Əvəz Zeynallı vəfat etdi
Cəmiyyət 28 Sentyabr 2026, 13:55
448
"Xural" qəzetinin və "Xural" TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib.
Citypost.az xəbər verir ki, bu haqda məlumatı jurnalistin vəkil Rəşad Vaqifoğlu yayıb.
Qeyd edək ki,Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb.Əvəz Zeynallı Türkiyədə olarkən "Böyük Gələcək" dərgisini nəşr etdirib.1999-cu ildən etibarən "Günaydın", "P. S.", "Millətin səsi" qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib. 2010-cu ildən onun rəhbərlik etdiyi https://www.xural.com/ saytı fəaliyyət göstərir. Əvəz Zeynallı Milli Sevgililər günü ideyasını ərsəyə gətirərək 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü "30 iyun" Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasının təklifi verən jurnalist kimi bu istiqamətdə təbliğat aparmışdır.O, 2006-cı ildə "30 İyun-Sevgililər Günü" və 2011–2014-cü illərdə həbsxanada olarkən yazdığı 40 cildlik (4 dəfə nəşr olunub) "Selcanın Məmləkəti" həbsxana gündəlikləri kitabının müəllifidir.2005-ci ildə tərcümə etdiyi Adolf Hitlerin "Mənim savaşım" (Mein Kampf) kitabını nəşr etdirib. Əvəz Zeynallının növbəti tərcümə və dərc etdiyi kitab Daniel Yerginin "Petrol" əsəridir.
Həmçinin oxuyun
Əvəz Zeynallı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün səhər saatlarında onun vəziyyəti pisləşmiş və dərhal xəstəxanaya aparılmışdı.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub
Naxçıvan Muxtar Respublikasının (MR) yeni təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim olunub.City post.az xəbər verir ki, nazirin təqdimat mərasimində muxtar respublikanın Baş naziri Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış ediblər.Çıxışlarda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyi vurğulanıb.O.Muradov çıxışında dövlət başçısının müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərinin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün çalışacağını bildirib....
28 Sentyabr 2026, 14:45
YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir
Yeni Azərbaycan Partiyasının (YAP) keçiriləcək VIII qurultayında partiyanın rəhbər strukturlarının say tərkibinə yenidən baxılması gözlənilir.Citypost.az xəbər verir ki, nəzərdə tutulan dəyişikliklər arasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin sayının azaldılması da var.YAP-ın qüvvədə olan Nizamnaməsinə əsasən, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibini müəyyənləşdirmək qurultayın səlahiyyətindədir.Qarşıdakı qurultay ərəfəsində partiyanın əvvəlki qurultaylarında qəbul edilmiş təşkilati qərarlara nəzər salaq:YAP 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında yaradılıb və Heydər Əliyev partiyanın sədri seçilib. Partiya həmin il dekabrın 18-də dövlət qeydiyyatına alınıb.I qurultay: rəhbər orqanlar formalaşdırıldı1999-cu ilin dekabrında keçirilən I qurultayda Heydər Əliyev yenidən partiyanın sədri seçilib. Siyasi Şuranın yeni...
28 Sentyabr 2026, 14:17
Bakıya yağış, yüksək dağlara qar yağacaq – SABAHA HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə...
28 Sentyabr 2026, 13:24
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin rəhbəri dəyişib.Citypost.az-a Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub. O, F.Ələkbərovun qardaşı Nizami Ələkbərovun oğludur. R.Ələkbərovun yerinə Anar Mustafayev təyin edilib.A.Mustafayev bu təyinatadək şirkətlər qrupuna daxil “İmprotex Trucks and Buses” șirkətinin direktor müavini vəzifəsində çalışıb və hazırda paralel olaraq bu şirkətin də qanuni təmsilçisidir.Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. Şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir....
28 Sentyabr 2026, 13:00
Ayxan Hacızadə: Kiyevdə həlak olan azərbaycanlının nəşi ölkəyə gətiriləcək
Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub.Bu barədə Citypost.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşıb....
28 Sentyabr 2026, 12:54
DYP yük avtomobillərinin sürücülərinə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə müraciət edib.İdarədən Citypost.az-a verilən məlumata görə, müraciərdə deyilir ki, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir:"Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri, ara məsafəsini düzgün seçmələri, ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri, yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri, nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri, iş və istirahət...
28 Sentyabr 2026, 11:47