Aqşin Yenisey: “Biz gələcəyin xalqıyıq”
Cəmiyyət 05 Oktyabr 2026, 09:07
547
Yazıçı Aqşin Yenisey İran və Türkiyənin özlərini tarixi dövlətlərin varisi kimi təqdim etməsinə münasibət bildirib.
Citypost.az xəbər verir ki, Aqşin Yenisey sosial şəbəkə hesabında yazıb ki, müasir İran özünü Səfəvi dövlətinin, Türkiyə isə Osmanlı imperiyasının varisi hesab edir. Onun fikrincə, bunun əsas səbəblərindən biri həmin cəmiyyətlərin “düşüncə inqilabı” yaşaya bilməməsidir.
“Problem nədir? Müasir İran özünü Səfəvinin, müasir Türkiyə özünü Osmanlının varisi hesab edir. Niyə? Çünki düşüncə inqilabı yaşaya bilmədilər: ərəb şəriətindən daha yaxşısını yarada bilmədilər. Aydınlarına deyil, aydın olmayanlarına inandılar. Dini kimliyi milli kimlik kimi anladılar. Problem budur”, – deyə yazıçı qeyd edib.
A.Yenisey İslamın milli kimliyin əsas elementi kimi qəbul edilməsini də tənqid edib. O bildirib ki, dini kimliyin milli kimliklə eyniləşdirilməsi türk cəmiyyətləri üçün ciddi problemdir.
“İslamı, yəni ərəb mentalitetini milli kimlik kimi anlayan türk, türkün ən böyük düşmənidir”, – deyə o vurğulayıb.
Yazıçı fikirlərini İran ədəbiyyatından nümunə ilə əsaslandırıb. O, fars yazıçısı Cəlal Əli Əhmədin “Qərbliləşmə xəstəliyi” əsərinin oxunmasını tövsiyə edərək, müəllifin fars milli kimliyinə münasibətini xatırladıb.
Aqşin Yenisey Mirzə Fətəli Axundovun mövqeyini də bu kontekstdə qeyd edib: “Eyni mövqe bizim Axundovda da var. Sasanibazlar üçün Axundov İran millətçisidir”.
Həmçinin oxuyun
Yazıçı hesab edir ki, Azərbaycan bu iki ölkə ilə müqayisədə milli və mədəni kimliyini önə çıxarmaq baxımından fərqli mövqedədir.
“Biz bu iki ölkə ilə müqayisədə milli kimliyimizi önə çıxarmaqda ehtiyatlı davransaq da, ən azı, dini kimliyin, yəni ərəbizmin önünə mədəni kimliyimizlə çıxırıq. Sekulyarizm də budur: Tanrı düşüncəsinin önünə insan düşüncəsiylə çıxmaq”, – deyə A.Yenisey bildirib.
O, Azərbaycanın gələcəyi ilə bağlı optimist fikirlər səsləndirib və cəmiyyətin İslamın təsirindən uzaqlaşdıqca mədəni toplum kimi formalaşacağını qeyd edib.
“Biz gələcəyin xalqıyıq. İslam adlı ərəb mentalitetindən uzaqlaşdıqca mədəni bir toplum olacağıq. Bu yolda nəinki düşmənə, ən yaxın qardaşa belə güzəşt etməməliyik”, – deyə yazıçı əlavə edib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
05 Oktyabr 2026, 09:38
Natiq Muxtarlıdan müəllimlərə: “Allah sizə dözüm versin”
Tanınmış jurnalist Natiq Muxtarlı Müəllimlər Günü münasibətilə müəllimləri fərqli şəkildə təbrik edib.Citypost.az xəbər verir ki,N.Muxtarlı təbrikində müəllimlərin qarşılaşdığı problemlərə toxunaraq bir sıra arzularını ifadə edib.“Bayramınız mübarək, əziz müəllimlər. Arzu edirəm ki, Allah sizə sizi – ordusunu, əsgərini aşağılamayan sərkərdə-nazir nəsib etsin.Arzu edirəm ki, canınız gic-gic təlimatlar göndərən səriştəsiz kadrlardan qurtulsun. Arzulayıram ki, o təlimatları sizlərə, heç olmasa ömründə bir 45 dəqiqə 30 uşaqla ünsiyyətdə olmuş səriştəli kadrlar göndərsin.Arzu edirəm ki, dərs saatlarını satmayan, ədaləti bölən direktorlar görə biləsiniz. Sizi aşağılayan nazirin Tükəzbanlara, Fatmanisələrə, onların tərbiyəsiz övladlarına məktəbdə verdiyi hüquqdan sizə də verilsin, inşallah.Tükəzbanların, Fatmanisələrin, onların tərbiyəsiz övladlarının təhqir və təhdidlərinə...
05 Oktyabr 2026, 09:29
Fərid Pərdəşünas: “Super intellekt riskləri o qədər böyükdür ki...”
Technote Media şirkətinin rəhbəri, tanınmış texno-bloqer Fərid Pərdəşünas super intellektin inkişafı ilə bağlı təhlükəsizlik risklərinə diqqət çəkib.Citypost.az xəbər verir ki, F.Pərdəşünas bildirib ki, super intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin təhlükəsizlik komandalarında çalışan bəzi mütəxəssislər bu risklər səbəbindən işlərindən ayrılıblar. O, OpenAI-dan David Robinson, daha əvvəl Anthropic-dən Jacob Coxon və Google DeepMind-dan Josh Engelsin adlarını çəkib.Onun sözlərinə görə, həmin mütəxəssislərin fərdi fikirləri qiymətləndirildikdə, müəyyən mənzərə ortaya çıxır. Belə ki, kəskin rəqabət və super intellekt hazırlayan şirkətlərin öz imkanlarına həddindən artıq güvənməsi təhlükəsizlik məsələlərinin arxa plana keçməsinə səbəb ola bilər.“Super intellekt təhlükəsizliyi üzrə mütəxəssislər əllərində olan məlumatlara əsasən bildirirlər ki, super intellektin...
05 Oktyabr 2026, 09:25
5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.Citypost.az xəbər verir ki, 5 oktyabr 1966-cı ildə UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.Azərbaycanda Müəllimlər Günü 1993-cü ildən qeyd olunur....
05 Oktyabr 2026, 09:19
“Hicab qadağasını test edirlər” – Jurnalistdən iddia
Jurnalist Kənan Rövşənoğlu məktəblərdə şagirdlərin hicab taxmasına qadağa qoyulması ilə bağlı yayılan xəbərlərin əsasən müəyyən bölgələrdən gəlməsinə diqqət çəkib.Citypost.az xəbər verir ki,K.Rövşənoğlu bildirib ki, ilk belə məlumat Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı məktəblə bağlı yayılıb. Onun sözlərinə görə, söhbət şəhər məktəbindən deyil, nisbətən mühafizəkar qəsəbədə yerləşən təhsil müəssisəsindən gedir.“İkinci xəbər Sabirabad rayonunun Yolçubəyli kənd məktəbindən gəldi. Yenə əyalət, üstəlik ən dindar bölgələrdən biri. Hətta məlum oldu ki, qadağa qoyan direktor özü də ibadət edirmiş”, – deyə jurnalist qeyd edib.K.Rövşenoğlu daha sonra İmişli rayonundan, ardınca isə Gəncə şəhərindən hicabla bağlı qadağa xəbərlərinin yayıldığını xatırladıb. O, hər iki bölgədə...
05 Oktyabr 2026, 09:13
Bakıda bu yollarda tıxac var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Tbilisi prospekti, "20 Yanvar"...
05 Oktyabr 2026, 08:58