Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Cəmiyyət 23 Sentyabr 2026, 11:49
754
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.
Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Həmçinin oxuyun
Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğuladı.
Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.
Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd etdi.
Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirdi.
Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulandı, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bərdədə avtomat silah və patronlar aşkarlanıb, şübhəli saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Citypost.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir....
23 Sentyabr 2026, 12:37
Sabah 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq...
23 Sentyabr 2026, 12:25
Milli Məclisdə QHT-lərin fəaliyyəti müzakirə olunacaq
Milli Məclisdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti müzakirə olunacaq.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.Komitə sədri Fazil Mustafa komitənin bugünkü iclasında bildirib ki, payız sessiyası ərzində bu mövzuda keçiriləcək dinləmədə QHT-lərin fəaliyyətindəki problemlər müzakirə olunacaq:"QHT-lərin fəaliyyətindəki mövcud problemlər daha çox vətəndaş cəmiyyəti institutlarının təkmilləşdirilməsi baxımından təşəbbüslərə ehtiyac yaradır"....
23 Sentyabr 2026, 12:11
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əlahəzrət,Əziz Qardaşım,23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək...
23 Sentyabr 2026, 11:47
Martin Ryan əfv edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sərəncam məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Prezidentə ünvanladığı əfv haqqında müraciətlərə baxılaraq imzalanıb.Sənəddə məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışlarının nəzərə alındığı bildirilib.Əfv olunan şəxslər arasında 1988-ci il təvəllüdlü, Fransa vətəndaşı Ryan Martin Riçard da var.O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə məhkum edilib.Qeyd edək ki, əfv sərəncamı humanizm prinsiplərinə əsaslanaraq imzalanıb....
23 Sentyabr 2026, 11:42
Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Milix Yevdayevə orden təqdim olunub.Bu barədə Citypost.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Komitənin sədri Ramin Məmmədov bildirib ki, ölkədə dini tolerantlıq, fərqli konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.R. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, zəngin dini mirasın yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının təşəbbüsü və diqqəti sayəsində tarix və mədəniyyətimizin...
23 Sentyabr 2026, 11:40