Bizə yazın

Baku

-°C

USD

-

Etibar Əliyev: “Vurğun Əyyub ömrünün sonuna yaxın dəyərli kitab yazdı”

Cəmiyyət 25 Sentyabr 2026, 08:52

403

Ömrünün sonuna yaxın məmləkətə fayda vermək naminə dəyərli bir kitab yazdı…

24 sentyabr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olmuş, pedaqoq, tədqiqatçı, ədəbiyyatşünas alim Vurğun Əyyubun  (1957-2019) anım günüdür. 

Vurğun bəy ömrünün sonuna yaxın çap etdirdiyi "Azərbaycan romantizmini araşdırarkən...” adlı sanballı əsəri Ali məktəb tələbələri və ədəbiyyatşünaslar üçün əvəzsiz vəsaitdir. 

Heç yadımdan çıxmır, kitabı mənə bağışladı və dedi ki, oxuyub fikrimi bildirim...Kitabın dəyəri barədə ona heç nə deyə bilmədim. Komaya düşdü. 

Vurğun Əyyub yazır: "Axtarışlar göstərir ki, dünya və milli romantizm haqqında Azərbaycan sovet dövrü ədəbiyyatşünaslığında ilk tədqiqat mərhum Mir Cəlalın adı ilə bağlıdır. O, "Ədəbiyyatda romantizm" adlı məqaləsində Azərbaycan romantizmi ilə bərabər alman, fransız, türk  romantizmlərinin də spesifik xüsusiyyətlərindən söz açmışdır. Mir Cəlalın sonrakı dövrlərdə romantik sənətkarlar haqqında yazılmış bir neçə məqaləsidə onun "XX Əsr Azərbaycan əsdəbiyyatında ədəbi məktəblər" (1945) adlı doktorluq dissertasiyasının romantizm bölməsi üçün bünövrə rolunu oynamışdır." 

Vurğun Əyyub Azərbaycan romantik lirikasını mövzu və ideyalar aləminə, poetika xüsusiyyətlərinə görə belə təsnif etmişdir: 

vətəndaşlıq lirikası;

fəlsəfi lirika;

məhəbbət lirikası.

Əsərdə Romantik lirikanın görkəmli nümayəndələri Abbas Səhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Hüseyn Cavidin vətəndaşlığı ön plana çəkilmiş, onların ictimai həyatdakı vətəndaşlıq fəaliyyətləri bədii yaradıcılıqlarındakı vətəndaşlıq idealları ilə üzvi surətdə əlaqələndirilmişdir. 

Vurğun bəy ixtisasca filoloq olsa da adlarını çəkdiyim böyük şairlərin lirikasının fəlsəfəsini ustalıqla təsvir etmişdir. 

Kitabda toplanılan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və romantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gətirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəhdi baxımında bu günün ədəbiyyatşünasları, tələbə və doktorantlar üçün maraqlı görünə bilər.

Onun Ömür yolu, anılar, anım xatirələri, Anım xəbərləri, Məqalə və xatirələr, müsahibələrdən ibarət mətnləri özündə birləşdirən "Sevgi seli" kitabında toplanıb. Kitabın məsləhətçisi Əli Şamil, İdeya və ön söz müəllifləri professor Bədirxan Əhmədov, Etibar Əliyev və Anar Əsədlidir. Vurğun bəy yaddaşlarda təhsil islahatçısı, dürüst siyasətçi, gözəl müəllim və dəyərli dost kimi qalır və qalacaqdır... 

Etibar Əliyev

Təhsil eksperti, sabiq deputat

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq 

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

25 Sentyabr 2026, 09:11

Rey Kərimoğlu: “Hərbçilərin pensiya kapitalları daha da artacaq”

“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu hərbçilərin maaş və pensiyaları ilə bağlı gözləntilərini bölüşüb.Citypost.az xəbər verir ki, R.Kərimoğlu bildirib ki, əldə etdiyi məlumata görə, hərbçilərin əməkhaqqından əlavə aldıqları müxtəlif ödənişlərin də gələcəkdə pensiya hesablanarkən nəzərə alınması gözlənilir. Onun sözlərinə görə, bu halda hərbçilərin pensiya kapitalları da artacaq.“Hərbiçilərimizin maaş və pensiyaları ilə bağlı ciddi addımlar gözlənilir, inşallah! Aldığım məlumata görə, onların maaşdan başqa aldıqları müxtəlif əlavələri də pensiyaya çıxanda nəzərə alınacaq. Yəni pensiya kapitalları daha da artacaq”, – deyə jurnalist yazıb.R.Kərimoğlu hərbçilərin diqqətdə saxlanıldığını qeyd edərək, gözləntilərin yaxın zamanda tam bəlli olacağına ümid etdiyini...

25 Sentyabr 2026, 09:07

Osman Gündüz: “Nuru Əhmədov Azərbaycan texnologiya tarixinin bir hissəsi idi”

Nuru Əhmədovun vəfatı Azərbaycanın texnologiya ictimaiyyəti üçün böyük itkidir. Nuru müəllim ölkəmizdə telekommunikasiya və internetin inkişafında dərin iz qoymuş insanlardan biri idi. Texnologiya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, xüsusilə 90-cı illərin sonlarında AzEuroTel-in qurulması və inkişafına, yerli mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdi. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda Cazz sənətinin inkişafında böyük rol oynamış Nuru Əhmədovun vəfatı ilə bağlı yazıb."Onu yalnız peşəkar rabitəçi kimi deyil, ləyaqətli, vicdanlı və öz sahəsini ürəkdən sevən Gözəl İnsan kimi xatırlayacağam.O illərdə AzEuroTel-ə məxsus beynəlxalq  rabitə kanallarının gecəykən  AzTelekom əməkdaşalrı  tərəfindən balta və mişarla kəsildiyi günlər də yadımdadır. Həmin kanallardan...

25 Sentyabr 2026, 09:00

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib 

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.Citypost.az xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.Nəticədə sarı bayraq qaldırılıb.Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.

25 Sentyabr 2026, 08:53

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

25 Sentyabr 2026, 08:44

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20...

25 Sentyabr 2026, 08:35