Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyasına birgə bəyanat təqdim edib.Citypost.az xəbər verir ki, bəyanatda Ermənistanın Komitəyə təqdim etdiyi dövri hesabatda I Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş hərbçilər və mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar və ahıl şəxslər barədə heç bir məlumatın yer almadığı bildirilib.Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının 1 avqust 2026-cı il tarixinə olan məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində...
15 Sentyabr 2026, 16:52
Lənkəranda kiçikhəcmli gəmi istifadəçiləri ilə görüş keçirilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə onlarla görüş keçirib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində təşkil edilən tədbir “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda olub.Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə...
15 Sentyabr 2026, 16:46
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla bağlı RƏQƏMLƏRİ AÇIQLADI
Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.Prezident artıq Azərbaycanın qalib xalq və müzəffər dövlət kimi yaşadığını bildirib:"Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və...
15 Sentyabr 2026, 16:35