Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Cəmiyyət 17 Sentyabr 2026, 15:58

289

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bununla bağlı bu gün iclası keçiriləcək.

Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ADMİU-dan qovulan tələbə KÖMƏK İSTƏDİ: "Sırğa taxdığıma görə..." 

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir.Citypost.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşdığı video müraciətdə danışıb.Kənan Zindadil iddia edib ki, universitetə yeni qəbul olduğu zaman geyim tərzinə və sırğa taxmasına görə bullinq və təzyiqlərə məruz qalıb:"Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr ixtisasında ikinci kurs tələbəsi idim. Keçən il sentyabrın 15-də ora daxil olduğum zaman müxtəlif bullinqlər, müxtəlif təzyiqlərlə üzləşmişdim və buna görə hüquq-mühafizə orqanlarını universitetə dəvət...

17 Sentyabr 2026, 16:15

Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib 

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

17 Sentyabr 2026, 16:02

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verərək dedi ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.Bildirildi ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq,...

17 Sentyabr 2026, 15:47

Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib 

"Fövqəladə hallar könüllüləri" proqramı çərçivəsində növbəti könüllülərin sertifikatlarla təltifetmə mərasimi keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə "Fövqəladə hallar könüllüləri" proqramından bəhs edən videoçarx nümayiş olunub.Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında keçirilmiş "Zəfər Liqası" futbol turnirində qalib olmuş fövqəladə hallar könüllülərinin təltif edildiyi turnirin kuboku nazir Kəmaləddin Heydərova...

17 Sentyabr 2026, 15:16

"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib 

"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb.Bu barədə Citypost.az-a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib.196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib.

17 Sentyabr 2026, 14:57

Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib 

Azərbaycanın Macarıstandakı yeni səfiri Esmira Cəfərova etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın Budapeştdəki diplomatik missiyasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib."Bu gün mən etimadnaməmin surətini Macarıstan Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Mariann Syuçə (Mariann Szücs) təqdim etdim. Qonaqpərvərliyə görə təşəkkür edirəm!", - E.Cəfərova yazıb.Esmira Cəfərova Prezident İlham Əliyevin 29 iyul tarixli Sərəncamı ilə Azərbaycanın Macarıstandakı səfiri təyin edilib....

17 Sentyabr 2026, 14:45