Bizə yazın

Baku

-°C

USD

-

Seul Kiyevdəki səfirini geri çağıra bilər 

Dünya 06 Oktyabr 2026, 13:38

487

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyadan üzr istəyib.

Citypost.az APA-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun deyib.

O, Zelenskinin müharibədə Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya verildiyi ilə bağlı bəyanatı səbəbindən üzr istədiyini, lakin bunun kifayət etmədiyini bildirib.

Nazir məsələ ilə bağlı rəsmi Seulun sərt diplomatik addımlar atacağını vurğulayıb.

Onun sözlərinə görə, bura səfirin Kiyevdən geri çağırılması da daxil ola bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gürcüstandan 107 qanunsuz miqrant deportasiya edilib 

Gürcüstanda son günlər ərzində 107 əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları olan həmin şəxslər deportasiya edilib.Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.DİN-nin məlumatın əsasən, bu ilin əvvəlindən Gürcüstandan miqrasiya qanunvericiliyini pozan təqribən 3 300 xarici ölkə vətəndaşı çıxarlıb....

06 Oktyabr 2026, 10:50

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.Citypost.az "TRT Haber"a xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib."Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb", - bəyanatda vurğulanıb. (Apa)...

06 Oktyabr 2026, 08:34

Nobel laureatı beynin sirlərini işıqla açmağa çalışır

2026-cı il Tibb üzrə Nobel mükafatına layiq görülən amerikalı alim Karl Deisseroth beynin fəaliyyətini daha dəqiq öyrənməyə imkan verən optogenetika sahəsindəki tədqiqatlarını davam etdirir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki , Deisseroth alman alimləri Peter Hegemann və Georg Nagel ilə birlikdə sinir hüceyrələri üçün “molekulyar açar”ın kəşfinə görə Nobel mükafatına layiq görülüb. Bu texnologiya işıq vasitəsilə beyindəki ayrı-ayrı neyronların fəaliyyətini idarə etməyə imkan verir.Alimin sözlərinə görə, optogenetika psixiatrik xəstəliklərin öyrənilməsində mühüm dönüş yarada bilər. Tədqiqatçılar artıq müəyyən davranış, hiss və xatirələrə cavabdeh neyron dövrələrini müəyyənləşdirə bilirlər.Deisseroth hesab edir ki, bu yanaşma gələcəkdə autizm, şizofreniya və Parkinson xəstəliyi kimi problemlərin daha...

06 Oktyabr 2026, 07:40

Şimali İsraildə Netanyahuya dəstək zəifləyir

Şimali İsraildə bəzi sakinlər HƏMAS-ın 7 oktyabr hücumundan sonra Baş nazir Benyamin Netanyahuya etimadlarını itirdiklərini bildirirlər.Citypost.az Xarici KİV-lərə istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, üç ilə yaxın davam edən müharibə bölgədə ciddi psixoloji və iqtisadi problemlər yaradıb. Yaşayış xərclərinin artması da əsas narazılıq səbəblərindən biri kimi göstərilir.2022-ci il seçkilərində Netanyahunun Likud partiyası Şlomidə səslərin 43 faizini qazanmışdı. Lakin sakinlər arasında hökumətin 7 oktyabr hücumunun qarşısını ala bilməməsi ilə bağlı narazılığın artdığı bildirilir.Bununla belə, bəzi şimali israillilər təhlükəsizlik baxımından sağçı hökuməti dəstəkləməkdə davam edir. Nahariyada yaşayan Patris Haddad isə raket hücumları şəraitində özünü yalnız sərt təhlükəsizlik siyasətinin tərəfdarı olan...

06 Oktyabr 2026, 07:37

Parisdə on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçiriləcək

Fransanın paytaxtı Parisdə çərşənbə axşamı on minlərlə insanın iştirakı ilə etiraz aksiyası gözlənilir. Aksiyalara həmkarlar ittifaqları da qoşulacaq.Citypost.az france24.com saytına istinadən xəbər verir ki, Sentyabrın sonundan etibarən yüzlərlə lisey şagirdi müəllim çatışmazlığı, həddindən artıq dərs yükü, köhnəlmiş sinif otaqları və yüksək temperaturdan qorunmayan məktəb binalarına etiraz edir. Ölkədə 589 lisey və 32 universitetdə tədrisin dayandırıldığı bildirilir.Hökumətin məlumatına görə, etirazlar zamanı 215 tələbə və 715 polis əməkdaşı yaralanıb, 5 mindən çox insan saxlanılıb. Parisdə aksiyaya 20-40 min nəfərin qatılacağı gözlənilir.Həmkarlar ittifaqları polisin etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etdiyini iddia edir. Hakimiyyət isə aksiyalarda zorakılıq və ictimai əmlaka zərər vurulmasından narahatlığını bildirib.Turan...

06 Oktyabr 2026, 07:33

Google, Amazon, Meta və Microsoft milyardlarla borc alır

Dünyanın ən böyük texnologiya şirkətləri süni intellekt yarışında geri qalmamaq üçün kütləvi şəkildə borclanmağa başlayıblar. Google, Meta, Amazon və Microsoft kimi nəhənglər süni intellekt çipləri, serverlər və məlumat mərkəzlərinin tikintisini maliyyələşdirmək üçün milyardlarla dollar borc cəlb edirlər.Citypost.az ABŞ KIV-lərinə istinadən xəbər verir ki, məlumata görə, texnologiya sektorunun borclanması son dövrdə təxminən 500 milyard dollara çatıb. Goldman Sachs bu rəqəmin 2027-ci ildə 1,2 trilyon dollara yüksələ biləcəyini proqnozlaşdırır.Ekspertlər xəbərdarlıq edirlər ki, artan borclanma maliyyə bazarlarına təzyiq yarada və ABŞ Xəzinə istiqrazlarına tələbi azalda bilər. Süni intellekt layihələrinin gözlənilən gəliri gətirməməsi və ya məlumat mərkəzlərinin tikintisinin ləngiməsi isə daha ciddi maliyyə riskləri...

06 Oktyabr 2026, 07:31