Bizə yazın

Baku

-°C

USD

-

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsində ittiham aktı elan olunub

Cəmiyyət 28 Sentyabr 2026, 15:41

496

Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda bildirilib ki, 2013-cü ilin mayında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşan qatil Elman İsgəndərov ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu qətlin digər iştirakçısı Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.

Məlum olub ki, İsgəndərov və Talıbov qətlin icraçılarıdır. Onları qətli törətmək üçün sifarişi Xəyal Əli-zadə verib. Hadisənin qısqanclıq zəmində baş verdiyi ortaya çıxıb. V.Şidler hədə-qorxu mesajları alandan bir neçə ay sonra qətlə yetirilib.

İstintaq səndəllərində görə, Xəyal Seymur Talıbova bu qətli törətmək üçün 10 min manat vəd edib və bu qətli icra edən şəxsi tapmasını istəyib. Seymur da bu işi əvvəl məhkum olunmuş Elman İsgəndərovun tapıb.

Daha sonra Elmanı cinayəti həyata keçirmək üçün Siyəzən rayonunda Bakı şəhərinə gətiriblər. Elmana Bakı şəhərində qalması üçün əvvəlcə 100 manat, daha sonra isə 50 manat veriblər. Həmçinin Elmana bu cinayətə görə məhkum oıunmayacağına dair vəd ediblər.

Vüsal Şilderin hərəkəti izlənilib. Onun universitetindən çıxanda izləyiblər və evinə qədər gediblər. Vüsal evdən çıxanda öldürməklə bağlı niyyətini həyata keçirmək istəyib. Amma ərazidə çoxsaylı insan olduğu üçün qətl icra olunmayıb.

Bundan başqa, mayın 2-də Vüsal universitetindən çıxanda yenidən izlənilib və evinin yaxınlığında Elman İsgəndərov onu bıçaqlayaraq qətlə yetirib. Seymur Talıbov Xəyaldan aldığı puldan 1000 manat Elman İsgəndərova verib.

Xəyal Əlizadə elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Vəkili Əlövsət Abbasov isə bildirib ki, müvəkkili şahidlər dindiriləndən sonra ifadə verəcək. Müdafiə tərəfinin istəyi nəzərə alınıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Fərid Həsənov təqsirləndirilən şəxsin istintaq ifadəsinin elan olunmasını istəyib. Bildirib ki, şahidlərə suallar verilən zaman ifadəyə istinad etmək üçün təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsini elan olunması vacibdir. Hakim bu məsələyə növbəti prosesdə münasibət bildiriləcəyini deyib.

Növbəti proses oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əlizadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.

Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2013-cü ilin may ayında Bakıda Almaniya vətəndaşı, “Mercedes Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.

Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabunçuda qadın öldürüldü

Sabunçuda ər arvadını qətlə yetirib.Citypost.az xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.Rövşən Soltanov şəxsi münasibətlər zəminində həyat yoldaşı Mədinə Soltanovanı bıçaqlayaraq qətlə yetirib.Hadisəni törətməkdə şübhəli bilinən Rövşən Soltanov saxlanılıb və istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

28 Sentyabr 2026, 15:12

Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək.Citypost.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədilə mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftəsonları ilə yanaşı, Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.Dəyişikliklər, Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.Bu təşəbbüs piyada zonaları arasında əlaqəliliyin artırılmasına, daha rahat və təhlükəsiz şəhər mühitinin yaradılmasına, şəhər mərkəzinin turizm və...

28 Sentyabr 2026, 15:00

Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub

Naxçıvan Muxtar Respublikasının (MR) yeni təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim olunub.City post.az xəbər verir ki, nazirin təqdimat mərasimində muxtar respublikanın Baş naziri Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış ediblər.Çıxışlarda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyi vurğulanıb.O.Muradov çıxışında dövlət başçısının müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərinin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün çalışacağını bildirib....

28 Sentyabr 2026, 14:45

YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

Yeni Azərbaycan Partiyasının (YAP) keçiriləcək VIII qurultayında partiyanın rəhbər strukturlarının say tərkibinə yenidən baxılması gözlənilir.Citypost.az xəbər verir ki, nəzərdə tutulan dəyişikliklər arasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin sayının azaldılması da var.YAP-ın qüvvədə olan Nizamnaməsinə əsasən, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibini müəyyənləşdirmək qurultayın səlahiyyətindədir.Qarşıdakı qurultay ərəfəsində partiyanın əvvəlki qurultaylarında qəbul edilmiş təşkilati qərarlara nəzər salaq:YAP 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında yaradılıb və Heydər Əliyev partiyanın sədri seçilib. Partiya həmin il dekabrın 18-də dövlət qeydiyyatına alınıb.I qurultay: rəhbər orqanlar formalaşdırıldı1999-cu ilin dekabrında keçirilən I qurultayda Heydər Əliyev yenidən partiyanın sədri seçilib. Siyasi Şuranın yeni...

28 Sentyabr 2026, 14:17

Əvəz Zeynallı vəfat etdi 

"Xural" qəzetinin və "Xural" TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib.Citypost.az xəbər verir ki, bu haqda məlumatı jurnalistin vəkil Rəşad Vaqifoğlu yayıb.Qeyd edək ki,Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb.Əvəz Zeynallı Türkiyədə olarkən "Böyük Gələcək" dərgisini nəşr etdirib.1999-cu ildən etibarən "Günaydın", "P. S.", "Millətin səsi" qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradıb və...

28 Sentyabr 2026, 13:55

Bakıya yağış, yüksək dağlara qar yağacaq – SABAHA HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə...

28 Sentyabr 2026, 13:24