Bizə yazın

Baku

-°C

USD

-

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət 06 Oktyabr 2026, 15:57

494

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.

Citypost.az  xəbər verir ki, müraciətdə deyilir:

"Zati-aliləri,

Xanımlar və cənablar,

Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.

COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, Azərbaycan davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirərək bu yüksəksəviyyəli tədbirə qoşulur. COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi. Bu gün buraya Bakı COP29-un irsini qarşıdakı əsas qərarlarla əlaqələndirmək və Azərbaycanda qurulan dinamikanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci Sessiyasının (COP31) uğurla keçirilməsinə aparan yolu birbaşa dəstəkləməsini təmin etmək üçün toplaşmışıq.

Bu tədbirin Sakit okean regionunda, xüsusən də iqlim dəyişmələrinin gündəlik reallıq olduğu ölkələr Tuvalu və Ficidə keçirilməsi rəmzi məna daşıyır. Bu gün Yer kürəsində heç bir region iqlim dəyişmələrinin təsirlərindən kənarda qalmayıb, lakin Tuvalu kimi bəzi ölkələr üçün bu, ekzistensial təhdid yaradır.

Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşsə də, biz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim böhranına ən çox məruz qaldığını qəbul edirik. Bu dövlətlər qlobal istixana qazları tullantılarına cüzi səbəb olmalarına baxmayaraq, iqlim dəyişmələri onların iqtisadiyyatına və infrastrukturuna qeyri-mütənasib şəkildə təsir göstərir, dolanışıq mənbələrini və ekosistemləri məhv edir.

Azərbaycan bu böhranın ən ağır nəticələri ilə üzləşən ölkələri səslərinin yalnız eşidilməsini deyil, həm də onların qlobal iqlim siyasətinin formalaşdırılmasına fəal töhfə verməklərinin tərəfdarı olaraq çıxış edib. Bu ölkələrin özünəməxsus həssaslıqlarının aradan qaldırılması daha sıx beynəlxalq əməkdaşlıq və əlaqələndirilmiş qlobal fəaliyyət tələb edir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur.

Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq. COP29-dan əvvəl Baham adaları, Tonqa və Tuvalu liderləri Azərbaycanda bir araya gəldilər. Bu səfər inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını vurğulayan və daha güclü qlobal iqlim tədbirlərinə çağırış edən Bakı Kommünikesinin qəbul edilməsi ilə nəticələndi.

COP29 inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizdə yeni bir mərhələnin əsasını qoydu. 2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı. Bu Sammitdə inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdım.

Çoxtərəfli əməkdaşlığımızla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədik. Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Millətlər Birliyi ilə əməkdaşlığımız, həmçinin ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycan Kosmik Agentliyi - Azərkosmos tərəfindən təqdim edilən peyk məlumatlarından istifadəni də nəzərdə tutur.

Zati-aliləri,

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir. Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik.

Ümid edirəm ki, bu toplantı kollektiv səsimizi daha da gücləndirəcək və Antalyada keçiriləcək COP31-ə hazırlıq ərəfəsində mühüm addım olacaq. Fürsətdən istifadə edərək, Türkiyənin və Avstraliyanın qarşıdan gələn COP31 sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edir və müxtəlif qitələri birləşdirən bu unikal tərəfdaşlıq formatını yüksək qiymətləndirdiyimi bildirirəm.

Bu tədbirə uğurlar arzulayıram. Təşəkkür edirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək 

Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

06 Oktyabr 2026, 16:41

Elmar Məmmədyarovun bağ sahəsi ilə bağlı qalmaqal belə bitdi

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0,24 hektarlıq bağ sahəsi ilə bağlı mübahisə yaranıb. Anar Həsənov adlı şəxs ərazinin onun ailəsinə məxsus olduğunu iddia edib. O, deyib ki, həmin bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.Məlumata görə, hələ 2016-cı ildə Elmar Məmmədyarovun adına Mərdəkanda 0,24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilib.Anar Həsənov adlı şəxs də bir neçə ildir ki, sözügedən bağ sahəsinin ailəsinə məxsus olduğunu təsdiqləyən sənəd əldə etməyə çalışır. Bu məqsədlə o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək əmlakın mənsubiyyətinə dair arayış tələb edib....

06 Oktyabr 2026, 15:40

FHN-in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirilib 

Fövqəladə Hallar Nazirliyinin idmançıları sentyabr ayında keçirilmiş idmanın müxtəlif növləri üzrə dünya çempionatlarında yüksək nəticələr əldə ediblər.FHN-dən Citypost.az-a verilən məlumata görə, sentyabrın 18-dən 27-dək İtaliyanın Jesolo şəhərində Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və yeniyetmələr arasında kikboksinq üzrə dünya çempionatı keçirilib. “Low kick”, “kick light”, “K1” və “full contact” kateqoriyaları üzrə keçirilən yarışda dünyanın 79 ölkəsindən 5130-a yaxın idmançı iştirak edib.Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının gənclərdən ibarət komandasının və FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə yığma komandasının üzvü Əli Nəcəfov da iştirak edib. Klubun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi ilə mübarizə aparan idmançımız gənclər arasında +91kq çəki dərəcəsində “low kick” kateqoriyasında ikinci yeri...

06 Oktyabr 2026, 14:50

Fizika üzrə Nobel mükafatı laureatı məlum olub 

Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub."Report"un məlumatına görə, builki mükafatı Francis Halzen qazanıb.O bu mükafata "IceCube" Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb.Məlumat üçün bildirək ki, Francis Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub.Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya üzrə fəaliyyət göstərir. F.Halzen Antarktidadakı "IceCube Neytrino" Rəsədxanasının yaradılmasında əsaslı rol oynayıb və hazırda layihənin baş tədqiqatçısıdır.Adıçəkilən rəsədxana Antarktidanın Cənub qütbündə yerləşən nəhəng neytrino detektorudur. O, buzun təxminən 1,5–2,5 kilometr dərinliyində yerləşdirilmiş minlərlə optik sensor vasitəsilə kosmosdan gələn yüksək enerjili neytrinoları aşkar edir. Rəsədxananın əsas məqsədi kainatdakı...

06 Oktyabr 2026, 14:47

Xalq artistimizin 70 yaşı tamam olur

Xalq artistimiz Nurəddin Mehdixanlının  70 yaşı tamam olur.CityPost.az  bildirir ki,Cəlilabadın Tahirli kəndində anadan olub.Ailədə 17 uşaq olublar;  10 qız, 7 oğul. Kənddə iki kitabxana varmış, biri ədəbiyyat müəlliminin, biri də onların evində.“Məktəbə ayaqyalın gedərdik, ayaqqabımız əlimizdə olardı, məktəbin qabağındakı hovuzda ayağımızı yuyub, ayaqqabımızı geyinib girərdik məktəbə.Məktəb, onun təmizliyi canımızdan əziz imiş demək", - aktyor xatırlayır. Atası rəhmətə gedincə onu danışdırmayıb. Orta məktəbi bitirəndən sonra hamı elə bilirdi ki, o, hərbçi olacaq, çünki nəsillərində daha çox hərbçilər yetişərdi. Atası isə onun hüquqşünas olmasını istəyirdi.Aktyor olmaq ağlının ucundan da keçməzdi.  Hər şey Bakıda “26-lar adına teatr dərnəyi”ndən başladı. Hüquq fakültəsinə qəbul olunmaq...

06 Oktyabr 2026, 14:29

Oqtay Gözəlov yeni vəzifəyə təyin edildi

Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.Citypost.az xəbər verir ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib....

06 Oktyabr 2026, 13:45