Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib

Cəmiyyət 17 Sentyabr 2026, 15:47

282

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

Citypost.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verərək dedi ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.

Bildirildi ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.

Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir.

Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.

Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub.

Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.

Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. Ümumilikdə 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, kompleksin ərazisində daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.

Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları yaradılıb.

Burada ümumilikdə 320 yeni iş yeri açılıb.

Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda yeni hotelin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib 

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

17 Sentyabr 2026, 16:02

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bununla bağlı bu gün iclası keçiriləcək.Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya...

17 Sentyabr 2026, 15:58

Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib 

"Fövqəladə hallar könüllüləri" proqramı çərçivəsində növbəti könüllülərin sertifikatlarla təltifetmə mərasimi keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə "Fövqəladə hallar könüllüləri" proqramından bəhs edən videoçarx nümayiş olunub.Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında keçirilmiş "Zəfər Liqası" futbol turnirində qalib olmuş fövqəladə hallar könüllülərinin təltif edildiyi turnirin kuboku nazir Kəmaləddin Heydərova...

17 Sentyabr 2026, 15:16

"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib 

"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb.Bu barədə Citypost.az-a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib.196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib.

17 Sentyabr 2026, 14:57

Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib 

Azərbaycanın Macarıstandakı yeni səfiri Esmira Cəfərova etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın Budapeştdəki diplomatik missiyasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib."Bu gün mən etimadnaməmin surətini Macarıstan Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Mariann Syuçə (Mariann Szücs) təqdim etdim. Qonaqpərvərliyə görə təşəkkür edirəm!", - E.Cəfərova yazıb.Esmira Cəfərova Prezident İlham Əliyevin 29 iyul tarixli Sərəncamı ilə Azərbaycanın Macarıstandakı səfiri təyin edilib....

17 Sentyabr 2026, 14:45

Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb 

25.08.2026-cı il tarixində Yeni Klinikaya hospitalizasiya olunan Xalq artisti Şükufə Yusupovaya zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumta verilib.Bildirilib ki, o, dünən ambulator müalicə üçün evə buraxılıb.

17 Sentyabr 2026, 14:37