Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
Cəmiyyət 06 Oktyabr 2026, 19:04
437
Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.
Citypost.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində milli parkın ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb.
Həmçinin oxuyun
"2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bu günədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
Azərbaycan Baş naziri Əli Əsədov oktyabrın 6-da Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.Görüşdə Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf...
06 Oktyabr 2026, 19:20
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.Bu barədə Citypost.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.Görüşdə ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından...
06 Oktyabr 2026, 18:58
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Krausz ilə mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a ANAMA-dan məlumat verilib.Bildirilib ki, görüş zamanı Azərbaycanda mövcüd mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.Həmçinin Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb....
06 Oktyabr 2026, 18:18
Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq keçirilib
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə “Hava limanlarında ehtimal olunan fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə məşq keçirilib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, məşqin məqsədi hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.Məşqdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunan yanğınsöndürmə və xilasetmə heyətləri, tibb personalı və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə nazirliklərinin, hava limanında fəaliyyət göstərən digər qurumların qüvvələri iştirak ediblər.Plana uyğun...
06 Oktyabr 2026, 18:10
Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı
ADY 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb.Citypost.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binada orijinal görünüş saxlanılmaqla kompleks yenidənqurma aparılıb.
06 Oktyabr 2026, 17:53
Dövlət Xidmətinin rüşvət almaqda ittiham edilən vəzifəli şəxsi barəsində qərar verilib
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az , Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, təqsirləndirilən Zülfüqar Mansurov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 min manat cərimə cəzasına məhkum edilib.Məhkəmə həbsdə olduğu müddəti nəzərə alaraq ona qəti olaraq 6 min manat cərimə cəzası tətbiq edib.Xatırladaq ki, Zülfüqar Mansurov ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.Sonradan barəsində o, həbssən azad olunub.Qeyd edək ki, Baş...
06 Oktyabr 2026, 17:53