Bizə yazın

Baku

-°C

USD

-

Osman Gündüz: “Nuru Əhmədov Azərbaycan texnologiya tarixinin bir hissəsi idi”

Cəmiyyət 25 Sentyabr 2026, 09:00

383

Nuru Əhmədovun vəfatı Azərbaycanın texnologiya ictimaiyyəti üçün böyük itkidir. Nuru müəllim ölkəmizdə telekommunikasiya və internetin inkişafında dərin iz qoymuş insanlardan biri idi. Texnologiya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, xüsusilə 90-cı illərin sonlarında AzEuroTel-in qurulması və inkişafına, yerli mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdi. 

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda Cazz sənətinin inkişafında böyük rol oynamış Nuru Əhmədovun vəfatı ilə bağlı yazıb.

"Onu yalnız peşəkar rabitəçi kimi deyil, ləyaqətli, vicdanlı və öz sahəsini ürəkdən sevən Gözəl İnsan kimi xatırlayacağam.

O illərdə AzEuroTel-ə məxsus beynəlxalq  rabitə kanallarının gecəykən  AzTelekom əməkdaşalrı  tərəfindən balta və mişarla kəsildiyi günlər də yadımdadır. 

Həmin kanallardan Prezident Administrasiyası,  strateji qurumlar və səfirliklər də istifadə edirdi. 

Xidmətlərin dayanmasının nəticələrini görəndə Nuru müəllimin necə ağır stress keçirdiyini müşahidə etmək çox ağrılı idi. Nuru müəllim haqsızlıq və ədalətsziliklə barışmayanlardan, vuruşanlardan idi.

Onunla söhbətlərimizdən biri heç yadımdan çıxmır.  

AzEuroTel yaranandan bəri Rabitə Nazirliyinə daxil olan qurumlarla  56 dəfə məhkəmə çəkişməsində olduğunu demişdi. 

Nuru müəllim sektorda müstəqil ictimai institutlaşmaya da böyük töhfə vermişdi. O zaman, xatırlayıram ki, təxminən 1999-cu ildə Rabitə nazirliyinin təşəbbüsü ilə formalaşan Provayderlər Şurası əsasən Nazirliyin xəttini müdafiə edirdi. Nazirlik çox konservativ siyasət yürüdürdü.

Azərbaycan internetində ilk dəfə texnoloji senzuranın, Nazirliklə vətəndaş cəmiyyəti arasında 2 il davam edən məşhur  “İnternet məhkəməsi” dövrləri idi.

Ona görə də biz o zaman,  təxminən 25 il bundan öncə internet provayderlərini və digər təşkilatları birləşdirəcək müstəqil qurumun yaradılması təşəbbüsünü irəli sürmüşdük. Bu təşəbbüsə ilk dəstək verən də məhz Nuru müəllim oldu, elə ilk toplantı da AzEuroTel-də keçirilmişdi. Bu tip addımlar sektorun inkişafına böyük təkan vermişdi .

Aşağıdakı foto da məhz həmin toplantıdan sonra çəkilmişdi.

Xatirlayıram ki, 2015-ci ildə Xeberler.az Texnoloji Portalı  üçün onunla çox geniş söhbət etmişdik. Görüşümüz də çox sevdiyi və inkişafına böyük töhfə verdiyi Azərbaycan Cazının mərkəzi olan Caz Klubunda olmuşdu. Son anda müsahibənin dərc olunmamasını istədi. İstəyinə hörmət etdik.

Müsahibəni arxivdən axtarıb tapdım və yenidən oxudum. Nuru müəllim həqiqətən çətin və şərəfli inkişaf yolu keçən Azərbaycan texnologiya tarixinin bir hissəsi idi. 

Elə böyük mükafatları da olmayıb. 2017-ci ildə Prezident İlham Əliyev Nuru Əhmədova Prezidentin fərdi təqaüdünün verilməsilə bağlı Sərəncam imzalayıb.

2021-ci ildə nazir Rəşad Nəbiyev AzEuroTel-in 25 illiyilə bağlı ona xüsusi mükafatlar təqdim etmişdi.

Nuru Əhmədovun gördüyü işlər də, çətin dövrlərdə sektorun inkişafı üçün  göstərdiyi prinsipiallıq da, insanlara münasibəti və xeyirxahlığı da daim xatırlanacaq.Allah rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbir diləyirəm." - deyə Osman Gündüz bildirib

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq 

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

25 Sentyabr 2026, 09:11

Rey Kərimoğlu: “Hərbçilərin pensiya kapitalları daha da artacaq”

“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu hərbçilərin maaş və pensiyaları ilə bağlı gözləntilərini bölüşüb.Citypost.az xəbər verir ki, R.Kərimoğlu bildirib ki, əldə etdiyi məlumata görə, hərbçilərin əməkhaqqından əlavə aldıqları müxtəlif ödənişlərin də gələcəkdə pensiya hesablanarkən nəzərə alınması gözlənilir. Onun sözlərinə görə, bu halda hərbçilərin pensiya kapitalları da artacaq.“Hərbiçilərimizin maaş və pensiyaları ilə bağlı ciddi addımlar gözlənilir, inşallah! Aldığım məlumata görə, onların maaşdan başqa aldıqları müxtəlif əlavələri də pensiyaya çıxanda nəzərə alınacaq. Yəni pensiya kapitalları daha da artacaq”, – deyə jurnalist yazıb.R.Kərimoğlu hərbçilərin diqqətdə saxlanıldığını qeyd edərək, gözləntilərin yaxın zamanda tam bəlli olacağına ümid etdiyini...

25 Sentyabr 2026, 09:07

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib 

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.Citypost.az xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.Nəticədə sarı bayraq qaldırılıb.Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.

25 Sentyabr 2026, 08:53

Etibar Əliyev: “Vurğun Əyyub ömrünün sonuna yaxın dəyərli kitab yazdı”

Ömrünün sonuna yaxın məmləkətə fayda vermək naminə dəyərli bir kitab yazdı…24 sentyabr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olmuş, pedaqoq, tədqiqatçı, ədəbiyyatşünas alim Vurğun Əyyubun  (1957-2019) anım günüdür. Vurğun bəy ömrünün sonuna yaxın çap etdirdiyi "Azərbaycan romantizmini araşdırarkən...” adlı sanballı əsəri Ali məktəb tələbələri və ədəbiyyatşünaslar üçün əvəzsiz vəsaitdir. Heç yadımdan çıxmır, kitabı mənə bağışladı və dedi ki, oxuyub fikrimi bildirim...Kitabın dəyəri barədə ona heç nə deyə bilmədim. Komaya düşdü. Vurğun Əyyub yazır: "Axtarışlar göstərir ki, dünya və milli romantizm haqqında Azərbaycan sovet dövrü ədəbiyyatşünaslığında ilk tədqiqat mərhum Mir Cəlalın adı ilə bağlıdır. O, "Ədəbiyyatda romantizm" adlı məqaləsində Azərbaycan romantizmi ilə bərabər...

25 Sentyabr 2026, 08:52

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

25 Sentyabr 2026, 08:44

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20...

25 Sentyabr 2026, 08:35