Fərid Pərdəşünas: “Super intellekt riskləri o qədər böyükdür ki...”
Cəmiyyət 05 Oktyabr 2026, 09:25
535
Technote Media şirkətinin rəhbəri, tanınmış texno-bloqer Fərid Pərdəşünas super intellektin inkişafı ilə bağlı təhlükəsizlik risklərinə diqqət çəkib.
Citypost.az xəbər verir ki, F.Pərdəşünas bildirib ki, super intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin təhlükəsizlik komandalarında çalışan bəzi mütəxəssislər bu risklər səbəbindən işlərindən ayrılıblar. O, OpenAI-dan David Robinson, daha əvvəl Anthropic-dən Jacob Coxon və Google DeepMind-dan Josh Engelsin adlarını çəkib.
Onun sözlərinə görə, həmin mütəxəssislərin fərdi fikirləri qiymətləndirildikdə, müəyyən mənzərə ortaya çıxır. Belə ki, kəskin rəqabət və super intellekt hazırlayan şirkətlərin öz imkanlarına həddindən artıq güvənməsi təhlükəsizlik məsələlərinin arxa plana keçməsinə səbəb ola bilər.
“Super intellekt təhlükəsizliyi üzrə mütəxəssislər əllərində olan məlumatlara əsasən bildirirlər ki, super intellektin inkişafı bu qədər rahat getməməlidir. Super intellektlər atom stansiyaları, nüvə silahları, hava limanlarında olan təhlükəsizlik keçidləri kimi sərt qorunmalıdır”, – deyə F.Pərdəşünas qeyd edib.
Texno-bloqer risklərin olduqca böyük olduğunu vurğulayıb. Onun fikrincə, əsas təhlükələrdən biri gələcəkdə super intellektin internetə hücum edə bilməsi ehtimalıdır.
“Bu, zarafat məsələsi deyil. Rəqəmsal mühitə olacaq hücum iqtisadiyyatları, təhlükəsizlik sistemlərini iflic hala gətirə bilər”, – deyə o bildirib.
F.Pərdəşünas daha əvvəl super intellektin bir sıra ixtisasları əvəz edə biləcəyi ilə bağlı fikirlərinin tənqid olunduğunu da xatırladıb. O, süni intellekt sahəsinin daxilində olan mütəxəssislərin daha ciddi və ağır ssenarilərdən danışdığını bildirib.
Həmçinin oxuyun
“Mən burada deyəndə ki, super intellekt bu ixtisasları əvəzləyəcək, məni topa tuturlar. İşin mətbəxinin adamları isə daha faciəvi gözləntilərdən danışırlar”, – deyə texno-bloqer vurğulayıb.
O, fikirlərini səsləndirdiyinə görə “təşviş yaratmaqda” ittiham edilməsinə də münasibət bildirib və süni intellekt vasitəsilə ona qarşı arqumentlər hazırlanmasını ironik şəkildə qiymətləndirib.
“Söz deməli deyil. Nə imiş, təşviş yaradırsan. Heç olmasa rəy yazanda mənə cavab kimi hazırladığınız o rəylərdən böyük tireləri silin. Süni intellektlə əks arqument hazırlayırsınızsa, bunun özü elə sizə cavabdır”, – deyə F.Pərdəşünas əlavə edib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nazir müəllimlərə müraciət etdi: “Sizə təşəkkür edirəm”
Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.Citypost.az xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.Nazir bildirib ki, bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir: "Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram"....
05 Oktyabr 2026, 09:57
Yerusəlimdə tapılan ossuari İsanın xaçını daşıyan Şimonun oğlu ilə əlaqələndirilir
Yerusəlimdə 1941-ci ildə aşkar edilən I əsrə aid qədim ossuarinin İsanın çarmıxını daşımasına kömək etdiyi bildirilən Kirenalı Şimonun ailəsi ilə əlaqəli ola biləcəyi iddia edilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, əhəng daşından hazırlanmış dəfn qutusunun üzərində “Şimon oğlu İsgəndər” yazısı aşkarlanıb. Bu adlar İncildə İsanın çarmıxını daşımağa məcbur edilən Kirenalı Şimonun oğulları İsgəndər və Rufusun adları ilə üst-üstə düşür.Qəbirin I əsrə aid olması və üzərində Kirenaya işarə etdiyi ehtimal edilən yazının bulunması iddianı daha da maraqlı edir. Lakin tədqiqatçılar bunun Şimonun oğlu İsgəndərin məzarı olduğunu təsdiqləyən qəti sübutun olmadığını bildirirlər.Alimlər qeyd edir ki, həm Şimon, həm də İsgəndər həmin...
05 Oktyabr 2026, 09:53
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
05 Oktyabr 2026, 09:38
Natiq Muxtarlıdan müəllimlərə: “Allah sizə dözüm versin”
Tanınmış jurnalist Natiq Muxtarlı Müəllimlər Günü münasibətilə müəllimləri fərqli şəkildə təbrik edib.Citypost.az xəbər verir ki,N.Muxtarlı təbrikində müəllimlərin qarşılaşdığı problemlərə toxunaraq bir sıra arzularını ifadə edib.“Bayramınız mübarək, əziz müəllimlər. Arzu edirəm ki, Allah sizə sizi – ordusunu, əsgərini aşağılamayan sərkərdə-nazir nəsib etsin.Arzu edirəm ki, canınız gic-gic təlimatlar göndərən səriştəsiz kadrlardan qurtulsun. Arzulayıram ki, o təlimatları sizlərə, heç olmasa ömründə bir 45 dəqiqə 30 uşaqla ünsiyyətdə olmuş səriştəli kadrlar göndərsin.Arzu edirəm ki, dərs saatlarını satmayan, ədaləti bölən direktorlar görə biləsiniz. Sizi aşağılayan nazirin Tükəzbanlara, Fatmanisələrə, onların tərbiyəsiz övladlarına məktəbdə verdiyi hüquqdan sizə də verilsin, inşallah.Tükəzbanların, Fatmanisələrin, onların tərbiyəsiz övladlarının təhqir və təhdidlərinə...
05 Oktyabr 2026, 09:29
5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.Citypost.az xəbər verir ki, 5 oktyabr 1966-cı ildə UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.Azərbaycanda Müəllimlər Günü 1993-cü ildən qeyd olunur....
05 Oktyabr 2026, 09:19
“Hicab qadağasını test edirlər” – Jurnalistdən iddia
Jurnalist Kənan Rövşənoğlu məktəblərdə şagirdlərin hicab taxmasına qadağa qoyulması ilə bağlı yayılan xəbərlərin əsasən müəyyən bölgələrdən gəlməsinə diqqət çəkib.Citypost.az xəbər verir ki,K.Rövşənoğlu bildirib ki, ilk belə məlumat Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı məktəblə bağlı yayılıb. Onun sözlərinə görə, söhbət şəhər məktəbindən deyil, nisbətən mühafizəkar qəsəbədə yerləşən təhsil müəssisəsindən gedir.“İkinci xəbər Sabirabad rayonunun Yolçubəyli kənd məktəbindən gəldi. Yenə əyalət, üstəlik ən dindar bölgələrdən biri. Hətta məlum oldu ki, qadağa qoyan direktor özü də ibadət edirmiş”, – deyə jurnalist qeyd edib.K.Rövşenoğlu daha sonra İmişli rayonundan, ardınca isə Gəncə şəhərindən hicabla bağlı qadağa xəbərlərinin yayıldığını xatırladıb. O, hər iki bölgədə...
05 Oktyabr 2026, 09:13