Bizə yazın

Baku

-°C

USD

-

Zaur Qəriboğlu: “Türk adı altında Türk birliyinə qarşı savaşanlar var”

Siyasət 05 Oktyabr 2026, 09:09

394

TÜRK ADI ALTINDA TÜRK BİRLİYİNƏ QARŞI SAVAŞANLAR!

Son günlər baş verənlər bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycan arasında problem yaratmaq üçün pusquda gözləyənlər var.

Ən təhlükəlisi də budur ki, onların bir qismi bunu məhz türk adı altında edir.

Türk adı altında gizlənən anti-türk çevrələr, Türk dünyasının birliyindən narahat olanlar, Azərbaycanla Türkiyənin arasına nifaq salmaq üçün fürsət axtaranlar yenidən iş başındadırlar.

Prezident İlham Əliyevin son çıxışı da belələrinin bir qisminin maskasını yırtdı.

Kimin kim olduğu ortaya çıxdı!

Hadisələrə dərindən baxmaq qabiliyyəti olmayanlar, siyasi analizdən uzaq olanlar, bir qismi isə məqsədli şəkildə Azərbaycan Prezidentinin fikirlərini Türkiyəyə qarşı çıxış kimi təqdim etməyə çalışdılar.

Nə vaxt Azərbaycan öz dövlət maraqlarından danışır, dərhal eyni dəstə ortaya çıxır:

“Azərbaycan Türkiyədən uzaqlaşır!”

“Əliyev Türkiyəyə mesaj verdi!”

“Azərbaycan Türk dünyasından üz döndərir!”

Yetər artıq!

Azərbaycan Türkiyənin vassalı deyil!

Türkiyə də Azərbaycanın vassalı deyil!

Biz qardaşıq! Biz bir millətin iki dövlətiyik!

Qardaşlıq bir-birinin dövlət maraqlarını tapdalamaq deyil. Əksinə, qardaşlıq bir-birinin müstəqilliyinə, dövlətinə, bayrağına və milli maraqlarına hörmət etməkdir.

İndi İlham Əliyevin Türk dünyasına münasibətini şübhə altına almağa çalışanlara bir neçə faktı xatırlatmaq lazımdır.

2024-cü ildə növbədənkənar prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində İlham Əliyev açıq şəkildə bəyan etdi:

“Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.”

Diqqət edin!

Bunu hansısa seçki mitinqində, hansısa emosional toplantıda yox, Azərbaycan Prezidenti kimi and içdiyi mərasimdə, dövlətin gələcək xarici siyasət istiqamətlərindən danışarkən deyirdi.

Daha nə deməlidir?

Bir dövlət başçısı öz ölkəsinin geosiyasi ailəsini bundan daha açıq necə ifadə edə bilər?

İlham Əliyev həmin çıxışında Türk Dövlətləri Təşkilatını Azərbaycan üçün prioritet və əsas beynəlxalq təşkilat kimi xarakterizə edir və məqsədin TDT-ni qlobal arenada güc mərkəzinə çevirmək olduğunu bildirirdi.

İndi bunları görməyib, bir cümləni kontekstdən çıxarıb İlham Əliyevdən “anti-Türkiyə lideri” düzəltməyə çalışan adam ya siyasi savadsızdır, ya da niyyəti başqadır.

Başqa izahı yoxdur!

Azərbaycanın Türk dünyasına münasibəti sözlə də bitmir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatlarına 20 MİLYARD DOLLARDAN ÇOX sərmayə yatırıb!

Bu sərmayənin əsas hissəsi məhz Türkiyəyə qoyulub.

Azərbaycanın Türkiyə iqtisadiyyatına 1995–2025-ci illərdə birbaşa investisiyalarının həcmi 21 milyard dollardan çox olub. Türkiyədə Azərbaycan kapitallı iki minə yaxın şirkət fəaliyyət göstərir.

Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.

Bunlar şüar deyil!

Bunlar puldur, iqtisadiyyatdır, strateji layihələrdir, dövlət siyasətidir!

Türk dünyasının birliyinə qarşı olan dövlət öz milyardlarını niyə Türk dövlətlərinin iqtisadiyyatına yatırmalıdır?

Azərbaycan Türk dünyasından uzaqlaşırsa, niyə öz xarici siyasətinin əsas istiqamətlərindən birini Türk Dövlətləri Təşkilatının gücləndirilməsi elan edir?

Cavab çox sadədir:

Çünki Azərbaycan Türk dünyasından uzaqlaşmır. Azərbaycan Türk dünyasının mərkəzində dayanır!

Amma bu gün başqa bir mövzudan da Azərbaycana qarşı istifadə etməyə başlayıblar – hicab məsələsindən!

Məktəblərdə geyim qaydaları ilə bağlı qəbul edilən qərar bəzi çevrələr tərəfindən elə təqdim edilir ki, guya Azərbaycanda dövlət səviyyəsində “hicab ovu” başlayıb.

Yalanı bu qədər şişirtməyin!

Qəbul edilmiş qaydada “hicab” sözü ümumiyyətlə yoxdur. Söhbət dövlət ümumtəhsil məktəblərində vahid məktəbli formasından və dünyəvi təhsil prinsipindən gedir.

Bunun üzərindən Azərbaycanı din düşməni, müsəlman qadınların baş örtüyünə qarşı savaş açmış dövlət kimi təqdim etmək hansı məqsədə xidmət edir?

Azərbaycanda universitetlərdə hicablı xanımları görmək mümkündür. Küçədə hicablı qadın var, dövlət və özəl müəssisələrdə baş örtüklü qadın var.

Bəs onda niyə məktəbli formasına dair müzakirə birdən-birə “Azərbaycanda hicab qadağan edildi” kampaniyasına çevrilir?

Çünki bəzilərinə həqiqət lazım deyil.

Onlara Azərbaycanı Türkiyə cəmiyyətinin gözündə gözdən salmaq lazımdır!

Dünən İstanbulda Azərbaycan Baş Konsulluğunun qarşısında baş verənlər də bunun davamıdır.

Azərbaycan dövlətinə, onun bayrağına, dövlət başçısına münasibətdə təhqiramiz davranışı “Türkiyə sevgisi” adı altında təqdim etmək olmaz.

Mən də sual verirəm:

Bakıda bir qrup adam Rəcəb Tayyib Ərdoğanın şəkli ilə Türkiyə səfirliyinin qarşısına gedib eyni tərbiyəsizliyi etsəydi, Azərbaycan cəmiyyəti buna susardımı?

QƏTİYYƏN!

İlk etiraz edənlərdən biri şəxsən mən olardım!

Çünki Ərdoğan yalnız Türkiyə Respublikasının Prezidenti deyil, qardaş dövlətin Prezidentidir.

Eyni hörməti Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə tələb etmək bizim haqqımızdır!

Heç kim “türkçülük” adı altında Azərbaycanı təhqir etmək haqqına sahib deyil.

Heç kim Türkiyə bayrağını əlinə götürməklə avtomatik olaraq türkçü olmur.

Türkçülük Türk dövlətlərini bir-birinə düşmən etmək deyil!

Türkçülük Ankara ilə Bakının arasına nifaq salmaq deyil!

Türkçülük Azərbaycanı Türkiyənin qarşısında vassal görmək deyil!

Türkçülük Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və bütün Türk dünyasının birliyini istəməkdir!

Bu gün Türk dünyasının qarşısında tarixi imkan yaranıb. Azərbaycan və Türkiyə bu prosesin iki əsas lokomotividir.

Bakı ilə Ankara arasında problem yaratmaq isə təkcə Azərbaycan–Türkiyə münasibətlərinə zərbə vurmaq deyil.

Bu, bütövlükdə Türk Birliyinə zərbə vurmaqdır!

Ona görə də Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışanların hansı bayrağı qaldırdığına, hansı şüarı səsləndirdiyinə yox, nəticədə KİMİN MARAĞINA XİDMƏT ETDİYİNƏ baxmaq lazımdır.

Çünki düşmən həmişə qarşına düşmən bayrağı ilə çıxmır.

Bəzən sənin bayrağını qaldırır.

Bəzən sənin şüarını səsləndirir.

Bəzən sənin millətinin adından danışır.

Amma gördüyü iş sənin birliyini dağıtmaq olur!

İnanıram ki, Azərbaycan və Türkiyə liderlərinin Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşündə bir araya gəlməsi bu gün bayram edənlərə ən yaxşı cavab olacaq.

Əliyevlə Ərdoğan arasında münasibət iki siyasətçinin şəxsi dostluğundan ibarət deyil.

Arxasında Şuşa Bəyannaməsi var.

Arxasında Azərbaycan–Türkiyə müttəfiqliyi var.

Arxasında milyardlarla dollarlıq iqtisadi əlaqələr var.

Arxasında ortaq tarix var.

Arxasında eyni dilin, eyni kökün, eyni millətin iradəsi var!

Heydər Əliyev deyirdi:

“Bir millət, iki dövlət!”

İlham Əliyev isə bu siyasi xətti daha geniş Türk dünyasına daşıyaraq bəyan etdi:

“Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.”

Bundan daha açıq hansı mesajı gözləyirsiniz?

Ona görə də İlham Əliyevi Türk dünyasının qarşısında göstərmək istəyənlərə sözüm çox sadədir:

Ünvanı səhv salmısınız!

İlham Əliyev Türk dünyasını parçalayan yox, onun siyasi və iqtisadi inteqrasiyasını illərdir dövlət siyasətinə çevirən liderdir.

Azərbaycan da Türk dünyasının kənarında deyil.

Azərbaycan Türk dünyasının lokomotiv dövlətlərindən biridir!

Türk adı altında gizlənib Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyənlərin isə arzuları yenə ürəklərində qalacaq!

Çünki bizim aramızdakı bağ sosial şəbəkə kampaniyalarından, təxribatçı şüarlardan və bir neçə nəfərin konsulluq qarşısındakı hərəkətindən qat-qat böyükdür.

TÜRKİYƏ–AZƏRBAYCAN BİRLİYİNİ HEÇ BİR ŞEYTAN POZA BİLMƏZ!

BİR MİLLƏT, İKİ DÖVLƏT!

BİR AİLƏ – TÜRK DÜNYASI!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azərbaycan heç vaxt ikiüzlü siyasət aparmayıb” – Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti barədə paylaşım edib.Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, Azərbaycan rəhbərliyi müharibə dövründə strateji dövlət düşüncəsi ilə hərəkət edib və ölkə heç vaxt ikiüzlü siyasət aparmayıb.“Ali Baş Komandanımız İlham Əliyev daim ləyaqətli siyasət aparıb. Azərbaycan heç bir zaman ikiüzlü olmayıb. Biz işğalçı Ermənistanı təkbaşına məğlub edib və onu 4 dəfə kapitulyasiya aktını imzalamağa məcbur etmişik”, – deyə hərbi ekspert qeyd edib.O bildirib ki, Azərbaycan müharibə zamanı Ermənistanın paytaxtı İrəvanı da ələ keçirmək imkanına malik olsa da, Ali Baş Komandan belə qərar verməyib.“Müharibə zamanı rahatlıqla İrəvanı da azad edə...

05 Oktyabr 2026, 09:33

Xalid Kazımlı: “Azərbaycan heç kimin boyunduruğuna girməməlidir”

Əməkdar jurnalist Xalid Kazımlı Türkiyədən onun yazısına gələn reaksiyalara münasibət bildirib.Citypost.az xəbər verir ki, X.Kazımlı qeyd edib ki, reaksiyalardan birində “Şimdi herkesin düşüncesi Azerbaycan’ın neden bizim bu kadar yaptıklarımızdan sonra nankörlük yaptığı...” ifadəsi işlədilib. Jurnalist bu yanaşmanın onu rəncidə etdiyini vurğulayıb.“Adamı rəncidə edən bax bu sözdür. Nankorluq edib ya yapmışıq? 6 ildir Türkiyədə bir qrup mənfəətpərəst başımıza qaxır ki, ‘Qarabağı aldıq, sizə verdik’, biz də axırda dedik ki, elə deyil, etdiyiniz kömək üçün çox sağ olun, amma Qarabağı öz döyüşçülərimiz azad edib. İndi bu nankorluqdur?” – deyə X.Kazımlı bildirib.Jurnalist Azərbaycanın Türkiyənin Qarabağ müharibəsi zamanı göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, lakin bunun...

05 Oktyabr 2026, 09:15

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışdı 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.Citypost.az  xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb.Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə olunub.Ceyhun Bayramov iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib....

03 Oktyabr 2026, 13:03

Pərvanə Vəliyeva: Heydər Əliyevin siyasi qayıdışı mühüm dəyişikliklərə yol açdı

3 oktyabr 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, həm də mühüm və yaddaqalan hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ciddi siyasi, sosial və iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edirdi. 1993-cü ilin may-iyun aylarında siyasi böhran daha da dərinləşmiş, ölkədə sabitliyin qorunması və dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranmışdı. Həmin dövr vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu mürəkkəb bir mərhələ idi.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az  saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, 1991-1993-cü illərdə...

03 Oktyabr 2026, 11:19

İlham Əliyev almaniyaya həmkarına məktub göndərdi 

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ilin iyulunda Almaniyaya səfərim zamanı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələsinin – strateji tərəfdaşlığının əsasını qoydu.Fəal siyasi dialoqumuz ölkələrimiz arasında iqtisadi-ticari, enerji, nəqliyyat, bağlantılar, sərmayə,...

03 Oktyabr 2026, 11:05

Rövşən Muradov: “3 oktyabr Heydər Əliyevin dövlətçilik yolunun başlanğıcıdır”

3 oktyabr 1993-cü ili yalnız Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərinin tarixi kimi oxumaq həmin günün siyasi məzmununu daraltmış olardı. Çünki tarixdə bəzi seçkilərin əhəmiyyəti onların nəticəsindən daha çox sonrakı dövlət idarəçiliyində yaratdığı dəyişikliklə ölçülür. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra başlanmış mərhələ də dövlət hakimiyyətinin konsolidasiyası, siyasi sabitliyin təmin olunması və uzunmüddətli inkişaf mexanizmlərinin qurulması baxımından bu xüsusiyyəti daşıyır. Rəsmi mənbə 3 oktyabr 1993-cü ildə onun ümumxalq səsverməsi nəticəsində Prezident seçildiyini təsdiqləyir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a açıqlamasında bildirib.Rövşən Muradovun sözlərinə görə, 1993-cü ilin əsas siyasi problemi Azərbaycanın hansı sürətlə inkişaf edəcəyi məsələsindən əvvəl, dövlətin öz idarəetmə...

03 Oktyabr 2026, 10:07