Gözəl danışmaq istəyirsinizsə, şeir əzbərləyin! - Rəşad Məcid
Cəmiyyət 23 Sentyabr 2026, 11:54
515
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışını Sezai Karakoçun “Onlar sanıyorlar ki” şeiri ilə bitirib. Ərdoğanın siyasi çıxışlarında şeir söyləməsinin çox şahidi olmuşuq. 2002-ci ildə AK Partiyanın qələbəsindən sonra onun haqqında “Bir şeirin qələbəsi” adlı məqalə yazmışdım. Onun sonrakı siyasi yüksəlişinə rəvac verən dörd aylıq həbsi də məhz çıxışındakı şeirə görə olmuşdu.
CityPost.az xəbər verir ki,bunu Mətbuat Şurasının Sədri Rəşad Məcid bildirib.
"Ərdoğanın siyasi lider və natiq kimi gücü həm də əzbər bildiyi klassik poeziyadan sitatlar gətirməsindədir. Gözəl natiqliyin yolu həm də əzbər şeir bilməkdən keçir. Gənclərə həmişə tövsiyə etmişəm ki, gözəl danışmaq istəyirsinizsə, şeir əzbərləyin!",-deyə R.Məcid bildirib.
Bu da dünən BMT kürsüsündən səslənən, alqış və göz yaşları ilə qarşılanan həmin şeir:
“Onlar sanıyorlar ki,
Biz sussak, mesele kalmayacak.
Həmçinin oxuyun
Halbuki biz sussak, tarih susmayacak.
Tarih sussa, hakikat susmayacak.
Onlar sanıyorlar ki, bizden kurtulsalar, mesele kalmayacak.
Halbuki bizden kurtulsalar, vicdan azabından kurtulamayacaklar.
Vicdan azabından kurtulsalar,
tarihin azabından kurtulamayacaklar.
Tarihin azabından kurtulsalar,
Allah’ın gazabından kurtulamayacaklar.”
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.Citypost.az xəbər verir ki, ADSEA sədri Zaur Mikayılovun 25 sentyabr tarixində Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 29 sentyabr tarixinə dəyişdirilib.Qeyd edək ki, vətəndaş qəbulu Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.
23 Sentyabr 2026, 13:24
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
Dövlət Gömrük Komitəsinin (DGK) İnsan Resursları İdarəsinin sabiq rəisi polkovnik Fərhad Babayev pensiyası kəsildiyi üçün məhkəməyə üz tutub.Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsində baxılan iddia üzrə polkovnik qalib gəlib.Məsələ ondan ibarətdir ki, Fərhad Babayev 2022-ci ildə idarə rəisi vəzifəsindən çıxandan sonra ona vergi və gömrük orqanlarında keçdiyi illər əsasında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi aylıq 5 min 840 manat güzəştli pensiya təyin edilib. Lakin üstündən 1 il keçəndən sonra Dövlət Sosial Müdafiə Fondu (DSMF) xüsusi şərtlərlə verilən pensiyanı kəsib. Fond yeni araşdırma nəticəsində müəyyən edib ki, polkovnikin xidmət illərinin yalnız 6 il 6 ay 2 günü hərbi...
23 Sentyabr 2026, 13:19
Zəfər Coğrafiyasında Türk Hərbi Birliyi - Zahid Oruc yazır
Azərbaycan, Türkiyə və Özbəkistan ordu birləşmələrinin iştirakı ilə keçirilən “Birliyin Gücü–2026” hərbi təlimi təqvim üzrə planlaşdırılan növbəti hərbi tədbirdən daha böyük siyasi məna daşıyır. Sentyabrın 22-də Xocavənd rayonundakı “Qızılqaya” Təlim Mərkəzində başlanan, Naxçıvandakı “Qarabağlar” Təlim Mərkəzini və Xəzər dənizinin Azərbaycan sektorundakı “Böyük Zirə” təlim bölgəsini əhatə edən manevrlər üç türk dövlətinin ilk dəfə eyni siyasi mənafelər ətrafında Qarabağdan Xəzərədək uzanan geniş təhlükəsizlik məkanında fəaliyyət göstərməsidir. Şəxsi heyətlə yanaşı döyüş texnikasının, hərbi aviasiyanın, dəniz vasitələrinin və pilotsuz uçuş aparatlarının təlimə cəlb edilməsi göstərir ki, məqsəd orduların birgə əməliyyatlara hazırlığının yüksəldilməsi, komanda-idarəetmə mexanizmlərinin uyğunlaşdırılması və fərqli qoşun növləri arasında koordinasiyanın yaradılması artıq...
23 Sentyabr 2026, 13:17
Göz qapağı əməliyyatından sonra gözləri açıq qaldı – Həkimdən şikayət
Estetik əməliyyatdan sonra gözlərində ciddi problem yaranan Aygün Məhəmmədova onu əməliyyat edən həkimdən şikayətçidir.Citypost.az xəbər verir ki, o bu barədə APA TV-yə müraciət edib.Şikayətçi iddia edir ki, 2025-ci ilin martında keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmaması səbəbindən quruluq və sulanma kimi problemlərlə üzləşib: “Gözlərim yatanda da açıq qalır, sulanma olur. Əməliyyatdan 7 ay sonra üzümdə iflic yaranıb. Bununla bağlı məni əməliyyat edən “Medihall Hospital”ın həkimi Məryəm Abbasovaya dəfələrlə şikayətimi bildirsəm də, o mənə bir müddət də gözləməli olduğumu deyib. Artıq 1 il 6 aydır ki, şikayət etsəm də, məsuliyyətdən yayınır və heç bir tədbir görülmür.İstəyirdim ki, ödənişimi geri...
23 Sentyabr 2026, 13:13
Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb
2026-cı ilin II rübü üzrə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən 22 dövlət müəssisəsinin monitorinqi başa çatdırılıb.Citypost.az xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir.Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun olaraq həyata keçirilən monitorinqin nəticələri üzrə hesabat hazırlanaraq təqdim edilib.Monitorinq zamanı dövlət müəssisələrinin maliyyə nəticələri və fəaliyyət göstəriciləri təhlil olunub, onların fəaliyyəti nəticəsində yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.Yeni monitorinq mexanizminin tətbiqi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən...
23 Sentyabr 2026, 13:00
Bərdədə avtomat silah və patronlar aşkarlanıb, şübhəli saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Citypost.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir....
23 Sentyabr 2026, 12:37