Naftalanda istirahətə gələn 69 yaşlı turist öldü
Hadisə 06 Oktyabr 2026, 13:29
523
Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.
Citypost.az xəbər verir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.
İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda restoranda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140kv.m. olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində obyektin salon hissəsi 60kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub....
06 Oktyabr 2026, 10:11
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub."Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb.Belə ki, Kənan Məmmədova məxsus "Oper Astra" markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu ölüb.Hadisə nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq, Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Digər 3 sərnişin də müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....
06 Oktyabr 2026, 09:14
Arvadını taxta ilə döyən kişiyə hökm oxundu
Goranboyda ər arvadını döyüb.Citypost.az xəbər verir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.44 yaşlı Təhməz Orucov (şərti adla) taxta parçası ilə arvadının qarın və kürək nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.Zərərçəkənin şikayəti əsasında Təhməz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildə evləniblər, nikahlarından 1 övladları var. Hadisə günü həyat yoldaşından Rusiyadan gələndə özü ilə gətirdiyi ayaqqabını ona verməsini istəyib. Lakin qadın verməyəcəyini dediyi üçün ər-arvad arasında mübahisə yaranıb.Təhməzin sözlərinə görə, arvadı ilə barışıb və ona dəyən ziyanı ödəyib. Zərərçəkən qadın da ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib. Qadın bildirib ki, əri həmin ayaqqabını yyaş dostuna...
06 Oktyabr 2026, 08:09
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.Qeyd edək ki, yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.
05 Oktyabr 2026, 17:52
Bakıda marşrut avtobusu belə aşdı - Anbaan görüntülər
Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib.Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir.DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu cür halların ciddiliyini nəzərə almayan sürücülərə yollarda daha məsuliyyətli olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.Qeyd edək ki, Lökbatan qəsəbəsində 194 saylı marşrut xətti üzrə “Daewoo”...
05 Oktyabr 2026, 16:23
Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.Citypost.az "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.Əraziyə polis əməkdaşları cəlb olunub.Hadisənin təfərrüatları hələlik məlum deyil.TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb"....
05 Oktyabr 2026, 13:32