Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək 

İdman 17 Sentyabr 2026, 15:34

305

Azərbaycan futbol tarixində ilk dəfə ölkə Kubokunun final oyunu Gəncə şəhərində keçiriləcək.

Citypost.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması 12 may 2027-ci ildə keçiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qəbələ" Elvin Camalovu heyətinə qatdığını açıqlayıb

"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.Citypost.az  xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb."Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə imzalanıb.Xatırladaq ki, "Qəbələ" Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu komandanın əsas heyətində 132 oyun keçirib.

17 Sentyabr 2026, 08:13

“Qəbələ”nin yeni baş məşqçisi məlum olub 

“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.Citypost.az  xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.Yeton Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub.Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq....

16 Sentyabr 2026, 13:14

"Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır

İngiltərənin "Çelsi" klubu "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini transfer etmək üçün böyük gedişat edir.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, London təmsilçisi İtaliya millisinin üzvü üçün 68.6 milyon funt-sterlinqə qədər təklif irəli sürməyə hazırdır.Bu barədə "El Nacional" nəşri məlumat yayıb.İtalyan müdafiəçi ilə "Barselona" da yaxından maraqlansa da, "Çelsi"nin maliyyə üstünlüyü onları bu transfer yarışında bir addım öne çıxarır.

16 Sentyabr 2026, 08:43

"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib 

"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.Bu barədə Citypost.az bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 182 sm boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.

15 Sentyabr 2026, 17:30

Yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.Citypost.az xəbər verir ki, Federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparıblar.Üç gün davam edən yarış ərzində idmançılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə (reyslərdə) bacarıqlarını nümayiş etdiriblər.Yekun sıralama bütün yürüşlərin nəticələri əsasında hesablanan xallar nəzərə alınmaqla müəyyənləşdirilib.Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, yarışda iştirak edən Türkiyə təmsilçilərini də...

14 Sentyabr 2026, 22:00

"Neftçi" Elvin Camalov ilə yollarını ayırdı

"Neftçi" PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Citypost.az  xəbər verir ki, bu barədə klub məlumat yayıb.Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

14 Sentyabr 2026, 21:31