Bizə yazın

Baku

-°C

USD

-

ADMİU-dan qovulan tələbə KÖMƏK İSTƏDİ: "Sırğa taxdığıma görə..." 

Cəmiyyət 17 Sentyabr 2026, 16:15

283

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir.

Citypost.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşdığı video müraciətdə danışıb.

Kənan Zindadil iddia edib ki, universitetə yeni qəbul olduğu zaman geyim tərzinə və sırğa taxmasına görə bullinq və təzyiqlərə məruz qalıb:

"Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr ixtisasında ikinci kurs tələbəsi idim. Keçən il sentyabrın 15-də ora daxil olduğum zaman müxtəlif bullinqlər, müxtəlif təzyiqlərlə üzləşmişdim və buna görə hüquq-mühafizə orqanlarını universitetə dəvət etmişdim. Daha sonra universitet rəhbərliyinin mənə dediyi bəzi sözlərdən sonra şikayətimi geri çəkib onlardan şikayətçi olmamışdım. Dünən Elmi Şurada da dedim ki, mən həmin sözləri o məqsədlə deməmişəm. Orada mənə yazılan təhqirə cavab vermişəm. Yoxsa mən kiməsə durub canlı yayımda təhdid edərəm?

Hətta polis orqanına da dəvət olunanda cərimələndim. Dedim, özləri baxdılar, sentyabr-oktyabr aylarında İncəsənət Universitetində belə bir hadisə olub. Mən bullinqə, təhqirə, təzyiqə, sırğa taxdığıma və geyim tərzimə görə müxtəlif təhqirlərə məruz qalmışam. Daha sonra hüquq-mühafizə orqanları ora gəlib. Bunların hamısı orada yazılıb.

Amma bu il, yəni orada oxuyan uşaqlar, tələbələrin çoxu, birinci kurslardan olan uşaqlar deyir ki: "Kənan, sən kimə təzyiq göstərmisən? Sən bizim dostumuz olmusan, yaxın olmusan".

Mən buradan bütün lazımi qurumlara səslənirəm. Mənim haqsız yerə universitetdən xaric olmamağım üçün mənə kömək etsinlər.

Çünki ora üçün əziyyət çəkib hazırlaşmışam. İstədiyim fakültədə, istədiyim sənətdə oxuyurdum. Aktyor sənəti Azərbaycanda başqa heç bir universitetdə yoxdur. Mən iki il əziyyət çəkib gəlmişəm və mən orada heç bir, necə deyim, kəsrim, qayıbım olmayıb. Mən oxuduğuma görə təqaüd alırdım. Amma dünən Elmi Şurada mənə bəzi elə sözlər də deyilib ki, onlar da hətta mənim üçün alçaldıcı ifadələrdir. Yəni bir rəhbərlik bunu mənə deməməli idi.

Mənim universitetdə oxuduğum iki semestr boyu nə hər hansı bir töhmətim olub, nə mənim valideynim universitetə çağırılıb. Müəllimlərə qarşı hər zaman hörmətli olmuşam, müəllimlərlə hər zaman xoş davranmışam. Yəni ən azından müəllimlər də bunu deyə bilərlər axı, mən elə olmuşamsa. Mən heç bir zaman pis olmamışam heç birinizə qarşı.

Necə olur ki, amma kimsə mənim o videomu xoşu gəlmədiyi üçün kəsib-birləşdirib, məni hədəf göstərib, mən təhsilimdən olmuşam? Mən əziyyət çəkmişəm orada bir il, əziyyət! Mən hər gün universitetə gəlmişəm, getmişəm, dərslərimə hazırlaşmışam.

Haqsız yerə bu gün öz təhsilimdən yayınmışam, təhsilimdən geri qalıram.

Təhsilimdən geri qalmaq istəsəydim, elə mənim qayıblarım yığılardı, mən getməzdim də o universitetə. Deməli, mən universiteti sevirdim ki, universitetə hər gün səhər durub gedirdim". /oxu.az/

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verdi.“Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən “Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif...

17 Sentyabr 2026, 16:24

Daha 86 nəfər üçün kiçik ailə biznesi quruldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında daha 86 şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.Verilmiş aktivlər hesabına onlar qoyunçuluq, keçiçilik və arıçılıq üzrə kiçik bizneslərini yaradıblar.Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1048 şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub....

17 Sentyabr 2026, 16:23

Lerikdə zəlzələ olub 

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb."Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 19 km olub.

17 Sentyabr 2026, 16:17

Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib 

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

17 Sentyabr 2026, 16:02

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bununla bağlı bu gün iclası keçiriləcək.Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya...

17 Sentyabr 2026, 15:58

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verərək dedi ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.Bildirildi ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq,...

17 Sentyabr 2026, 15:47