Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
Cəmiyyət 25 Sentyabr 2026, 09:11
343
Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rey Kərimoğlu: “Hərbçilərin pensiya kapitalları daha da artacaq”
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu hərbçilərin maaş və pensiyaları ilə bağlı gözləntilərini bölüşüb.Citypost.az xəbər verir ki, R.Kərimoğlu bildirib ki, əldə etdiyi məlumata görə, hərbçilərin əməkhaqqından əlavə aldıqları müxtəlif ödənişlərin də gələcəkdə pensiya hesablanarkən nəzərə alınması gözlənilir. Onun sözlərinə görə, bu halda hərbçilərin pensiya kapitalları da artacaq.“Hərbiçilərimizin maaş və pensiyaları ilə bağlı ciddi addımlar gözlənilir, inşallah! Aldığım məlumata görə, onların maaşdan başqa aldıqları müxtəlif əlavələri də pensiyaya çıxanda nəzərə alınacaq. Yəni pensiya kapitalları daha da artacaq”, – deyə jurnalist yazıb.R.Kərimoğlu hərbçilərin diqqətdə saxlanıldığını qeyd edərək, gözləntilərin yaxın zamanda tam bəlli olacağına ümid etdiyini...
25 Sentyabr 2026, 09:07
Osman Gündüz: “Nuru Əhmədov Azərbaycan texnologiya tarixinin bir hissəsi idi”
Nuru Əhmədovun vəfatı Azərbaycanın texnologiya ictimaiyyəti üçün böyük itkidir. Nuru müəllim ölkəmizdə telekommunikasiya və internetin inkişafında dərin iz qoymuş insanlardan biri idi. Texnologiya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, xüsusilə 90-cı illərin sonlarında AzEuroTel-in qurulması və inkişafına, yerli mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdi. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda Cazz sənətinin inkişafında böyük rol oynamış Nuru Əhmədovun vəfatı ilə bağlı yazıb."Onu yalnız peşəkar rabitəçi kimi deyil, ləyaqətli, vicdanlı və öz sahəsini ürəkdən sevən Gözəl İnsan kimi xatırlayacağam.O illərdə AzEuroTel-ə məxsus beynəlxalq rabitə kanallarının gecəykən AzTelekom əməkdaşalrı tərəfindən balta və mişarla kəsildiyi günlər də yadımdadır. Həmin kanallardan...
25 Sentyabr 2026, 09:00
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.Citypost.az xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.Nəticədə sarı bayraq qaldırılıb.Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.
25 Sentyabr 2026, 08:53
Etibar Əliyev: “Vurğun Əyyub ömrünün sonuna yaxın dəyərli kitab yazdı”
Ömrünün sonuna yaxın məmləkətə fayda vermək naminə dəyərli bir kitab yazdı…24 sentyabr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olmuş, pedaqoq, tədqiqatçı, ədəbiyyatşünas alim Vurğun Əyyubun (1957-2019) anım günüdür. Vurğun bəy ömrünün sonuna yaxın çap etdirdiyi "Azərbaycan romantizmini araşdırarkən...” adlı sanballı əsəri Ali məktəb tələbələri və ədəbiyyatşünaslar üçün əvəzsiz vəsaitdir. Heç yadımdan çıxmır, kitabı mənə bağışladı və dedi ki, oxuyub fikrimi bildirim...Kitabın dəyəri barədə ona heç nə deyə bilmədim. Komaya düşdü. Vurğun Əyyub yazır: "Axtarışlar göstərir ki, dünya və milli romantizm haqqında Azərbaycan sovet dövrü ədəbiyyatşünaslığında ilk tədqiqat mərhum Mir Cəlalın adı ilə bağlıdır. O, "Ədəbiyyatda romantizm" adlı məqaləsində Azərbaycan romantizmi ilə bərabər...
25 Sentyabr 2026, 08:52
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
25 Sentyabr 2026, 08:44
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20...
25 Sentyabr 2026, 08:35