Yusif Vəzir Çəmənzəminlinin doğulduğu gündür
Cəmiyyət 12 Sentyabr 2026, 22:40
378
Bu gün dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperatorluğundakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin (1887–1943) doğulduğu gündür. Şuşada dünyaya gələn, əsl soyadı Vəzirov olan Yusif bəy necə olub ki, Cənubi Azərbaycanda yerləşən Çəmənzəmin şəhərinin adını özünə təxəllüs seçib? O, hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən qaçaraq Şuşaya pənah gətirmiş və həyətlərində sığınacaq tapmış üç qardaş ilə mehriban münasibətdə olmuşdur. Yusif Vəzir ağır xəstələnərkən həmin qardaşlar ona köməklik edir, sağalması üçün maddi yardım edirlər. Yusif Vəzirin Çəmənzəminli təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmətdən irəli gəlir. Yusif Vəzirov Çəmənzəminli təxəllüsündən 1911-ci ildən etibarən istifadə etməyə başlamışdır. Yusif Vəzirov 1904-cü ildən etibarən öz kimliyini gizli saxlamaq üçün ən az 15 təxəllüsdən istifadə etmişdir. Çox zaman onun seçdiyi təxəllüslər simvolik xarakter daşıyırdı. “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm”, Əli Xan Çəmənzəminli, Mir Yusif Vəzirov və s. onun istifadə etdiyi təxəllüslər idi.
Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı", "Studentlər", "1917-ci il", “İki od arasında”, “Altunsaç” və s. əsərlərin müəllifidir. Ədibin “Əli və Nino” əsərinin müəllifi olduğunu iddia edənlər də var.
Stalin repressiyası Y.V.Çəmənzəminlidən də yan keçməmişdir və o, sürgün olunduğu Nijni-Novqorod şəhərində vəfat etmişdir. Ədibin ailəsi hal-hazırda Azərbaycanda yaşamaqdadır. Oğlu Orxanın qızı - Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla Vəzirova Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur.
Allah rəhmət eləsin!
Leyla Faiqqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rüstəm Behrudi-69 - Sabir Rüstəmxanlı yazır
Bu gün doğum gününü qutladığımız Rüstəm Behrudi ilə tanış olanda onun 23 yaşı vardı.Mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim. “Naxçıvandan bir nəfər görüşünüzə gəlib” -dedilər. Görüşdük. “ Gəncə qapısı” adlı şeir kitabımın çox oxunan vaxtı idi. Naxçıvan gəncləri mənə, hədiyyə olaraq, dəmir üzərində döymə göndərmişdilər. Tikanlı məftillərin arasında qıvrılan Araz, bu məftilləri qırıb sərhəddə sancılan qılınc və çayın üstündən Güneylə Quzey arasında körpüyə dönmüş “ Gəncə qapısı”. kitabı. Adamı duyğulandıran, gözəl sənət əsəriydi. Sonra Rüstəm mənə 6-7 şeir verib “xahiş edirəm, bu yazıları oxuyub fikrinizi bildirəsiniz; görüm mən şairəm, yoxsa yox”. Mən şeirləri sona kimi oxuyub ona baxdım və ciddi...
12 Sentyabr 2026, 22:38
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Qəza Quba-Atuc yolunda qeydə alınıb.Belə ki, VAZ-2107 markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub.Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma aparılır.
12 Sentyabr 2026, 20:16
Azərbaycanda sabiq nazir vəfat etdi
Bu gün səhər saatlarında Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb.Məlumata görə, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr edib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biridir.Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.V.Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib və 1994-cü il aprelin 29-dək bu postda çalışıb....
12 Sentyabr 2026, 17:07
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə yerləşən Xudavəng monastr kompleksini ziyarət edib.Citypost.az xəbər verir ki, qonaqlar abidənin tarixi ilə bağlı məlumatlandırılıb.Qeyd edək ki, sözügedən kompleks ərazisindəki ən böyük monastır kompleksi sayılır.Bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilib....
12 Sentyabr 2026, 15:08
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.Bildirilib ki, proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.Qeyd olunub ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir. 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən...
12 Sentyabr 2026, 14:55
“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir
“Ulduz” metro stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Bu yol Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
12 Sentyabr 2026, 14:46